"Korrupsiya cəmiyyətimizin üzləşdiyi problemlərdən biridir” - MÜSAHİBƏ
Anar Sarıyev: “Bəzən bu ictimai sosial problemin həlli yollarını düzgün şəkildə müəyyənləşdirmirik”
4 Aprel 2013 15:25 Müsahibə"Cəmiyyətimiz yetərli dərəcədə maarifləndirilmir"
Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin sədri Anar Sarıyevin "OLAYLAR"-a müsahibəsi
-Anar müəllim, ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə istiqamətində həm dövlət, həm qeyri-hökumət təşkilatları sahəsində müəyyən fəaliyyət mövcuddur. Sizin də belə bir təşkilat yaratmağınız hansı zərurətdən meydana çıxdı?
-Əvvəlcə diqqətinizə çatdırmaq istərdim ki, korrupsiya öz özlüyündə ictimai sosial bəladır və. cəmiyyətimizin üzləşdiyi problemlərdən biridir. Qeyd etmək istərdim ki, biz bəzən bu ictmai sosial problemin həlli yollarını düzgün şəkildə müəyyənləşdirmirik və cəmiyyətimiz yetərli dərəcədə maarifləndirilmir. Biz vətəndaş cəmiyyətinin üzvləri olaraq bilirik ki, korrupsiya cəmiyyəti təşkil edən fərdlərin öz aralarındakı fərdi ictimai sosial münasibətlərindən meydana gəlir. Bəli qeyd etdiyiniz kimi bü gün korrupsiyaya qarşı mubarizə sahəsində həm dövlətimiz, həm də qeyri hökümət təşkilatları tərəfindən müəyyən işlər həyata keçirilir. Korrupsiaya Qarşı Mübarizə Mərkəzi 2008-ci ildə yaradılıb və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Təşkilatın yaradılmasında məqsəd bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsi və vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması, həyata keçirilən layihələr və proqramlar vasitəsilə xüsusi ilə regionlarda əhalinin lazimınca maarifləndirilməsini həyata keçirməkdi.
-Sizin təşkilat korrupsiyaya qarşı mübarizə istiqamətində əsasən hansı addımların atılmasını vacib sayır və fəaliyyəti dövründə əsas diqqət yetirdiyi məsələlər hansılar olacaq?
-Təşkilatımız fəaliyyəti dövründə, yəni 2008-ci ildən etibarən həyata keçirdiyi layihələrdə kompleks və hərtərəfli şəkildə korrupsiyaya qarşı mübarizə aparmaqla istər dövlət, istərsə də özəl sektorun nümayəndələrinin QHT və KİV-lərin səylərinin birləşdirilməsinə səy göstərib. Qeyd etmək istərdim ki, təşkilatımız Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi musabiqədə istirak edib və layihəmiz musabiqənin qalibi olub. Təşkilatımız adından bizi qalib etdiklərinə gorə Şuraya öz təşəkkürümüzü bildiririk. Onu da vurğulamaq istərdim ki, Şura daim cəmiyyətin problemləri ilə bağli layihələrə daha çox üstünlük verir. Layihənin xüsusi ilə regionlarda keçirilməsi nəzərdə tutulur və layihə müddətində çalışacağıq ki, benifesarlarımız təkcə layihə iştirakçıları olmasın. Ona görə də layihənin davamlılığı və geniş əhatəliyi ücün KİV numayəndələri, xüsusilə sosial media ilə yaxindan əməkdaşlıq ediləcək. Düşünür ki, bu daha effektli olacaq.
-Bir çox hallarda korrupsiyaya qarşı mübarizə istiqamətində insanlar arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanır. Təşkilat olaraq bu istiqamətə diqqət yetirəcəksinizmi?
-Təşkilatımızın adından da bəlli olduğu kimi biz ixtisaslaşmış təşkilatın əməkdaşlarıyıq. Bizim təşkilatımızın məqsədi müvafiq sahədə hüquqi maarifləndirmə və məlumatlandırma aparmaqdır. Biz dövlət qeydiyyatina alındıqdan bu günə qədər bu isitiqamətdə müəyyən işlər həyata keçirmişik.
-Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan mübarizəni necə dəyərləndirirsiniz?
