Rəqəmlərin həyatımızda rolu: sadə simvollar, yoxsa taleyi göstərən işarələr?

Biz hər gün rəqəmlərlə qarşılaşırıq - saatımıza baxırıq, ödəniş edirik, doğum tariximizi yazırıq, telefon nömrələrimizi əzbərləyirik. Ancaq bu simvollar sadəcə texniki məlumat daşıyıcısı deyil. Bəzi inanclara və elmlərə görə, rəqəmlər enerjini daşıyır, insanın xarakterini, həyat yolunu, hətta uğur və uğursuzluqlarını belə müəyyənləşdirə bilər.

Məsələn, doğum tariximiz bizə aid olan "şəxsi rəqəm"i ortaya çıxarır və bu rəqəm həyatdakı davranışlarımızı, güclü və zəif tərəflərimizi aydınlaşdırmaqda bələdçi ola bilir. Evinizin nömrəsi belə, enerjinizə təsir edə bilər. Hətta bəziləri ev nömrələrinin və avtomobil dövlət nişanlarının həyatlarına xoş və ya xoşagəlməz hadisələr gətirdiyini iddia edirlər. Numerologiya isə bu düşüncələri elmi əsaslara deyil, lakin qədim bilik və müşahidələrə söykənərək sistemləşdirən bir sahədir.

Yaşam koçu, karmik numeroloq Yeganə Cəbrayılqızı ilə rəqəmlərin sirli dünyasına səyahət etdik, doğum tarixlərimizin və həyatımıza təsir edən rəqəmlərin arxa planındakı mənaları araşdırdıq.

-Yeganə xanım, numerologiya nədir?

- Numerolgiya qədim bir psevdo elmidir, elmə əsaslanır. Çox dərin bir sahədir. Mən karmik numeroloq olduğum üçün istəyirəm öz sahəm olan karmik numerologiyadan danışım. Karmik numerologiya klassik numerologiyanın qollarından biri olub karmaya əsaslanir. Karma bir bumeranqdır. Etdiklərimizin yaxşı və pisi ilə bizə dönməsidir. Yəni, o pəncərə əsasında karma üzərindən həyata baxırıq. Məsələn, siz doğum tarixinizi deyirsiniz və o tarix əsasında sizin həyat yolunuzdakı rəqəmləri, həyat missiyanızı, karmanızda olan rəqəmləri, hansı günlər sizə daha müsbət təsir edir və ya hansı günlər mənfi təsir edir öyrənirsiniz. İnsan bunları bilmədən yaşayır. Hadisələr mənfi və ya müsbət nəticələr verir. Hadisədən sonra müşahidə edirik ki, həyat karmasında olan rəqəm hansı məna verirdi. Hər bir rəqəmin öz arxetipi var və həyatımızda müəyyən rol oynayır.

-Siz numerologiya ilə necə tanış oldunuz, bu sahəyə marağınız necə yarandı?

Bu sual ilk dəfədir ki mənə verilir. Çox sevdim bu sualı. Mən bu sahəni bilməzdən öncə bir sıra təlimlərdə iştirak edirdim. Müxtəlif universitetlərdə psixoloji təlimlərə gedirdim. Özümdə hələ bunu kəşf etməmişdim.  Çünki mən intiutiv bir insanam. Intuisiyamdan hiss edirdim ki, mənim nəyə ehtiyacım var. Burada bir kitabım var, görürsünüz numeroloji kitabdır. Düşündüm ki, numerologiyaya aid bir kitabım olsa maraqlı məlumatlar əldə edərəm, öz doğum tariximlə bağlı məlumatları öyrənərəm. Mən bir seansa getmişdim orada təlimçi xanım məndən ilk olaraq doğum tariximi soruşdu. Mən dedim 30.03.1996. Xanım mənə dedi ki, nə maraqlı doğum tarixiniz var. Maraqlı gəldi mənə, soruşdum, nə mənası vardır ki, dedi 3 rəqəmi var, şahzadədən, bolluq, bərəkət, özünü ifadə edə bilmək bacarıqlarından danışır. Sonacan dinlədim və düşündüm ki, numerologiya ilə bağlı bir kitabım olsun. Heç bir yerdən sifariş etmədim həmin kitabı. Türkiyədən gələn dostlarımın yanında bu kitabdan danışmışdım, iki gün sonra poçtla həmin kitabı mənə hədiyyə olaraq göndərdilər. Kitabı oxuduqca məlumatları öz sosial şəbəkəmdə paylaşırdım ki, hansı rəqəm nə məna ver. Daha dərin araşdırdıqdan sonra öyrəndim ki, karmik numerologiya ayrıca bir sahədir. Və bu sahə üzrə təlim aldım. İlk zamanlar çətindir hesablamalar, amma öyrənə-öyrənə bu sınaqdan keçdim.

