Dağlıq Qarabağdan olan QHT-lər yalnız Azərbaycan Milli Platforması çərçivəsində VCF-da təmsil olunmalıdır - MÜSAHİBƏ
Sahib Məmmədov: “Əks halda Azərbaycan dövləti ümumiyyətlə, Aİ Şərq Tərəfdaşlıq Forumunu tərk etməlidir”
28 Oktyabr 2013 15:04 MüsahibəMüsahibimiz Avropa İttifaqı Şərq Tərəfdaşlığı Ölkələri Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovdur
-Sahib müəllim, siz Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Formunda iştirak edirsiz və təmsil etdiyiniz təşkilat Azərbaycan Milli Platformasının üzvüdür. Azərbaycan Vətəndaş Cəmiyyətinin bu forumda təmsil olunmasının əhəmiyyətini necə qiymətləndirirsiz?
- Azərbaycan Avropa İttifaqına inteqrasiya etməlidir. Fikrimcə, bizim digər hər hansı seçimimiz geriyə doğru addım olardı. Bu baxımdan Azərbaycan Vətəndaş Cəmiyyəti qurumlarının Aİ Şərq Tərəfdaşlığı Ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunda iştirakını əhəmiyyətli hesab edirəm.
- Milli Platformanın fəaliyyəti daha çox onun verdiyi bəyanatlarla yadda qalır. Bəs hökumətlə əməkdaşlığın vəziyyəti nə yerdədir?
- Milli platforma insan hüquqlarının vəziyyəti ilə bağlı bəyanatlar qəbul etməsinə normal baxıram. Lakin Bizim milli platforma ümumi qəbul olunmuş prinsipləri pozur. Milli Platformada 5-6 şəxs istədikləri bəyanatları bütün platforma adından qəbul edilmiş sənəd kimi Forumun idarə heyətinə təqdim edir və dərhal da Forumun veb səhifəsində dərc olunur. Bu ondan irəli gəlir ki, Avropa İttifaqının bəzi strukturları bunda maraqlıdırlar. Milli Platforma faktiki olaraq siyasi müxalifətin bəyanat verən strukturu kimi fəaliyyət göstərir ki, bu da VCF prinsiplərinə zddir.Təəsssüf ki, missiyası Şərq tərəfdaşlığı ölkələrinin hakimiyyət orqanları ilə vətəndaş cəmiyyətinin dialoqunun təmin olunmasına kömək etmək və partnyor ölkədə islahatların aparılmasına, modernləşməyə dəstək vermək və məlumat və təcrübə mübadiləsi etmək yolu ilə ölkənin Avropa dəyərlərinə transformasiyasına xidmət etmək olan Milli Platforma hakimiyyət qurumları ilə səmərəli əməkdaşlıq qurmaq üçün hər hansı bir cəhdlər etmir. Vətəndaş Cəmiyyəti Forumunun Kişinyovda keçirilən 5-ci Forumu bir daha göstərdi ki, Azərbaycan Milli Platforması Avropa İttifaqının bəzi dairlərinin maraqlarına xidmət edən və enerji maraqlarının təmin olunmasına nail olmaq üçün Azərbaycan hakimiyyət dairələrinə təziyq götərən qurumların əlində alətə çevrilmişdir.
- Azərbaycanın AvroNest Parlament Assambleyasında fəaliyyətinin dayandırması ilə bağlı AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun bəyanatı ilə bağlı nə deyə bilərsiz?
