“Qardaşlarımın banklara böyük məbləğdə borcları var” – Razi Nurullayev
8 Yanvar 11:41 Müsahibə"Qardaşıma ağıl vermək hüququm yoxdur və özümü ondan ağıllı hesab etmirəm. Ondan ağıllı olsaydım, yaxşı biznesim oalrdı. Əvvəlcədən mən biznes bacarsaydım, siyasətə də gəlməzdim və qulağım da sakit olardı".
Millət vəkili Razı Nurullayev canlı efirdə aparıcı Sevinc Telmanqızının təqdimatında "Canlı debat" verilişində qardaşı Hasil Nurullayevin Dubayda oğluna təmtaraqlı toy mərasimi təşkil etməsi ilə bağlı yayılan xəbərlərdən danışarkən deyib.
O bildirib ki, qardaşları mətbuatda yazılanlar qədər varlı insanlar deyillər: "Onlar oliqarx deyillər. Mənim də Rusiyada qətiyyən biznesim yoxdur. Çünki Rusiyada biznes qurmaq üçün kifayət qədər vəsait lazımdır. Onlar Rusiyada biznes qurublar və müxtəlif insanlarla şərikdirlər. Lakin yazılanlar qədər oliqarx və ya tikinti maqnatı deyillər.
Mən inanmıram ki, qardaşımın və ya qardaşım oğlunun 3 mərtəbədən artıq hansısa əmlakı var. Onların bina tikmə biznesi də yoxdur. Sadəcə olaraq, mağazalar tikib icarəyə veriblər. Qardaşım orta səviyyəli yaşayan insanlardılar. Böyük gəlirləri yoxdur. Araşdırsanız, qardaşlarımın da banklara böyük məbləğdə borcları var". Müsavat.TV