Amerikalı həmsədr cəbhədə baş verənləri zorakılıq adlandırdı MÜSAHİBƏ

ATƏT-in Minsk Qrupunun həmsədri Ceymz Uorlik müsahibə verib

ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Ceymz Uorlik gələn həftə Bakı və İrəvana səfər edəcək və hər iki ölkənin prezidenti ilə görüşəcək. Bunu Amerikalı həmsədr deyib:

-Mən Parisdən indicə qayıtmışam. Həmsədrlər Parisdə Xarici işlər nazirləri ilə danışıqları davam etdirdilər. Mən hesab edirəm ki, nazirlər danışıqlara sədaqətlidirlər. Lakin gördüyünüz kimi, son 1-2 həftə ərzində gərginlik artıb, atəşkəs pozulub. Yerdə baş verənlər sözlərlə üst-üstə düşmür. Bu da bizi çox narahat edir.

-Mən Parisdən indicə qayıtmışam. Həmsədrlər Parisdə Xarici işlər nazirləri ilə danışıqları davam etdirdilər. Mən hesab edirəm ki, nazirlər danışıqlara sədaqətlidirlər. Lakin gördüyünüz kimi, son 1-2 həftə ərzində gərginlik artıb, atəşkəs pozulub. Yerdə baş verənlər sözlərlə üst-üstə düşmür. Bu da bizi çox narahat edir.

 -Sizcə, hər dəfə həmsədrlərin görüşü ərəfəsində Azərbaycan mövqelərinin ermənilərin hücumuna məruz qalması təsadüfdürmü?

- Təsadüf olsa da, olmasa da, atəşkəsin pozulması, zorakılıq ciddi məsələdir. Hər iki tərəfdən insanlar həyatını itirib. Bu, çox təəssüf doğurur. Bu, bizim irəliləyiş əldə etməyimiz üçün danışıqlar mühitinə də zərbə vurur.

-Biz prezidentlərin növbəti görüşündən nə qədər uzağıq?

-Mən bunu bilmirəm. Mən üzümüzə gələn həftə həm Bakı, həm də İrəvana gedəcəyəm, hər iki ölkənin prezidenti ilə görüşəcəm. Biz ümid edirik ki, görüş üçün tarix mümkün qədər tez müəyyənləşəcək. Biz bilirik ki, prezidentlər son görüşdə 90 dəqiqə təkbətək danışıblar, ən çətin məsələləri müzakirə ediblər. Biz işimizi bu uğur üzərində qurmalıylq.

 -Siz hər dəfə deyirsiz ki, hər iki tərəf güzəştə getməlidir. Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağdan başqa daha 7 rayon işğal altındadır. Azərbaycandan hansı güzəşti gözləmək olar?

-Bu, həmsədrlərin həll edəcəyi məsələ deyil. Münaqişənin bütün tərəfləri irəli aparan yolu tapmalıdırlar. Biz ideyalar irəli sürürük, tərəflərlə işləyirik, lakin əsas olan bizim deyil, Ermənistan və Azərbaycan xalqlarının nə istəməsidir. Tərəflərdən birinin ifrat mövqe tutması danışıqlara kömək etmir.

-Erməni diasporunun səyləri nəticəsində Amerikanın bir neçə ştatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıyan qətnamə qəbul edib. ABŞ da daxil olmaqla, dünyanın heç bir ölkəsi separatist rejimi tanımayıb. Diasporun bu səyləri ABŞ-ın Azərbaynın ərazi bütövlüyünə sədaqəti ilə necə uzlaşır?

- Bizdə mövcud sistemə əsasən, 50 ştat federal hökumətdən müstəqil fəaliyyət göstərir və istədiyi qanunları qəbul edə bilir. Bu, ABŞ-ın dövlət siyasəti demək deyil. Heç kəs unutmamalıdır ki, bizim dövlət siyasətimiz bundan fərqlidir.

 -Mən Luiziana ştatında müvafiq qətnamənin qəbul olunmasını görmüşəm. Müzakirə heç bir neçə dəqiqə çəkmədi, senatorlar nəyə səs verdiklərini bilmirdilər. İmkanınız olsaydı, siz bu ştatların parlamentlərinə nə deyərdiz? Bu, sülh prosesinə necə təsir edir?

-Hər hansı qanunverici orqan, parlament üzvü mənə müraciət edərsə, mən istənilən an hökumətin bu məsələdə siyasətini izah etməyə hazıram. Gəlin unutmayaq ki, ştatların siyasəti heç də həmişə ABŞ-ın siyasətini əks etdirmir. ABŞ siyasətini prezident başda olmaqla və Konqresin rəyini nəzərə almaqla hökumət müəyyən edir. ABŞ-ın siyasətini öyrənmək üçün Vaşinqtona müraciət etmək gərəkdir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31