“Pərakəndəlik müxalifəti məğlubiyyətə aparır” - MÜSAHİBƏ

Ramil Hüseynov: “Müxalifətin vahid mövqedən çıxış edə bilməməsinin başlıca səbəbi şəxsi maraqlar və bəzi liderlərin cılız, çılğın hissləridi”

"Bu cür yanlış addımlarla heç bir uğurdan söhbət gedə bilməz"

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun "OLAYLAR"-a müsahibəsi

-Ramil bəy, Vətəndaş və İnkişaf Partiyasında prezident seçkilərinə hazırlıq hansı səviyyədə gedir?

-Partiyada prezident seçkilərinə hazırlıq prosesi yüksək səviyyədə gedir. İyul ayının əvvəlindən isə bu işə məsul şəxslər gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərirlər. Partiyanın seçkilərdə platforması, təbliğat forması, imza toplamanın mexanizmi və digər məsələlər ciddi şəkildə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Yaxın zamanlarda namizədimizin seçki qərargahı rəsmi şəkildə elan olunacaq. Dairə təşkilatları ilə baglı isə onu deyə bilərəm ki, artıq partiyada 90-a yaxın dairə təşkilati yaradılıb və bu proses davam edir .

-Rayon təşkilatlarının dairə təşkilatları ilə əvəz edilməsi yeniliyini ilk dəfə Azərbaycanda Vətəndaş və İnkişaf Partiyası tətbiq etdi. Sizcə, bu yenilik prezident seçkilərində partiyanızın hansısa uğur əldə etməsinə imkan yaradacaqmı?

-Qeyd etdiyiniz kimi bu yeniliyə Azərbaycanda  ilk olaraq VİP imza atdı. Düşünürəm ki, bu proses partiyaya ciddi ugurlar qazandıracaq. .Bu proses daha effektli və operativ işləmək üçün səmərəlidi. Sözügedən prosesə keçməklə biz  həm də parlament seçkiləri üçün partiyanın namizədlər korpusunu müəyyənləşdiririk. Dairə təşkilatlarının sədrləri həm də eyni dairədən parlament seçkilərində öz namizədliklərini irəli sürəcəklər.
 

-Vətəndaş və İnkişaf Partiyası prezident seçkilərində öz iddiasını geri götürüb müxalifət düşərgəsindən hansısa namizədi dəstəkləyə bilərmi? Yoxsa bu məsələ ətrafında bütün körpülər artıq yandırılıb?

-İndiki siyasi situasiyanı nəzərə alsaq biz heç kimin namizədini dəstəkləmək niyyətində deyilik. Ancaq bu heç də müxalif partiyalarla körpüləri yandırmaqla bağlı deyil. .Biz VİP olaraq heç kimlə şəxsi mübarizə aparmırıq ki, kiminləsə körpüləri yandıraq.  Bizim mübarizəmiz siyasi mübarizədi. Hal-hazırda müxalifət liderlərinin bəzilərinin atdığı addımların uğursuz, sonunun məğlubiyyət oldugunu bildiyimizə görə onlarla siyasi mübarizə aparırıq. .Vətəndaş və İnkişaf Partiyasının heç kimlə şəxsi düşmənçiliyi yoxdu.  Bu həm iqtidara, həm də müxalifətə aiddir. Vətəndaş və İnkişaf Partiyasının .namizədi Əli Əliyevdir. Kim istəyirsə bizim namizədimizi dəstəkləyə bilər.
 

-Vətəndaş və İnkişaf Partiyası ilə bağlı müşahidə edilən bir nüans da ondan ibarətdir ki, VİP daha çox Bakı kəndlərinə üstünlük verir. Bu da belə bir iddianın ortaya atılmasına səbəb olub ki, sizin partiya przident seçkilərində Bakı kəndlərinin elektoratının səsini qazanmaq istəyir. Bu iddialar nə dərəcədə əsaslıdır?

-Vətəndaş və İnkişaf Partiyası tək Bakıətrafı kəndlərin yox, bütövlükdə ölkədə yaşayan bütün seçicilərin dəstəyini qazanmaq üçün çalışır. .Amma onu da deyim ki,  Bakı kəndləri ilə bağlı bizim xüsusi proqramımız var. Həmin proqrama uyğun fəaliyyətimizi davam etdiririk .Daha doğrusu o işlərlə məşğul olan konkret şəxslər var. Yaxin zamanlarda bu barədə də mətbuata və cəmiyyətə məlumat veriləcək.
 

-Müxalifət düşərgəsinin bu dəfəki seçkilərə də vahid namizədlə gedə bilməməsi növbəti məğlubiyyəti qaçılmaz etməyəcək?

-Əslində vahid namizəd məsələsində çox kövrək bir razılığa gəlinib .Lakin bu razılaşmanın çox uzaga gedə biləcəyini düşünmürəm. Çünki bu prosesə hansısa qara əllər nəzarət edir. Vahid namizədin müəyyən edilməsində iştirak edən müxalifətin bir hissəsi də həmin əllər tərəfindən idarə olunur. .Bunu söyləmək üçün artıq kifayət qədər əsaslar  var .Bu prosesdə iştirak edən müxalif partiyaların bəziləri neçə illərdir ki, ölkənin yalnız Avroatlantik məkana inteqrasiyasını zəruri sayır və bu halda Azərbaycanın  inkişaf edəcəyini söyləyirdilər. Eyni zamanda onlar .hazırkı iqtidarı Rusiyaya meyl etməkdə suçlayırdılar. Amma indi isə qəbul etdikləri bəyyannamədə qeyd ediblər ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası yalnız referendum yolu ilə ola bilər. Bunlar illər boyu cumlələrinin əvvəlində və sonunda dedikləri sözü qısa zamanda dəyişirlər. Təbii ki, bu cür yanlış addımlarla heç bir uğurdan söhbət gedə bilməz.  Müxalifətin bir araya gəlməsi üçün biz 2010-cu ildən muəyyən addımlar atmışıq. Lakin bunun nəticəsi olmayib. .Əslində bu pərakəndəlik müxalifəti məğlubiyyətə aparır. Bu mənada deyilənlərlə razılaşıram.
 

-Sizcə müxalifətin uzun illərdir ki, bir araya gəlib vahid mövqe nümayiş etdirməsinə nə mane olur?

-Müxalifətin vahid mövqedən çıxış edə bilməməsinin başlıca səbəbi şəxsi maraqlar və bəzi liderlərin cılız, çılğın hissləridi. .Hesab edirəm ki, artıq bu cür hisslər və maraqlardan qurtulmaq zamanıdır.
 

-Vətəndaş və İnkişaf Partiyası yaxın vaxtlarda ikitərəfli və ya çoxtərəfli əməkdaşlığa üstünlük verəcəkmi?

-İkitərəfli əməkdaşlıq mümkündür. Hazırda Vətəndaş və İnkişaf Partiyası bu istiqamətdə müəyyən siyasi quvvələrlə məsləhətləşmələri davam etdirir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31