“Müxalifət hakimiyyətə gəlmək üçün yox, sanki hansısa güzəştlər əldə etmək üçün bu prosesə qoşulmuşdu” - MÜSAHİBƏ
Ramil Hüseynov: “Müxalifətin iqtidarı tənqidi normal düşüncə və təfəkkür əsasında olmalıdır”
25 Oktyabr 2013 15:28 MüsahibəOktyabrın 9-da keçirilən president seçkilərində mübarizə aparmaq niyyəti baş tutmayan Vətəndaş və İnkişaf Partiyası buna rəğmən həvəsdən düşməyərək qarşıdan gələn bələdiyyə və oarlament seçkilərində iştirak etməyi hədəfləyib. Paralel olaraq bir sıra ikitərəfli əməkdaşlıq formatları istiqamətində də düşünən partiya bütün halda istənilən siyasi qüvvənin xarici dairələrin sifarişi ilə hərəkət etməsini qeyri-məqbul sayır. Partiyanın sədr müavini Ramil Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə VİP-in bundan sonrakı siyasi proseslərdəki yeri və rolundan danışıb.
-Ramil bəy, partiyanızın seçki mübarizəsində iştirak edə bilməməsi VİP-i də radikal müxalifət düşərgəsi ilə eyni sıraya qata bilərmi?
-Qətiyyən bu fikrinizlə razı deyiləm. Əvvəla biz dövlətimiz üçün təhlükə hiss etdikdə istənilən siyasi qüvvə ilə o təlükəyə qarşı mübarizə apararıq. Bu istər müxalifətdə olsun, istər iqtidarda. Yadınizdadırsa Rusiya hakimiyyətinin planları barədə ilk dəfə olaraq VİP öz mövqeyini acıq şəkildə ortaya qoydu. Çünki bu planlar dövlətimizin zəiflədilməsinə və suverinliyiniin itirilməsinə yönəlik addimlar idi .Hələ biz fevral ayında bununla baglı həyacan təbili çaldıq və Rusiyanın buradakı səfirliyi qarşısında piket təyin etdik. Lakin o zaman heç bir partiya səsini çıxarmadı. Nə iqtidarın cibindən maliyyələşən siyasi partiyalar, nə də özlərini radikal muxalifət sayanlar bununla bağlı bir cümlə olsun qeyd etmədilər. Çünki onlar qorxurdular ki, .həqiqətən Rusiya burada dəyişiklik edə bilər. Konkret olaraq onlar Rusiya hakimiyyətinin köməyi ilə hakimiyyətə gəlmək haqqında düşünürdülər. Sevinirəm ki, adı çəkilən dövlətin planları həyata keçmədi. Biz hesab edirik ki, hər bir təşkilat və partiya öz xalqının gücü ilə iqtidara gəlmək haqqında düşünməlidir. Digər yolları isə dövlət üçün təlükəli xarakterizə edirik. 2003-cü ildə də bəzi xarici qüvvələr müxalifəti hakimiyyətə gətirmək üçün çalışdı. Amma o vaxtda muəyyən qüvvələr onların şərtlərinin nə qədər ağır və məsuliyyətli oldugunu dərk edərək bu məsələyə imza atmadılar .Daha doğrusu onlar anladılar ki, hakimiyyətin idarə olunması heç də onların düşündüyü kimi asan deyil. Buna görə də bəlkə bilərəkdən bu prosesdən vaz keçdilər. Hətta o zaman da biz ölkə üçün təhlükə var deyəndə əksəriyyət siyasi qüvvələr bunu inkar edirdilər. Amma indi həmin "siyasilər" bunu təsdiq edirlər. Bu onların iç üzünün nədən ibarət olduğunun göstəricisidir. Ona görə də bir daha qeyd edirəm ki, bizim milli mövqeyimiz həmişə ali məqsədimiz olub. Bu kiməsə xoş gəlmək üçün deyil, dövlətimizin maraqlarını qorumaq və onu hər şeydən üstün tutmaq anlamını daşiyir. Bundan sonra da həmin mövqeyimizdə qalacağıq. VİP ölkədə normal siyasi sistemin qurulmasının, müxalifətlə iqtidarın normal münasibətlərinin yaradılmasının tərəfdarıdı. Müxalifətin işi iqtidarı tərifləmək yox, tənqid etməkdi. Lakin bu normal duşuncə və təffəkkür çərçivəsində olmalıdır.
