Putin, Tramp və Zelinski mükəmməl şəkildə yalançı jestlərdən istifadə edirlər
Olaylar.az CIBS Europe təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacınski ilə müsahibəni təqdim edir. Təbriz Hacınski bədən dili sahəsində 11 illik təcrübəyə malikdir. "Profaylinq sistemi-60 saniyədə insan tanıma sənəti" kitabının müəllifidir.
22 Oktyabr 2019 15:01 MüsahibəOlaylar.az CIBS Europe təlim mərkəzinin təsisçisi,"Yalanın Beynəlxalq Araşdırılması Akademiyası"nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacınski ilə müsahibəni təqdim edir. Təbriz Hacınski bədən dili sahəsində 11 illik təcrübəyə malikdir. "Profaylinq sistemi-60 saniyədə insan tanıma sənəti" kitabının müəllifidir.
- Təbriz bəy, bədən dili nədir?
- Bədən dili - düşüncə, hiss və duyğuların şüuraltı olaraq ötürüldüyü informasiya vasitəsidir. Bədən dili vasitəsilə biz qarşı tərəfin üz ifadələrini, jestlərini və müxtəlif pozalarını sözsüz olaraq analiz edirik. Bədən dili kimi bildiyimiz sistem, əslində "Kinesika" elminin bir hissəsidir.
Kinesika (dr. Yunan. Κίνησις - hərəkət) - insanın qarşılıqlı təsir prosesində istifadə olunan bədən hərəkətlərinin (jest, üz ifadələri) məcmusudur. Fərqli mədəniyyətlərdə eyni jestin fərqli şəkildə şərh edilə biləcəyini nəzərə almaq lazımdır. Kinesika, insanın inverbal (sözsüz) olaraq üz ifadələri (üz əzələlərinin hərəkəti), pantomima (bütün bədənin hərəkəti), "vokal üz ifadələri" (intonasiya, tembr, ritm, səsin titrəməsi) öyrənən elmdir.
- Bədən dilini ilk dəfə hansı alimlər elmə gətirmişlər?
- Şifahi olmayan ünsiyyət nəzəriyyəsinə dair ilk iş Ç. Darvinin 1872-ci ildə "İnsanlarda və heyvanlarda duyğuların ifadəsi" əsəri sayılır. Elmi təhlil üçün növbəti cəhdlər 20-ci əsrin əvvəllərində edildi. "Kinesics" anlayışı ilk dəfə 1952-ci ildə şifahi ünsiyyət sahəsində ixtisaslaşmış antropoloq Rey Birdwistel tərəfindən "Kinesikaya giriş" əsərində istifadə edilib. Onun məqsədi insanların duruşlar, jestlər və hərəkətlərdən istifadə edərək necə ünsiyyət qurmağını öyrənmək idi. Müasir yazarlardan Paul Ekman, Dismond Morris, Qriqoriy Kreydlin, Qlen Vilson, Kris Makklaflin bu sahədə maraqlı işlər görmüşlər
- Bir insanın nə demək istədiyini təkcə bədən dili vasitəsilə anlaya bilərik?
- Xeyr, bu mənada bizə bir tək bədən dili deyil, qarşı tərəfin nitqi də yardımçı olur. Nitqi bilmədən bədən dilini analiz etmək mümkün deyil. Rəsmilərin, dünya siyasətçilərinin bədən dilini analiz edən zaman onların dillərini bilmək çox vacibdir. Bəzən də bədən dilini analiz edəndə Paul Ekman nəzəriyyəsinə əsasən üz əzələlərinin kodlaşdırılması sistemi vasitəsi ilə açırıq. Üz mimikalarından artıq qarşı tərəfi anlamaq mümkündür. Dili bilmədən bədən dilini dəqiq analiz etdim demək doğru deyil. Çünki biz onun düşüncələri əsasında onun bədən dilinin nə demək istədiyini anlayırıq. Sözlərlə bədən dili üst-üstə düşməlidir.

- Bədən dilini analiz edən zaman əsas olaraq hansı bədən hissələri götürülür?
- Əslində, bədən dili yox, vücud dili deməliyik. Bu ifadə bizə türklərdən keçib və artıq biz də onlar kimi "bədən dili" deyirik. Baş, bədən və ayaqlar bizə qarşı tərəfi analiz etməkdə yardım edir. Başda mimikalar əsasdır. Mimikalar, üzün əzələlərinin yerini dəyişməsindən yaranan ifadələrdir. Bunlar özləri də iki yerə bölünür: mikro və makro ifadələr. Makro ifadələr bizim emosiyalarımızdır. Gündəlik olaraq bir -birimizə ötürdüyümüz informasiyalardır ki, bunlar da 7 növə bölünür: təəccüb, hirs, ikrah (ironiya), nifrət, kədər, qorxu, sevinc.
