Azərbaycanla bağlı həqiqətləri yaşadığımız ölkədə keçirdiyimiz rəsmi görüşlərdə onların diqqətinə çatdırırıq- - MÜSAHİBƏ
6 Yanvar 2023 09:49 MüsahibəMəhsəti Şərif Özyürek: "Bu bir Azərbaycan Türkü olaraq bizim vəzifə borcumuzdur"

Qardaş Türkiyə ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında ictimai təşkilatların da xüsusi rolu vardır. Məhz ayrı-ayrı qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələr, tədbirlər nəticəsində Azərbaycan və Türkiyə arasında ictimai sektorda əlaqələr daha da genişlənir, möhkəmlənir. Bu istiqamətdə faydalı, səmərəli fəaliyyət göstərən, qısa müddətdə yaranmasına baxmayaraq, bir neçə uğurlara imzza atan təşkilatlardan biri də qardaş ölkədə fəaliyyət göstərən İnsan Hakları, Egitim və Dayanışma Dərnəyidir. Sözügedən dərnəyin yaranma zərurəti, qarşısına qoyduğu hədəflər və ötən müddət ərzində gördüyü işlərə nəzər yetirmək üçün İnsan Hakları, Egitim və Dayanışma Dərnəyinin sədri Məhsəti Şərif Özyüreklə söhbətləşdik.
-Məhsəti xanım, rəhbərlik etdiyiniz İnsan Hakları, Egitim və Dayanışma Dərnəyi hansı zərurətdən yarandı və təşkilatın qarşısına qoyduğu əsas hədəflər, məqsədlər hansılardır?
-Əslində bir neçə ildir ki, qeyri-rəsmi olaraq ictimai fəaliyyətlə məşğul olurdum. Belə ki, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları ilə yaxından çalışır, onlara maddi və mənəvi, eyni zamanda hüquqi istiqamətlərdə dəstək olur, ehtiyaclarının qarşılanması üçün çalışırdım. Sonra işimi rəsmiyyətə çevirərək daha professional çalışmaga başladım. Bunun üçün bir təşkilat yaratdım və 6 aydır fəaliyyət göstəririk.
-Təşkilatınızın istər Türkiyə, istərsə də Azərbaycanın qeyri-hökumət təşkilatları ilə əlaqələri hansı səviyyədədir və birgə layihələr, hansısa tədbirlər keçirməyi planlayırsınızmı?
-Təşkilatımız Azərbaycanda fəaliyyət göstərən hər hansı bir qeyri-hökumət təşkilatı ilə birgə hansısa formada işləmir. Ancaq burada olan Azərbaycan və Türkiyə dərnəkləri, cəmiyyətləri ilə əlaqələr qururuq. Hələlik yeni yaranmış bir təşkilatıq. İnşallah zaman keçdikcə birlikdə ümumi işimizin xeyrinə olan layihələr həyata keçirəcəyik.
Ümumilikdə götürəndə isə, bu günə qədər bir çox tədbirlər keçirmişik. Məsələn, şəhid, milli qəhrəman Allahverdi Bağırov adına kitabxana açmışıq. Eyni zamanda, təhsilə dəstək məqsədi ilə Türkiyədə yaşayan azerbaycanlı məktəbliləri çanta və məktəb ləvazimatları ilə təmin etmişik. Bundan başqa 12 aztəminatlı məktəblilərə aylıq burs veririk. Yanvarın 6-da təşkilatımız tərəfindən sərgi keçiriləcək və sərgidə dərnəyimizin mədəniyyət bölümünün rəhbəri Lətafət Ramazanovanın əsərləri sərgilənəcək. Onu da diqqətinizə çatdırım ki, dərnəyimizdə həmçinin xalq təhsili kursları təşkil edirik. Xalq təhsili kursları Türkiyədə bələdiyyə və Milli Təhsilə bağlıdır. Heç bir ödəmə olmadan, pulsuz şəkildə 13 yasdan 70 yasadək vətəndaşlar üçün əl işləri, sənətkarlıq və dil kursları keçirilir. Yanvarın 6-da təşkil edəcəyimiz sərgidə xalq təhsilində el sənətləri bölümündə təhsil alan qadınların əl işləri də nümayiş olunacaq.
Bu arada onu da qeyd edim ki, dərnək olaraq əməkdaşlıq etdiyimiz qurumlar arasında Türkiyədəki Yasevi Yardım Hərəkatının adını xüsusi qeyd etmək istəyirəm. Onlar hər zaman bizə dəstək olublar.

