"Süni tənəffüs aparatından hər adam geri qayıtmır" - İnfeksionistlə MÜSAHİBƏ
15 Aprel 2021 13:11 MüsahibəHəkim-infeksionist İlhamə Abbasovanın müsahibəsini təqdim edirik:
Xəstəliyi keçirən şəxslərə peyvənd vurulması vacibdirmi?
- COVİD-ə yoluxan hər bir şəxs vaksinasiya olunmalıdır. Bir şəxs xəstəliyi əgər asimptomatik şəkildə yüngül keçiribsə, heç özünün xəbəri olmayıbsa onda antitel yaranmayacaq. Yaranacaq - 4, 5, 6, 2.5, 3, bu antitel də heç vaxt onu qorumur, yəni müvəqqətidir. Tutaq ki, xəstəliyi 3 ay bundan öncə keçirib, antiteli indi 4, 5-dir. Getdikcə onun antiteli artmayacaq, əksinə azalacaq. Ona görə də o şəxslərə, "pozitiv" olmayan hər bir vətəndaşa vaksin vurulmalıdır.
Qrip olduğunu düşünüb, COVİD-ə yoluxduğundan xəbərsiz olan şəxslərə 6 ay keçməmiş, xəstəlik dövründə vaksin vurularsa bu, nə ilə nəticələnə bilər?
- Hazırda COVİD xəstələrinin sayı artıb. Aprel ayından öncə, mart ayının əvvəllərində qrip virusu həqiqətən də var idi, yoxlanırdılar, COVİD neqativ çıxırdı. Yox, əgər vətəndaş deyirsə ki, mən xəstəliyi gizli keçirmişəm, bir-iki simptomum olub, o vətəndaş əlbəttə, antitelini yoxlatdıra bilər. Əgər antiteli 10-dan yuxarıdırsa ona vaksin vurmağa ehtiyac yoxdur. Yox, antitel 2, 3, 4 civarındadırsa, bu onu qorumayacaq. Bir-iki aya bu rəqəm daha da azalacaq. Ona görə də vaksin vurulmağı məsləhətdir.
Tutaq ki, vətəndaş bu xəstəliyi asimptomatik keçirib. Bir-iki ay keçdi, vaksin vuruldu. Vaksinin onda heç bir əks göstərişi olmayacaq, əksinə daha yaxşıdır. Tutaq ki, vətəndaşın qanda immunoqlobin C-si 6-dırsa, vaksindən sonra o rəqəm 40, 50, 60 civarında ola bilər. Məsəl üçün, may ayında ağır COVİD xəstəsi hansı ki, süni tənəffüs aparatına qoşuldu, çıxdı, o xəstə ağır keçirmişdi. Keçən ay - mart ayında yoxlanışdan keçdi, onun immunoqlobini 4.11 idi. Məsləhət gördüm ki, vaksin vurulsun. Çünki o şəxs COVD-i ağır keçirdi və yenidən yoluxma ehtimalı olduğuna görə biz ona vaksin vurduq. Hətta birinci vaksinin üçüncü həftəsində analiz verdik, rəqəm 43 idi. Xəstəliyi keçirmişdi (immunoqlobini vaksindən öncə 4.11 idi), haradasa xəstəliyindən 8 ay keçib. Və birinci vaksindən sonra rəqəmlər arasındakı fərqə baxın. Hələ ikinci vaksin vurulmayıb. İkinci vaksindən sonra o rəqəm daha da qalxacaq, olacaq 80, 90, 100, get-gedə artacaq. Yəni vaksinin özəlliyi budur. Xəstəliyi keçiribsə, antitelini bilmirsə, vaksin vurulubsa, onun ona heç bir əks təsiri olmayacaq.
Vaksin vurulandan sonra COVİD-ə yoluxma halları artdıqca insanlarda da bir güvənsizlik yaranır. Bu olayı necə şərh edərdiniz?
- İndi gündəmdə olan məsələlər var da - Vaksin vurulub, COVİD-ə yoluxub. Belə bir şey ola bilər. Vaksinin birinci dozasından sonra COVİD olurlarsa, özlərini gözləmirlər. Yəni bu şəxslər birinci vaksindən öncə COVİD-ə yoluxur. Bundan 4-5 gün sonra gəlir vaksin vurdurur və vaksindən sonra qızdırması, başqa simtomları üzə çıxır, deyir ki, vaksindən oldu. Xeyr, bu, vaksinlik deyil. Siz artıq vaksin vurdurana qədər yoluxmuşdunuz. İkinci vaksindən sonra da yoluxanlarımız var, belələri çoxluq da təşkil edirlər. Ancaq xəstəliyi yüngül simptomlarla keçirirlər. Gün ərzində mənə müraciət edən xəstələrin 15-dən 2-si vaksin olunandır ki, COVİD-ə yoluxub. O 13 xəstədən fərqli olaraq bu 2 vaksin olunan xəstələr asimptomatik xəstələrdir. Burun tutulması, asqırma, boğazda nəsə yad cism hissiyatın olması, tək-tək quru öskürək, 37.5-38 temperatur olur bir-iki gün, sonra olmur.
Elə xəstələrim də var ki, vaksin olunub, 25-30% ikitərəfli pnevmaniyası var. Ancaq qanda oksigenin miqdarı normaldır, xəstə özünü çox yaxşı hiss edir. Yəni bu o demək deyil ki, vaksindən sonra belə olub, xeyr. Sadəcə olaraq vaksin olunan şəxslər də COVİD-ə yoluxa bilərlər. Vaksin o demək deyil ki, mən COVİD olmayacam. Vaksin o deməkdir ki, mən xəstəliyə yoluxacam, lakin yüngül keçirəcəm. Yəni reanimasiyaya düşüb, süni tənəffüs aparatına qoşulma ehtimalı təxminən 5% təşkil edir. Biri var ki, vaksin olunmayasınız, COVİD-ə yoluxub süni tənəffüs aparatına qoşulasınız, biri də var vaksin olunasınız, yüngül keçirəsiniz. Yəni xəstəliyin ağır mərhələləri ki var, xəstəxanada, reanimasiya şöbəsində STA-da qalmalar, süni tənəffüs aparatı da elə bir şeydir ki, o aparatdan hər adam geri qayıtmır, bunları nəzərə alaraq hər kəsə məsləhət görürəm ki, vaksin vurdursunlar.
Vaksinin kimlər üçün yan təsiri, fəsadı ola bilər?
- Vaksinin heç bir fəsadı yoxdur. Asimptomatik keçirən xəstələr, hətta xəstəliyi ağır belə keçirən xəstələrin vaksin olunmasında heç bir əks göstəriş yoxdur. Daha yaxşı, antitelin artmasında vaksin onlara kömək olacaq, onları daha da qoruyacaq. Müşahidə etdik, COVİD-ə birinci dəfə yoluxan əksər xəstələr ikinci dəfə də tutdular. Bu da onun kimi, vaksin olunan şəxs COVİD xəstəliyinə yoluxa bilər. Ancaq xəstəliyin keçiriciliyi yüngül olacaq. Ona görə də vaksinin əks göstərişi yoxdur. Allergiq xəstələr müalicə edirlər ki, mənim allergiyam var. Bu vaksini bir tək halda vurdurmaq olmaz ki, hazırda kəskin xəstədir. Yəni bu allergikdirmi, ankolojidirmi, xəstəliklərinin kəskin dövründə vaksin vurmaq olmaz". milli.az