Mikro ifadələr insan hansısa informasiyanı gizlətmək istəyəndə özündən asılı olmayaraq saniyənin dörddə bir surətində üzündə yaranan ifadədir. Bir də başın hərəkətləri var. İnsan başını yuxarı qaldıranda orada resus axtarır. Məsələn, biz dua edəndə, qürurlananda belə edirik. Bir də resus aşağıda olur. Bu zaman isə insan başını aşağı salır ki, bu daha çox utananda, peşman olanda olur. Əllər və jestlər var ki, onlar da 3 hissəyə bölünür: 1.Şəkilli jestlər. Bundan daha çox siyasətçilər istifadə edir.
2. Emblemli jestlər var ki, bu hər millətə, xalqa xas mental jestlərdir.
3. Adaptor jestlər isə insan ya çox rahat olanda istifadə edir və ya stress yaşayanda bu jestlərə istiqamətlənir.
- Bizim cəmiyyətdə qeyd etdiyiniz 7 emosiyadan hansı çatmır?
- Bizim millətdə çatışmayan emosiyalardan biri təəccüblənməkdir. Biz təəccüblənib, "vau" ifadəsini işlədə bilmirik. Amma Avropa, inkişaf etmiş ölkələr bu emosiyadan çox istifadə edir. Təəccüblənmək gözəldi. Biz çox soyuqqanlı xalqıq. Biri bizə hədiyyə alanda çox zaman onu ya həmin şəxsin yanında açmırıq, ya da narazı mimika ilə "nahaq əziyyət çəkdin", deyə reaksiya veririk. Bizim xalqın təməl emosiyası hirslə əlaqəlidir. Ətrafımıza diqqət yetirsək "hirs emosiyası"nı rahatlıqla görə bilərik.
- Bunu daha çox sosial problemlərlə əlaqələndirirlər.
- Xeyr, bu Sovet dövründə də belə olub. Burada gen və ailə tərbiyyəsinin rolu böyükdür. Hirs emosiyası da məntiq üzərində qurulub. Biz hər şeydə məntiq axtarırıq. Hirs emosiyası prosedur və qaydaları sevir. Bizim ailə-tərbiyə sistemimiz də məhz qaydaların üzərində qurulub. Eyni zamanda xanımlarımızda da bu emosiyalara rast gəlmək mümkündür. Onlar ciddi görsənmək istəyərkən, kənardan hirsli görsənirlər. Ciddi görünüş neytral, üzdə heç bir ifadə olmayan görünüşdür.
- Doğru sandığımız yanlış jestlər hansılardı?
- İlkin yanlış bədən dilimizdən biri başı aşağı salmaqdır. Bu yanlış tərbiyyə üsuludur. Ailələr düşünür ki, qız başını aşağı salmalıdır. Təəssüf ki, biz də bunu tərbiyyə kimi qiymətləndirirlər, amma bu kompleksdir. Özünü qiymətləndirmənin aşağı olmasından xəbər verir.
İkinci, öpüşüb-görüşməkdir. Tanıdı -tanımadı hər kəs bir-biri ilə öpüşüb görüşür. Bu hərəkət bizə türklərdən gəlib. Düşünürəm ki, insanlar bir -birləri ilə bu qədər yaxın təmasda olmalı deyillər. Hər kəs bəlli çevrəsi ilə yaxın ünsiyyətdə olmalıdır. Hər insanı yaxın buraxmaq olmaz. Düzdü, bu insanların mehriban olması deməkdir. Amma sonradan neqativ təsirləri də çox olur.
Üçücü isə biz də özünə toxunan jestlər çoxdur. Biz buna "adaptor" jestləri deyirik. Bizim cəmiyyətdə stress jestlər daha çoxdur. Qapalı jestlərdən də çox istifadə edirik. Bu da qapalı xalq olmağımızla bağlıdı. Bizi aldatmaq çətindir. Hər insana inanmırıq.

- Yalan üzrə ekspert olaraq hansı cins daha çox və professional şəkildə yalan danışdığını deyə bilərsiniz?
