“Bu seçkinin əsas favorit namizədi İlham Əliyevdir” - MÜSAHİBƏ
Niyaməddin Orduxanlı: “BAXCP çox güclü namizədlə seçkidə mübarizə aparacağının fərqindədir”
11 Aprel 2013 16:19 Müsahibə"Əli Kərimli və İsa Qəmbər üçün həbsxanaya düşməyə dəyməz."
|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının "OLAYLAR"-a müsahibəsi -Niyaməddin bəy, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının president seçkilərinə hazırlıq prosesini necə dəyərləndirirsiniz? -Qeyd etdiyim kimi bu məsələ qurultayda həll edildiyi üçün BAXCP-nin namizədi rəsmən irəli sürülməyib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədinə gəldikdə isə, bu, şəxs birmənalı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev olacaq. Şəxsən mən partiyada başqa namizəd görmürəm. Partiyada qeyri-müəyyənlik məsələsinə gəldikdə isə, bunu kim deyir? İlk dəfədir ki, sizdən eşidirəm. BAXCP-də hər hansı bir qeyri-müəyyənlikdən söhbət gedə bilməz. Qeyd etdiyim kimi bu, birbaşa texniki məsələdir. -Müxalifətdə indiki mərhələdə bir-birini ittiham etmək halları var. Və bu da birbaşa namizəd olmağa görədir. Birgə fəaliyyət göstərən partiyalar bir-birinə güzəştə getmək belə fikirində deyillər. Əksinə, imkan düşdükcə bir-birinə qarşı acıq və ya qapalı mübarizə, qarşılıqlı ittihamların olması müşahidə edilir. Bu da oların fəaliyyətinə böyük təsir göstərəcək. -Bu hal xüsusən radikal müxalifətin fəaliyyətində görünür. Onlar zaman-zaman gənclərdən öz siyasi məqsədləri üçün istifadə ediblər. Bu gənclərdən Əli Kərimli və Müsavat Partiyasının sədri İsa Qəmbər öz məqsədləri üçün istifadə edirlər. Son zamanlar Azərbaycanda bir qrup gənci öz siyasətlərində alətə çeviriblər. İsa Qəmbərin oğlu vasitəsilə "Nida" gənclər təşkilatı yaradıblar. Düzdür, ciddi sosial bazaları olmasa da, İsa Qəmbər onlardan istifadə edir. Həmin gənclərdən bir neçəsi həbs olunub. Onlar ölkədə iğtişaş yaratmaqda və "molotov kokteyli" hazırlayıb aksiyalarda istifadə etmək cəhdində ittiham olunur. Bu gənclərin siyasətdə təcrübələri yoxdur və onlar nə üçün mübarizə apardıqlarını bilmirlər. Bu gənclərə sözüm odur ki, Əli Kərimli və İsa Qəmbər üçün həbsxanaya düşməyə dəyməz! Əli Kərimlinin komandasında olan Ruslan Bəşirli 7 il həbsxanada cəza çəkdi. Cənab Prezidentin əfvindən sonra azad olundu və 7 ildə Əli Kərimlinin bir dəfə də olsun ona baş çəkmədiyini bildirdi. Azad olunduqdan sonra Əli Kərimli ilə yollarını ayırdı, indi də 7 ili həbsxanada keçirdiyi üçün təəssüflənir. Bu nümunəni gənclərin nəticə çıxarması üçün deyirəm. Təəssüflər olsun ki, həmin siyasilər gənclərdən kütləvi dəstək qazanmaq üçün istifadə edirlər. İsa Qəmbərin oğlu 2 aydan artıq əsgərlik çəkmədi, buna cəsarəti çatmadı. Bunlar hansı vətənpərvərlikdən, əsgər sevgisindən danışa bilərlər? Yaxud Əli Kərimlinin oğlu xaricdə təhsil alır, ancaq o digər gəncləri iğtişaşa sürükləyir. "Nida" üzvlərinin həbsinin də səbəbkarı onlardır. Sosial şəbəkələrdə radikal müxalifətin fəaliyyəti məsələsinə gəldikdə isə, onların əsas məqsədi odur ki, "Facebook"-da fəaliyyətlərini genişləndirsinlər. Statistikaya əsasən burada istifadəçilərin 83 faizi gənclərdir. Onlar gəncləri aldadaraq özlərinin yaratdıqları profillərlə, səhifələrlə aksiyalara cəlb etmək istəyirlər. Guya məlumat yaydılar ki, son aksiyaya sosial şəbəkələrdə 100 mindən çox insana dəvət göndərilib. Amma təxminən 200-300 nəfəri aksiyaya toplaya bildilər. Ümumiyyətlə, həm mediada, həm də sosial şəbəkələrdə özlərinə qüvvə toplamaq istəyirlər. Düşünürəm ki, gəncliyimiz son dərəcədə təfəkkürlüdür və radikal müxalifətin açıq və gizli təşəbbüslərinə dəstək vermir və verməyəcək. -Rusiyanın daha çox təsiri hiss edilən "EL" hərəkatının cəmiyyəti öz ətrafına cəlb edə biləcəyi nə dərəcədə inandırıcı görünür? Süleyman İsmayılbəyli |