Snoudenin atası Putinə təşəkkür etdi
"Rusiyanın gücünə və qətiyyətinə bel bağlayıram"
1 Avqust 2013 11:12 MüsahibəMətbuata ABŞ dövlət sirrini sızdırmaqla böyük qalmaqalın əsasını qoymuş Edvard Snoudenin atası Rusiya telekanalına müsahibə verib. Rusiyanın dövlət büdcəli "Rossiya 24" kanalına danışan Pensilvaniya sakini Lon Snouden oğlunu qoruduqlarına görə Kremlinə minnətdarlıq edib.Keçmiş Milli TƏhlükəsizlik Agentliyi əməkdaşının valideyni, oğlunu təhlükəsizliyini təmin etməkdə göstərdikləri cəsarətə görə prezident Vladimir Putin və onun hökümətinə xüsusi təşəkkür edib. Ata Snouden, oğlu üçün ən adekvat seçimin, Rusiyada qalmaq olduğunu deyib:"Ona dedim ki, sənin yerində olsam Venezuela və ya Ekvador və Boliviyanın təklifinə üstünlük verərdim, ancaq görülən tədbirlər xüsusilə (Edvardın) göyərtədə olduğu şübhəsi ilə (prezident) Evo Moralesin təyyarəsinin məcburi endirilməsindən sonra oğlumun qorunmasında, ona zərər vermək istəyənləri yaxına buraxmamasında, Rusiyanın gücünə və qətiyyətinə bel bağlayıram,Buna görə də onun yerində olsaydım, elə Rusiyada qalardım, ümid edirəm oğlum da elə bunu edəcək".Qeyd edək ki, Oğul Snouden iyunun 23 -də Honk Konqdan çıxandan bəri Moskvanın Şeremetyo aeroportunda tranzit zonada çıxılmaz vəziyyətdə qalıb. Keçmiş məxfi xidmət analitiki müvəqqəti sığınacaq üçün Rusiya səlahiyyətli orqanlarına rəsmi ərizəylə müraciət etsə də, Rusiya onun vəsatətini hələ də nəzərdən keçirir.Putin Snoudenə siyasi sığınacağın verilməsi üçün ilkin şərt olaraq, onun bundan sonra ABŞ maraqlarının ziddinə fəaliyyəti dayandırmalı olduğunu söyləyib. ABŞ kəşfiyyatının PRİZM adlı proqramla internetdə olan istifadəçilərə nəzarət etdiyini aşkara çıxarmış Snouden, bu tələblərə yerinə yetirməyə hazırlıq ifadə edib. Snouden Venesuela, Nikaraqua və Boliviyada sığınacaq üçün təklif alıb. Habelə həmin dövlətlərə səfər etmək üçün lazımı şərait mövcud deyil. İlk növbədə onun xarici pasportu ABŞ hökümətinin göstərişi ilə ləğv olunub, digər tərəfdən onun səyahət sənədləri əldə etməsi üçün ikinci ölkəyə müraciət etməli olacaq.Latın Amerikasına birbaşa yalnız Havana reysi ilə uçmaq mümkündür.Ancaq bu zaman da, təyyarə istənilən halda Avorpa və ABŞ üzərindən uçması faktı, uçuş zamanı müəyyən çətinliklərlə yol aça bilər. Boliviya prezidenti Moralesə məxsus təyyarənin məcburi enişi insidenti buna ən yaxşı misal sayıla bilər.