- Azərbaycan AvroNest PA-nin təsis olunmasında fəal rol oynayıb. Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramını parlament formatı olan bu qurumdan da, bir çox hallarda Azərbaycana təzyiq aləti kimi istifadə olunur. Bu baxımdan bu qurumda fəaliyyətin dayandırılmasını təqdir etməsəm də, bunu Azərbaycan parlamentinin "oyun qaydalarını" pozmaqda davam edən AvroNestə qarşı demarşı kimi qiymətləndirirəm. Hesab edirəm ki, indiki həssas məqamda Azərbaycan hakimiyyət dairələrinə təzyiq pis nəticələrə gətirə bilər. MDB-nin Minsk sammitini izləyənlər yaxşı gördü ki, Rusiya hansı mövqedən çıxış edir. Enerji layihələrində Azərbaycan dövlətinin milli maraqlarına zidd olan əlverişli şərtlərlə iştirak etmək naminə təzyiqlər müsbət nəticə verməyəcəkdir. Bir daha təəssüf hissi ilə bildirirəm ki, mənim də üzv olduğum Milli Platforma bir çox hallarda əsas missiyasını unudaraq bilərəkdən və ya bilməyərəkdən belə qüvvələrə dəstək verir.
Artıq 5-ci ildir ki, hər il seçkilər keçirilir və ölkənin vətəndaş cəmiyyəti qurumları seçim yolu ilə VCF-də təmsil olunurlar. Bu dəfəki tərkibin formalaşmasında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi əsas rol oynadı. Milli Platformanın yüksək səslə seçdiyi təşkilatları kənara qoyub, heç bir səs toplamayan təşkilatları VCF seçdilər. Məqsəd isə Forumda hakimiyyətlə əməkdaşlıq edən təşkiltları kənarda qoymaq idi. Halbuki hökumətlə dialoqun qurulmasında belə təşkilatların rolu əvəzsizdir. Məlumatı olmayanlar üçün bildirim ki, Vətəndaş Cəmiyyəti Forumunda iştirak üçün 3 mümükün səsdən 2-sini tplamaq lazımdır. Bu səslədən biri Milli Platforma üzvləri tərəfindən verilən səs (ən çox səs toplayan 22+3 təşkilat 1 səs qazanmış olur), Avropa İttifaqı nümayəndəliyini verdiyi səs və Beynəlxalq İdarə Heyətinin verdiyi səs (Burda hər bir qrupun beynəlxalq koordinatoru əsas rola malikdir). Ümumiyyətlə Avropa İttifaqı nümayədəliyi təşkilatları seçərkən hansı kriteriyaları əsas götürür bəlli deyildir. Bizim təşkilat 5-ci qrupda təmsil olunur. Bu sosial dialoq qrupudur. Bizim təşkilatın adına və missiyasına görə bu qrupda təmsil olunmaq haqqı var. Lakin heç zaman Nümayəndəlik bizm təşkilata səs vermir. Həmkarlar İtttifaqları üçün nəzərdə tutulan bu qrupda Azərbaycan Həmkarlar ittifaqları ümumiyyətlə təmsil olunmur. Bu il, mənim Brüsseldə bu məsələni qaldırmağmdan sonra Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından 1 nəfər müşahidəçi dəvət olunmuşdur.
-Aİ Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun perspektivi barədə nə deyə bilərsiz?
- Mən bu qurumun alət kimi istifadə edilməsindən narahatam. Ötən ildən bəzi dairələr VCF-da tanınmayan ərazilərin VCF da ayrıca təmsil olunması məsələsini gündəliyə gətiriblər. Bizim üçün tanınmayan ərazi anlayışı yoxdur. İşğal altında olan ərazi var. Dağlıq Qarabağ və ətraf rayonlar. Ötən il bunu qarşısı alındı. Amma istisna deyil ki, bu məsələ yenidən gündəmə gətiriləcək. Prinsipial mövqeyimiz budur ki, Dağlıq Qarabağdan olan QHT-lər yalnız Azərbaycan Milli Platforması çərçivəsində VCF-da təmsil oluna bilərlər. Yəni həm erməni, həm Azərbaycan İcmalarını təmsilçiliyi təmin olunmaqla. Əks halda Azərbaycan dövləti ümumiyyətlə, Aİ Şərq Tərfdaşlıq Forumunu tərk etməlidir.
OLAYLAR