Azərbaycanla Rusiya strateji müttəfiqir - MÜSAHİBƏ
İsmayıl Ağakişiyev: “Bu iki ölkə arasımda əməkdaşlığın inkişafı üçün kifayət qədər potensial var”
27 İyun 2012 16:43 Müsahibəİyunun 28-də Bakıda Rusiya-Azərbaycan regional əməkdaşlıq forumu keçiriləcək. Rusiya Şimal-Cənub Politologiya Mərkəzinin təsisçisi İsmayıl Ağakişiyev Forumda iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. İqtisadi əlaqələrin gələcək inkişafı məsələsi gündəlikdə duran əsas məsələlərdəndir. Bu sahələrdə əməkdaşlığın gücləndirilməsi nəinki bu iki ölkə arasında, həmçinin keçmiş SSRİ məkanında prioritet mövzulardandır.
- Azərbaycanla Rusiya arasındakı iqtisadi əməkdaşlığın hazırki səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu iki ölkə arasındakı iqtisadı əməkdaşlıq səviyyəsini normal qiymətləndirmək olar. Ancaq hesab edirəm ki, bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək, əlaqələri genişləndirmək üçün daha böyük imkanlar var. Düşünürəm ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan işgüzar adamlarının Biznes Mərkəzi, paralel olaraq Rusiya iş adamlarının Bakıda Biznes Mərkəzi olsa özəl sektorun inkişafına müsbət təsirini göstərə bilər. Deyək ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq bununla daha da genişlənə bilər. Ümumiyyətlə, belə əməkdaşlığın mövcudluğu hər iki ölkə üçün xüsusu əhəmiyyət daşıya bilər.
- İqtisadi sahədə əməkdaşlıq dedikdə konkret olaraq hansı məsələləri nəzərdə tutursunuz?
- Yaxşı olardı ki, hər iki ölkədə investisiyaların qorunması haqqında qanun qəbul edilsin. Belə bir qanunun qəbulu özəl sahədə çalışanların real iqtisadiyyata investisiya qoyuluşunu artıra bilər. Bunu edə bilsək, çox yaxşı nəticələr əldə edə bilərik. Məlumdur ki, Azərbaycanın Rusiyada investisiyalarl var. Hazırda Şimali Qafqazda müxtəlif müəssisələr tikilib, çoxlu sayda kənd təsərrüfatı məhsullarının emalı müəssisələri mövcuddur, başqa sahələr üzrə müəssisələr də tikilir. İnvestisiyaların qoyuluşu məsələsində Azərbaycan daha fəaldır. Rusiyanın isə bu sahələr üzrə böyük potensialı var. Yaddan çıxarmayaq ki, Rusiyada nə qədər azərbaycanlı və qeyri-azərbaycanlı işgüzar insan var. Eləcə də Azərbaycanda elə sahələr var ki, həmin sahələrin inkişafı üçün Rusiya işgüzar adamlarının rolu mümkün olar.
- Vaxtilə Azərbaycan Rusiya bazarlarını kənd təsərrüfatı məhsulları ilə təmin edən ölkələrdən olub. Sizcə, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi mümkündürmü?
- Rusiya ilə istənilən sahədə münasibət yaxşı olsa, bir sıra nailiyyətlər əldə etmək mümkün olar. Nəzərə almaq lazımdır ki, bu ölkənin regionda nüfuzu çox böyükdür. Bu baxımdan ölkələr arasındakı münasibətlərin normal olması məsələlərin həllinə yaxşı təsir edə bilər.
- Azərbaycanla Rusiya arasında siyası sahədə əməkdaşlığın inkişaf prespektivlərini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında siyası sahədə əməkdaşlıq ən yüksək səviyyədədir. Ən azı ona görə ki, bu ölkələr strateji partnyordurlar. Hələlik bundan yüksək səviyyədə nə isə görə bilmirəm. Ona görə də bu səviyyəni qoruyub saxlamaq lazımdır.
Alim