- Adam var çoxlu yalan danışır, adam da var ki, az danışır, amma professional danışır. Araşdırmalar göstərir ki, bəylər daha peşəkar yalan danışa bilirlər. Təcrübədə də göstərir ki, qadınlar da yalanı daha professional analiz edə bilirlər, nəinki kişilər. Çox xanımla işləmişəm və bir dəfə də görmədim ki, hansısa qadın desin ki, mən bilməyərəkdən aldandım. 90 faiz xanımlar qarşı tərəfin onu aldatdığını bilir, lakin özü aldanmaq istəyir. Doğrudan da qadın böyük qüvvədi. Bütün hissləri allah qadına verib. Kiçik bir misal deyim. Bir qadın içəri daxil olanda kişi onu başdan ayağa süzür. Amma qadın kişinin bir tək gözünə baxmaqla hər şeyi görür. Xanımlar inkişafa görə kişilərdən 5-6 il öndədirlər. Sadəcə, xanımın yaralı yeri odur ki, xaotikdir. Məntiq tərəfi çox inkişaf etməyib. Bu baxımdan xanımlar uğur qazanmaqda bir bəyə arxalanmaq istəyirlər. Ona görə də çox zaman xanımlar yanlarında bir bəyin olmasını arzulayırlar. Onlar istiqamətlənmək istəyirlər və bu zaman xanım hədəfinə daha tez çatır.
Amma təəssüflə onu da qeyd edim ki, xanımlar özləri-özlərini aldatmağı xoşlayırlar. Bunu da öz gözəlliyi var. Hər zaman həqiqətlə yaşamaq mümkün deyil. Bəzən, yalanı da qəbul etmək lazımdır. Mən təlimlərdə deyirəm ki, elə adamlar var ki, onların yalanlarını ifşa etmək lazım deyil. Qoy öz bildiyi kimi yalan danışsın, fantaziyalarını söyləsin, öz aləmində xırda yalanı ilə xoşbəxt olsun. Biz onun yalanını ifşa etsək onlar üçün yaşamaq daha çətin olar.
- Dünya siyasətçilərindən kimlər aktiv bədən dilindən istifadə edir?
- Siyasətçilərin bədən dilinə inanmıram və çox zaman da onları analiz etmirəm. Çünki siyasətçilərin hər biri hesablanmış hərəkətlər edirlər. Bədən dillərini bilərəkdən yanlış istifadə edirlər. Onlar bir növ ictimaiyyətin fikrini yayındırmağa çalışırlar. Məsələn, Barak Obama görüşlərinin çoxunda qəsdən ayağının biri kənara qoyur, guya qarşı tərəfi görmək istəmir və ya onun üçün maraqlı deyil. İnsanlar da onun bu hərəkətini analiz edib, hansısa məna çıxardırlar. Rusiya prezidenti Vladimir Putin mükəmməl şəkildə yalançı jestlərdən çox istifadə edir. Yalandan dili ilə dodağını yalayır, üzünə toxunur, guya həmin hadisə ona çox təsir etdi, stress yaşadı. Tramp həyat yoldaşı ilə yalançı jestlərdən istifadə edir. Həyat yoldaşının yalandan əlindən vurur və ya arxada duran xanımına tərs-tərs baxır. Bu da lentlərə, fotolara düşür və səs salır. Bir də Trampın əl görüşdüyü siyasətçiləri önə çəkməyi var ki, bu da yalançı jestdir.

- Bu jesti bir tək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana edə bilmir.
- Onu Ərdoğana edə bilməz. Çünki onun bir hökmü var. Ərdoğan lider xarakteridir, Tramp isə isteroid xarakterinin nümayəndəsidir. Diqqət mərkəzində olmağı çox sevir. Ukrayna prezidenti Zelinski də Tramp kimi oyun xarakterli insandı. Qeyri adi qərarları ilə gündəmdə qalan prezidentdilər. Eyni zamanda Zelinskinin davranış stilinə diqqət yetirəndə Putinin jestlərini görmək mümkündür. Görsənir ki, Putin məktəbi keçib. Belarusiya prezidenti Lukaşenko isə jestlərdən çox az istifadə edir.
- Azərbaycan siyasətçiləri bədən dilindən nə dərəcədə istifadə edirlər?
- Azərbaycan siyasətçiləri bədən dilindən rahat istifadə edə bilirlər. Xüsusən də mən Cənab Prezident İlham Əliyevin bədən dilindən düzgün istifadə etməsini vurğulamaq istərdim. Buna missal olaraq Cənab Prezidentin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında işlətdiyi " Qarabağ - Azərbaycandır. Və nida işarəsi" fraza ilə yanaşı bədən dili ilə də təsdiqləyir.
Nigar Adil