-Məlum məsələdir ki, korrupsiya, rüşvətxorluq narkotizim, insan alveri kimi pis əməllər artıq bəşəri cinayət xarakterlidir Bu problemlər artıq bəşəriyyəti öz ağuşuna alıb. Bəzən hüqüq elmində bu cinayətlərə qarşı mübarizəni qalibsiz müharibə kimi qiymətləndirirlər. İnanmıram ki, hər hansı dövlətdə bu cür problemlər kökündən həll olunsun. Amma təbii ki, bu problemdir, cinayətdir və bunun qarşısını almaq üçün demokratik cəmiyyətdə dövlət- vətəndaş cəmiyyəti həmrəyliyi mütləqdir. Bu problemin qarşısnın alınması üçün nə dövləti, nə insanları, nə də vətandaş cəmiyyəti nümayəndələrini qınaq obyektinə çevirmək olmaz. Düşünürəm ki, bir çox sivil ölkələrdə olduğu kimi bizdə də bu həmrəyliklə düzgün mübarizə metodlarını müəyyən etmək olar. Qeyd etmək istərdim ki, respublikamızda 2004-cu ildən qəbul edilən Korrupsiyaya Qarşı Mübarizə haqqında Qanun, daha sonra 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsi və 2007 -ci ildə Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyanın qəbul edilməsi ölkəmizdə bu sahədə yüksək səviyyəli hüquqi normativ bazanın yaradılması, aparılan işlərin səmərəliliyini bir daha göstərir. Diqqətinizə çatdırmaq istərdim ki, 2005 -ci ildə Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi muhum tədbirlər həyata keçirmiş, proflaktik addımlar atmışlar. Vətəndaş cəmiyyəti institutu nümayəndələri olaraq biz də təbii ki, dövlətimizin qəbul etdiyi qanunvercilik aktlarını təbliğ edir və cəmiyyətimizi bu barədə dolğun məlumatlandırırıq.
-Ancaq bir çox hallarda bəzi beynəlxalq təşkilatların hazırladığı hesabatlarda Azərbaycan haqsız olaraq korrupsiyanın ifrat dərəcədə yayıldığı ölkə kimi qiymətləndirilir. Sizcə, bu məsələdə də Azərbaycana qarşı qərəzli münasibət özünü büruzə vermirmi?
-Bəli, bəzən beynəlxaq qeyri hökümət təşkilatları müəyyən hesabatlar hazırlayarkən ya hansısa məqsədlər naminə, ya da müəyyən qüvvələrin təsiri ilə qərəzli məlumatlar hazırlayırlar. Beynəlxaq təcrübədə hansısa qeyri hökümət təşkilatı digər bir ölkə barədə məlumat hazırlayərkən həmin ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti insitutlarının rəy və sorğularına istinad edirlər. Bu gün korrupsiya və rüşvətxorluq hallarına dünyanın hər yerində rast gəlinir. Biz təşkilat olaraq apardığmız müşahidələrə əsasən qeyd edə bilərik ki, bəzən Cənubi və Qərbi Avropa ölkələrində yüksək rütbəli məmurların korrupsiya faktlarında adlarının hallandığını müşahidə edirik.
Bildirmək istərdim ki, Azərbaycan Respublikası 2004-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyasına qoşulmuş və müvafiq hüquqi normativ aktlar yaradılmışdır. Həmçinin ölkəmiz Avropa Şurasının bu sahə ilə bağlı qəbul etdiyi hüquqi normativ aktlara qoşulmuşdur.
-Prezident İlham Əliyev bir müddət əvvəl keçirdiyi müşavirədə korrupsiyaya qarşı mübarizə istiqamətində daha səmərəli işlərin görülməsini vacib saydı. Eyni zamanda dövlət başçısı onu da etiraf etdi ki, korrupsiyaya qarşı aparılan mübarizə dövlət başçısı olaraq onu qane etmir. Sizcə bu prosesin səmərəliliyini azaldan amil nələrdir?
-Ölkəmizin sosial-iqtisadi inkişafı dinamik formada davam etdirilir . Azərbaycan öz iqtisadi artım tempinə görə son illərdə dünyada qabaqcıl mövqedədir. Neft və qaz sektorunun inkişafı ilə bərabər qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artması müşahidə edilir. Təbii ki bütün əldə edilən nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsidir. Prezident İlham Əliyevin fevralın 12-də keçirdiyi müşavirə hər bir Azərbaycan vətəndaşı kimi bizlərin də diqqət mərkəzində olmuşdur. Onu qeyd etmək istərdim ki, dövlət başçısı tərəfindən xüsusilə sahibkarlığın inkişafına mane olan rüşvətxorluq və korrupsiya faktlarının qeyd olunması dövlətimiz tərəfindən sahibkarlığin inkişafına göstərilən diqqət və qayğının təzahürü idi. Prezdent cənab İlham Əliyevin söylədiyi iradların qısa müdəddə öz səmərəli nəticəsinin müşahidə olunduğunu qeyd edə bilərik. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq və təşkilatımız adından bildirmək istərdim ki, prezidentimiz tərəfindən yeni yaradılan xidmət sahələrinin, yəni müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaş-məmur munasibətlərinin azaldılması, şəffaflığın artırılması, rüşvət və korrupsiya faktlarının minimuma endirilməsi ilə nəticələnəcək.
Süleyman İsmayılbəyli