-Bu birmənalıdır ki, istənilən ölkədə yaşayan azərbaycanlılar istəyimizdən asılı olmayaraq hansısa problemlərlə qarşılaşırlar. Bəs, Türkiyədə yaşayan azərbaycanlılar əsas etibarilə hansı problemlərlə üzləşirlər və həmin problemlərin həlli istiqamətində sizlər hansı addımlar atırsınız?
-Bizim burada yasayan vətəndaşlarımızın problemləri çoxdur. Əvvəla onu qeyd edim ki, qaçaq durumunda yaşayan vətəndaşlarımız var. Onlar nə təhsildən, nə də səhiyyə sistemindən yararlana bilmirlər.
Uzun illərdir sənədsiz yaşayan, burada doğulub böyüyən, heç bir sənədi olmayan insanlarımız var. Şükürlər olsun ki, artıq bir neçə aydır ki, prezident İlham Əliyevin tapşırığı ilə qurulan İşci Qrupu İstanbula gəlib və Azərbaycana aid sənədi olmayan, hətta vətəndaşlıq mənsubiyyəti olmayan insanların sənədləsdirilməsi ilə məşgul olur. İşci Qurupunun diaspora qolu olaraq biz də bu istiqamətdə çalışdıq və 2 minə yaxın vətəndaşımızın sənədləşməsinin şahidi olduq.
-Türkiyədə yaşayan azərbaycanlıların üzləşdikləri bu və ya digər problemlərin həlli istiqamətində İnsan Hakları, Egitim ve Dayanışma Dərnəyini soydaşlarımızın üz tutduğu əsas ünvanlardan biri kimi xarakterizə etmək olarmı?
-Dərnəyimizin qapısı həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının üzünə hər zaman acıqdır. Biz daha çox şiddətə məruz qalan qadınlar, hüququ tapdanan uşaqlar, azyaşlılarla isləyirik. Həmçinin, təhsili olmayan qadınlarla da müəyyən fəaliyyətlərimiz var. Ümumiyyətlə, Dərnəyin əsas işi budur. Eyni zamanda "Kitabxanasız məktəb qalmasın" layihəmizi davam etdiririk.

-Bu günlər Xankəndi-Laçın yolunda QHT və ekoloji fəalların keçirdiyi dinc aksiyanın əsas məqsəd və məramını İnsan Hakları, Egitim və Dayanışma Dərnəyi Türkiyə cəmiyyətinə, eləcə də əməkdaşlıq etdiyi QHT-lərə çatdıra bilibmi?
-Bəs Türkiyənin rəsmi qurumları ilə, eləcə də Azərbaycanın qardaş ölkədəki səfirliyi ilə hansısa formada əməkdaşlığınız, əlaqələriniz varmı?
-Türkiyənin rəsmi qurumları ilə birgə işləmək çox rahatdır. Biz dərnək olaraq indiyədək müraciət etdiyimiz heç bir rəsmi qurumdan yox cavabı almamışıq. Bütün tədbirlərimizdə bizə dəstək verilir, tədbirlərdə rəsmi numayəndələr iştirak edir. Bir sözlə hər cür dəstəyi görürük. İstanbulda yaşadığıma görə buradakı Azərbaycan konsulluğu ilə sıx əlaqələrimiz var. Konsulluq da öz səlahiyyəti çərşivəsində bizə dəstək verir.

-Sonda 2023-cü illə bağlı planlarınızı bilmək istərdik. Bu il təşkilat olaraq nələri, hansı addımlar atıb, tədbirlər keçirməyi düşünürsünüz?
-Planlarımız çoxdur, amma indi onları sadalasam yerinə yetirmək şərt olar. Onu da qeyd edim ki, verdiyim bütün vədləri yerinə yetirirəm. 2023-cü ildə qarşımıza qoyduğumuz planları dərnəyimizin güclü heyəti ilə birlikdə yerinə yetirəcəm və göstərəcəm. İnşallah, 2023-cü il bizim ilimiz olar. Buna inanıram.
.jpg)
Süleyman İsmayılbəyli