“Azərbaycanlı tələbələri karyera kurslarına cəlb edəcəyik” - Brayn Störqes - MÜSAHİBƏ
25 İyun 2012 14:12 MüsahibəBritaniyada fəaliyyət göstərən BPP Universitet Kollecin nüfuzu ildən-ilə artır. Dünya ölkələrindən bu təhsil ocağına böyük axın var. Artıq azərbaycanlı gənclər də bu universitetdə müxtəlif sahələr üzrə karyera kurslarında təhsil ala biləcəklər. Bu məqsədlə BPP Universitet Kollecin əməkdaşı Brayn Störqes gələn ay ölkəmizə gələcəkdir. Ondan səfər qabağı aldıgımız müsahibəni diqqətinizə təqdim edirik.
- Bakıya budəfəki səfəriniz haqqında nə deyə bilərsiniz?
- Britaniyada Apollo Global Groupun bir hissəsi olan BPP Universitet Kollec fəaliyyət göstərir. Burada müxtəlif karyera kursları təşkil edilir. Azərbaycana gəlmişəm ki, bizim kurslarda təhsil almaq istəyən tələbələrlə fakir mübadiləsi aparım.
- BPP-ni azərbaycanlı oxuculara necə tanıtdırardınız?
- BPP-nin 35 illik təhsil təcrübəsi var. Dərəcə mükafatlandırma səlahiyyəti 2007-ci ildə verildi və Britaniyada rəsmi olaraq ilk özəl universitet oldu. Biz hazırlıq, bakalavr, magistr, doktorantura və peşəkar proqramlar silsiləsini təklif edirik. Universitet Kollec "hüquq məktəbi", "biznes məktəbi" və "səhiyyə məktəbi" bölmələrinə bölünür və bütün bu məktəblər özlərinin praktik öyrətmə yönləri və yenilikçi təhsil metodları ilə tanınırlar.
Biz dünyanın hər yerindən olan tələbələri böyük məmnunluq hissi ilı qarşılayırıq. Onlara beynəlxalq, coxmədəniyyətli bir mühit təklif edirik. O mühiti ki, Londonda, Mançestrdə, Liidzdə, Berminqamda və Bristolda, həmçinin Kembric və Liverpulda ən son və irəliləmiş təhsil şəraitləri təmin edir. Biz yüksək etibarlı sponsoruq. Bu o deməkdir ki, bir əyani BPP tələbəsi təhsil alarkən yarım-günlük iş götürə bilər.
Tələbənin akademik və peşəkar biliklərindən asılı olmayaraq biz onları yüksək səviyyədə rəqabət üçün kariyera qurmağa uyğun biliklərlə təmin edəcəyik. Bundan əlavə bizim kursların tələbələrlə işləmə bacarığını inkişaf etdirməsi sübut olunub. Tələbələrimizin 93 faizi məzun olandan sonrakı il ış tapır və qeyd edim ki, geniş əlaqələrimiz, hətta London Səhm Bazarı siyahısında olan şirkətlərin çoxu ilə müqaviləmiz var.
- Sizin Apollo BPP-də rolunuz və təcrübəniz nədən ibarətdir?
- Mən dövlət və özəl sektorlarda menecerlərin üzləşdiyi bir çox real problemlərlə iqtisadi analizi birləşdirən Magistr dərəcəsi idarəetmə kursu üzrə İdarəetmə İqtisadiyyatını tədris edirəm. Uzun illər investisiya bankçılığında işləmişəm, həmçinin bir müddət tam ştat akademik işləmişəm, ancaq Apollo BPP Universitet Kollecdə olan tədris üsulu məni cəlb edir. Çünki bu dəyişkəndir və tələbələr üçün əsl peşə təcrübəsi təmin etmək üçün müəllimlik, biznes və konsaltinq biliklərlə yanaşı, instruktorların faydasından yararlanmağa imkan yaradır. Tədris rəqəmsal materialların optimal istifadəsi ilə həm əyani, həm də internetdə aparılır. Dəyişkən qrafik müəllimlər üçün keyfiyyət artıran bir imkandır. Bu, müəllimlərə imkan verir ki, onlar ekspert olduqları sahələrdə işləyərək praktika keçə bilsinlər, həmçinin bu qrafik internet əlavəsi ilə üz-üzə sessiyanı birləşdirən daha çox praktik öyrətmə yolu ilə öyrədilən tələbələr üçün də keyfiyyət artırıcı bir imkandır.
- Niyə yalnız Britaniyada təhsil...?
Birləşmiş Krallıqda dərəcə, doktorantura və ya peşəkar proqramlar götürmək beynəlxalq tələbələr üçün ali təsildə güclü beynəlxalq ada, markaya sahib bir ölkənin verdiyi xidmətdən yararlanmaq əvəzolunmaz bir imkandır. Ölkələrindən kənarda oxuyan tələbələrin sayı qlobal iqtisadi genişlənmə xətti ilə surətlə artmaqdadır və Birləşmiş Krallıq bu bazarda həmişə ön mövqedə dayanmışdır və onun payi təhsi bazarı böyüdüyünə görə daha da artmışdır. Başqa amil isə Birləşmiş Krallıq dünyanın biznes dilində təhsil vermə daxil olmaqla güclü tarixi rəqabət üstünlüklərinə sahibdir. Başqa bir sıra səbəbəblər də var ki, bunlar bizim ölkədə təhsil almağı daha da cəlbedici edir.