-Rəqəmlərin insan həyatındakı rolu nədir və hansı sahələrdə daha təsirli olur?

-Rəqəmlərin həyatımızda rolu çox böyükdür. Siz hansı sahədə olmağınızı, hansı sahəni öyrənmək istəməyinizi bilmək istəyirsinizsə, biz həmin nöqteyi-nəzərdən sizə məlumat veririk. Təsiri isə qaçınılmaz haldır. Çox yaxşı olar ki, rəqəmlərin fərqində olub bu yolda irəliləyək. Psixologiya üzərindən götürəndə Yunqun nəzəriyyəsinə əsasən də baxmaq olar.

Hər bir rəqəmin öz mənası var. İnsanın həyat missiyası məsələn 5 rəqəmidir. Əsas məqsədləri öyrənmək və öyrətməkdir. Həyat missiyası 21 olan insan mütləq xarici dil öyrənməli, öz sərhədlərindən çıxmağı bacarmalıdır. Əgər karmasında 21 varsa sərhədlərindən çıxmaya da bilər. İnsan əgər özünə karma yardırsa bu pis haldır. Karma bir düyümdür əgər insan bədənində varsa mütləq xəstəlik vasitəsilə çıxmalıdır.

1 liderdir. Əgər siz ayın 1-də doğulmusuzsa liderə aid bütün xüsusiyyətlər artıq sizdə var. 2 sir və  gizlilikdir. Qadın obrazını ifadə edir. Ayın 2-i və ya 2-ci ayda doğulanların həm intuisiyaları olur həm də gizliliyə meylli olurlar. 2-lər çox səbirlidirlər.

Ayın 3-ü və ya üçüncü ayda doğulanlar şahzadələrdir. 4-imperator, 5-ata obrazı, 6-sevgi arxeotipi, 7-döyüşçülərdir. Əgər insanın missiyasında 7 rəqəmi varsa, həyat planlarını yazı üzərində getməli, yazmalıdır.  Birliyi, mübariz olmağı sevirlər. 8-ədalətli hakimlər, 9-dərvişlərdir. Öz daxilinə yönələn, öz içində olan dərin ruhsal insandan söhbət gedir.

10-uğur çarxı,11-güc arkanı, 12 xidmət üçün yaradılıb. 13 -lər isə transformasiya arkanıdırlar. Təbii ki müsbətdə. Mənfidə transformasiya etməyən hər bir şey ölümə məruz qaldığı üçün o da ölümə məruz qalır.

Mənasını bilsək də, bilməsəkdə rəqəmlər təsir göstərir. İnsan bilmir ki bugün onu narahat, gərgin, eqoist edən nədir. Araşdırdıqdan sonra  bütün sualların cavabını tapmış olur.

-El arasında hətta dünyada bəzi rəqəmlər var ki məsələn 7 rəqəmi uğurlu 13 rəqəmi uğursuzdur. Bu rəqəmlər insanın şüuraltı təsiri ilə yaranıb yoxsa həqiqətən sınanıbmı?

-Uğurlu və ya uğursuz deyilən bir şey yoxdur. Amma biz bir şeyi öz inancımız etmişiksə, mütləq ki, bu bizə təsir edir. 5-ə uğurlu deyib ondan faydalana bilərsiniz və ya 3-ə uğurlu deyib ondan da faydalana bilərsiniz. Hər kəsin doğum xəritəsi, tale xəritəsi deyilən bir şey var. Bu taleh xəritəsini insanın doğulduğu tarix seçir. Həmin günü də sizin ruhunuz əzəli aləmdə  onu özü seçir. Ona görə də bizim xarakterimiz, davranışlarımız o rəqəmlərin təsiri ilə formalaşır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31