-VİP hazırkı situasiyada hansısa əməkdaşlıq formatları barədə düşünürmü, yoxsa təkbaşına mübarizəni məqbul sayır?
-Biz bu seçkinin gedişatından müəyyən qənaətlər hasil etmişik və bu barədə partiyada çox geniş müzakirələr aparmışıq. Təbii ki, biz müxalifətin bir arada olması üçün zaman-zaman çabalar gğstərmişik. Amma bunun nəticəsi olmayıb. Bundan sonra isə seçki öncəsi və seçkidən sonra baş verən prosesləri nəzərə alaraq müəyyən partiyalarla danışıqlar apararıq. Qeyd edim ki, hələ seçkidən əvvəl bir neçə partiya ilə növbəti seçkilərdə birgə iştirakla baglı bəzi danışıqlarımız olub. .Əgər səmimi şəkildə bu danışıqlar davam edəcəksə VİP hasısa formatda təmsil olunacaq Əks təqdirdə təkbaşına mübarizə aparmaq əzmindəyik.
-Hər seçkidən sonra yeni qüvvələrin meydana gələcəyi, siyasi müxalifətin gəncləşəcəsi bildirilsə də, göründüyü kimi köhnə simalar yerində qalır. Sizcə yeni qüvvələrin, gənc nəslin siyasi meydana çıxmasına nə mane olur?
-Dəfələrlə mən qeyd etmişəm ki, müxalifət iqtidarı bir çox məsələlərdə qınayır. Mən də bir çox məsələlərdə bu fikirlərlə razıyam. Amma özləri həmin iradları təkrar edirlər. Məsələn ölkədə monopoliyadan danışırlar, amma özləri də müxalifəti monopoliyaya alıblar. Eləcə də bir çox digər məsələləri qeyd etmək olar. Bunun da səbəbi var. Səbəb də odur ki, həmin qüvvələr hakimiyyət daxilində bəzi qüvvələrlə əməkdaşlıq edirlər və məhz bu əmıkdaşlıq çərçivəsində güclüdürlər. Nəticədə öz monopolist idddialarını həyata keçirirlər. Ancaq hesab edirəm ki, bu çox çəkməyəcək. Artıq sağlam rəqabət nəticəsində kimlərin haqlı, kimlərin haqsız oldugu bilinəcək
-Sizcə, son prezident seçkiləri müxalifət üçün daha bir biabırçı məğlubiyyət olmadımı və bundan sonra bu düşərgənin narazı elektoratı ətrafına cəlb edə biləcəyi nə dərəcə mümkün görünür?
-Təbii ki, bu sualı onlara ünvanlamaq daha yaxşı olardı. Amma bir məsələ aydındır ki, bu il müxalifət hakimiyyətə gəlmək üçün yox, sanki hansısa güzəştlər əldə etmək üçün bu prosesə qoşulmuşdu. Ümumiyyətlə müxalfətdə hakimiyyətə gəlmək iddiasında olanların heç biri prezident olmaq üçün fikirləşmir. Onlar hakimiyyət və bəzi xarici quvvələrlə güzəştlər əldə etmək üçün bu proseslərə qoşulurlar. Bunun nəticəsidir ki, heç bir ciddi irəliləyişə nail ola bilmirlər. Xalqın gözu tərəzidi, hər şeyi görür VİP bu təşəbbüsü götürmək üçün muəyyən işlər aparır. Bütün maneələrə baxmayaraq bu yolumuzu davam etdiririk və .heç kim bu yolda bizim qarşımızı ala bilməz.
Süleyman İsmayılbəyli