“Ukrayna gec-tez Assosiativ sazişə imza atacaq” – MÜSAHİBƏ

Litva Prezidenti: “Ukrayna hökuməti nə istədiyini bilməli və o istiqamətdə hərəkət etməlidir”

Şərq tərəfdaşlığı sammiti çərçivəsində Avropa İttifaqı - Ukrayna Assosiativ saziş əməkdaşlığı hələ də böhran vəziyyətindədir. Məsələ ilə bağlı Litva prezidenti Dalya Qribauskayte "Euronews" telekanalına müsahibə verib:

- Xanım Qribauskayte, möcüzə baş verə bilərmi? Ukrayna Vilnüsdə Assosiativ Sazişi imzalaya bilərmi?

-Gec və ya tez Ukrayna imza atacaq, buna ümid edirəm. Bu, Vilnüsdə olmaya bilər. Ukraynanın hansı istiqamətdə irəliləmək istəyinə bağlıdır.

- Yuliya Timoşenko azad edilməsə də Assosiativ saziş imzalana bilərmi?

- Ukrayna hökuməti imzatoplama kampaniyasını təxirə salmağı üstün tutdu. Heç bir şərt barədə danışılmadı. Nə iqtisadi, nə də ki Timoşenko məsələsi müzakirə edilmədi.

-Baş verən hadisələrdən Ukraynanın Avropa İttifaqı yanında nüfuzuna mənfi təsir etdimi?

-Bir az təsir etdi. Müzakirələr illər boyu normal keçdi. Ukraynada ölkə üçün faydalı islahatlar həyata keçirildi. Avropa İttifaqı son zamanlara qədər bu performansı məmnuniyyətlə qarşılamağa hazır idi. Ancaq Ukrayna hökumətinin sazişə dair verdiyi qərar ancaq özünü maraqlandırırdı.

-Vladimir Putinin diplomatik qələbəyə nail olduğunu söyləmək olarmı?

-Üçüncü bir dövlətdən danışmaq istəmirəm. Burada Avropa İttifaqı ilə ukrayna arasındakı münasibətlərdən söhbət gedir. Digər bir ölkədən danışmaq üçün Vilnüsdə deyilik.

-Sazişin imzalanması baxımından Ukrayna üçün yeni bir imkan nə zaman yarana bilər?

-Avropa İttifaqının Ukrayna ilə yaşananlardan sonra yorğunlaşma riski var. Ukrayna hökuməti nə istədiyini bilməli və o istiqamətdə hərəkət etməlidir. Ukrayna razılaşmayınca heç kim Ukraynaya təzyiq edə bilmıəz.

-Siz Ukraynanın Assosativ sazişi imzalayacağını düşünürsünüzmü?

-Gec və ya tez Ukrayna Avropa İttifaqı ilə birlikdə hərəkət edəcək. Buna Ukraynalılar qərar verməlidirlər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31