- Bəs o əlavə imkanlar hansılardır?
- Hazırki Britaniya hökuməti təsil sektorunu strateji milli əmlakı kimi görür və bu sektor təklif etdiyi xidmətlərin həcmində, çeşidində və keyfiyyətində surətli genişlənmə ücün qurulur. Təhsil sektoru Birləşmiş Krallığın iqtisadiyyatına 60 milyon funt sterlinq (77 milyon manat) töhfə verir və 2.2 milyon funt sterlinq (2.8 milyon manat) ixracat gəlirləri yaradır. Ali təhsil dövlətin 2011 ci il büdcə artımı ücün planında əsas diqqət hədəfi olmuşdur və bu sektorda islahatlar güclü iştirakçılar tərəfindən möhkəmlənməyə və genişlənməyə aparacaq qiymətə əsaslanan daha da cox rəqabət və dəyərə həvəsləndirmək üçün yaradılmışdır. Bu sadəcə baş verəcək, çünki, bu, tələbələrə təhsil təmin edənləri asanlıqla qiymətləndirmək üçün asanlaşacaq.
Sadəcə yanaşsaq təhsil təmin edənlər daha çox tələbə yönümlü olacaqlar. Bu rəqabətli mühit BPP-ni beynəlxalq tələbələr üçün daha çəkici edəcəkdir.BPP artıq peşəkarlar üçün təhsilə əsaslanan kariyera təmin etməkdə güclü ada sahibdir, amma indi yeni özəl universitet olduğuna görə və ABŞ Apollo qrup ilə əlaqəsi olduğuna görə BPP tələbələrin ödədiyi təhsil haqqına qarşılıq olaraq tələbələrin iş bazarında işə götürənlərə cəlb edici olmalarını qaldırmaq üçün tələbələrə dəyər təklif etməkdə güclü mövqeyə sahibdir.
- Niyə Azərbaycan?
- Azərbaycanın maraq dairəsində olmasının bir sıra səbəbləri var. Mənə görə, şəxsi yöndən baxarkən, mən dəfələrlə Azərbaycanda olmuşam iş adamları ilə keçirdiyim görüşlərdən, azərbaycanlıların enerjisi və iqtisadiyyatın daha irəli inkişaf etdirmək üçün ən yaxşı təcrübələri götürmək və ölkənin enerji müstəqilliyi baxımından onun sənaye bazasını çeşidləndirmək istəklərindən təsirlənmişəm. Mən 2011-ci ildə Bakıda "Nato yay məktəbi"ndə bir qrup azərbaycanlı tələbələrə dərs dedim və ingilis dili bacarığının yüksək standartını yüksək öyrənmək istəyi gördüm. Daha makro prespektivdən baxmayaraq Azərbaycanın 9 milyondan çox əhalisi var, onun domoqrafikası yüksək savadlı gənc adamlarının cox yuxarı payı ilə münasibdir. Bundan əlavə, Ümumi daxili gəlir (GDP) keçən 4 il ərzində ortalama 7 faizdən yuxarı olmuşdur. Ən yeyin böyümə 2008 ci ildən bir az öncə neft qiymətlərinin arxasında baş vermişdir, amma Ölkəyə enerjiyə əlavə olaraq biznesin, xidmətlərin və turizmin artan vacibliyini inkişaf etdirmək üçün təlim görmüş mütəxəssislərə ehtiyac olacaq. Bizim baxışımızdan Azərbaycan özünün Türkiyə, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Rusiya və Ukrayna ilə olan əlaqələri ilə geniş iktisadi blok və artan iqtisadi şəbəkənin mərkəzində dayanır.
- BPP Azərbaycan tələbələrinə nə təklif edə bilər?
- Bizim həm bakalavr həm də doktoranrura səviyyələrimiz var. Biz Azərbaycan tələbələrindən artmaqda olan müraciətlər görməkdəyik. Bizim kurslara daxildir, LLB hüquq ,həmçinin bizness və maliyyə üzrə bakalavr. Doktorantura səviyyəsində bizim LLM kursları və Marketinqdə Magistr, İdarə etmədə Magistr - hər ikisinə Britaniyada secimli olan ödənişli iş təcrübəsi təklif olunur. Bu imkan beynəlxalq təhsil almaq istəyən iş axtararkən onlara rəqabət üstünlüyü verən beynəlxalq iş təcrübəsi əldə etmək istəyən tələbələr üçün cox gözəl bir imkandır.
Tələbələr bizdə yanvarda, may və sentyabrda təhsil ala bilərlər.
İngilıis dili bizim dərslərdə çox vacibdir. Biz o tələbələri axtarırıq ki, İELTS dən 6.5 balı və onun ekivalenti olsun, həmçinin biz ingilis dilinə bir az ehtiyacı olan tələbələrə ingilis dili dəstəyi təklif edirik.
- Onda tələbələr Sizə necə müraciət etsin?
- Bizim öz işinə məsuliyyətlə yanaşan və azərbaycanlı tələbələrə qayğı ilə yanaşan komandamız var. Onlarla istənilən vaxt əlaqə saxlaya bilərsiniz. Zəhmət olmasa [email protected], [email protected] ünvanı ilə əlaqə saxlayın və ya www.bpp-international.com saytına girin. Biz tələbələrlə görüşmək üçün gələn ay Bakıda səfərdə olacağıq.