Regionda real sülh mühiti formalaşmalıdır-İlyas Hüseynov- ÖZƏL

"Qeyd etmək lazımdır ki, Ermənistan Roma Statutunu ratifikasiya etmək, beynəlxalq cinayət məhkəməsinin Roma Stutuna qoşulmaqla bağlı çox geniş bir kompaniya təşkil etdi". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bu kompaniyanı əsasən Rusiyanın nəzarətindən çıxmış, Rusiyaya qarşı demarş etmək istəkləri ilə genişləndirdi. Nəhayətdə görürük ki, artıq Ermənistan beynəlxalq səviyyədə bu addımı atmışdır. Məhz bu niyyətlə də tədbirdə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan həqiqətdən uzaq və regiondakı reallıqları təhrif edən yanaşmaları ilə seçilirdi. Bütün bu addımlar əlbəttə ki, yolverilməzdir. Ermənistanın bədxah hərəkətlərini nifrət təbliğatını və dezinformasiyanı gücləndirmək məqsədilə edilir. Əsas məqsəd Azərbaycana qarşı beynəlxalq səviyyədə qarayaxma kompaniyasını inkişaf etdirməkdir. Ermənistanın rəsmiləri bu məqsədə doğru da hərəkət edirlər. Bu xüsusda qeyd etməliyik ki, 30 il ərzində əraziləri dağıdılan, etnik təmizləmələrə məruz qalan Azərbaycan dövlətinə qarşı yeni standartlar tətbiq edən beynəlxalq ictimaiyyət bu gün çox geniş şəkildə Ermənistanın Roma Statutuna qoşulmasını təbliğ edir və biz başa düşürük ki, bunun arxasında həm geosiyasi niyyətlər, Rusiya əleyhinə olan münasibət dayanır. Eyni zamanda, Ermənistan bununla Azərbaycana qarşı beynəlxakq çəkişmələri gücləndirməkdə maraqlıdır. Azərbaycan tərəfi beynəlxalq hüququn aliliyinin təşviqində maraqlı olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin və sabitliyin qurulması, möhkəmləndirilməsi niyyətini hər zaman bəyan etmişdir. Düşünürəm ki, bu istiqamətdə səylər daha da gücləndirilməlidir, regionda real sülh mühiti formalaşmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31