Hər insanın taleyi onun xarakteridir
27 Fevral 2019 13:57 MüsahibəQaban ilində, tərəzi bürcü altında dünyaya gəlib. Sevdiyi gül orxideya. Adamlarda sadəliyi və səmimiyyəti yüksək dəyərləndirir. Söhbət respublikanın əməkdar artisti Səbinə İlyasovdan gedir. O, 1979-cu ildə keçirilən "Oxu tar" müsabiqəsində "Laçın" mahnısı ilə qalib gəlmiş və bacarıqlı təşkilatçı, "Dan Ulduzu" ansamblının rəhbəti G.Əliyevanın rəqbətini qazanmışdı. Müsabiqənin qalibi bir neçə musiqi kollektivindən dəvət alsa da, Gülarə xanımla birgə çalışmağı üstün tutmuşdu.
Daha bir müsabiqə onun görkəmli sənətkarımız Rəşid Behbudovun Mahnı teatrında fəaliyyət göstərməsinə yol açdı. Səbinə 1983-cü ildə Xankəndində keçirilən "Muğam" müsabiqəsində uğurla çıxış etdi. Onun ifasında "Qatar" muğamı Rəşid Behbudovun xoşuna gəlmiş və onu teatra dəvət etmişdi. Kollektivin Azərbaycan rayonlarına qastrolları Səbinənin daha çətin və məsuliyyətli sınaqlara hazırladı. O, teatrda Almaniya Federativ Respublikasına qastrol səfərində iştirak etmək hüququ qazandı.
-Sənət aləmində xeyli uğura imza atmısınız...Vaxtilə korifey sənətkarımız Rəşid Behbudov, sonralar isə əvəzolunmaz ifaçı Gülarə Əliyevnın ansamblında çalışmışsınız. Bu barədə söhbətlərimiz yerinə düşərdi.
Hər iki sənətkarlarla çalışmağa başladım. Korifey Rəşid Behbudov mənim yaradıcılığımda öz təsirini göstərirdi. R.Behbudovun vaxtsız ölümü bizi çox sarsıtdı. Amma həyat davam edir. Onun ölümündən sonra təsəllimi yenə də rəngarəng, özünəməxsus repertuarı və mahir ifaları ilə tanınmış "Dan Ulduzu" ansamblında tapdım. Musiqi dünyası zəngin olan Gülarə xanım mənim yaradıcılıq fəaliyyətimi daha da rövnəqləndirdi.
Hazırda "Dan Ulduzu" ansamblının müşayiəti ilə yazdırdığım mahnılar AZTV və radionun qızıl fondunda saxlanılır.
-Həyat yoldaşınız Oqtay İsmayılov da musiqiçidir. Müğənni Səbinə İlyasova onunla necə tanış olub? Hər ikiniz eyni sahəni bölüşmüsünüz?
Oqtay İsmayılov sənətimdə mənə çox kömək edib, tez-tez musiqi ilə bağlı təcrübə mübadilələrimiz olurdu. Tövsiyyələri həm ifamda, həm də repertuarımda müsbət təsir göstərirdi.
R.Behbudov 1984-cü ildə O.İsmayılovu teatra musiqi rəhbəri kimi dəvət etdi. Böyük sənətkar Oqtayı hörmət əlaməti olaraq "Mayestro" deyə çağırırdı. Oqtayın oranjiman etdiyi mahnılar onu çox qane edirdi. Təbii ki, onun hörmət etdiyi, O.İsmayılova məndə böyük önəm verdim. 1986-cı ildə O.İsmayılovla ailə qurduq. Bu nigahdan Fərid adlı oğlumuz dünyaya gəldi.
Sonralar ustadımızn vəfatından sonar onun şərəfinə "Rəşid" folklor ansamblını yaratdıq. Ansamlda Elçin Cəlilov, Bilal Əliyev, Habil Əliyev, rəqqasə Zita Babazadə çalışırdı. Bu tərkibdə ilk səfərimiz Belçika oldu. Çox qürur duyuram ki, əvəzolunmaz sənətkar Rəşid Behbudov və unudulmaz Gülarə Əliyeva ilə işləmişəm.
-Ulduz falına inanırsız, yoxsa alın yazısına?
Təbii ki, alın yazısına...
-Artıq oğlunuz Fərid evlənmək həddinə çatıb...
Sizə məşhur bir misra ilə cavab vermək istəyirəm:
Elçi gedəcəyim anı hər gün gözləyirəm
Qaynana və nənə olmağı çox arzulayıram.
-Ömrünüzdə elə hadisə olub ki, onun peşmançılığını çəkəsiz...
Insan yaşadığı dövrdə mütləq səhvlərə yol verir və zaman-zaman peşmançılığını çəkir. Biz səhvlərdən öyrənir, həyatda daha da mükəmmələşir, təkminləşirik.
-Yeməyi özünüz bişirirsiz, yoxsa mətbəx Sizlik deyil...
El arasında belə bir məsəl var "əlinin duzu var"! Bişirdiklərimi yeyənlər çox dadlı bişirirsən deyir, sadəcə mətbəxi o qədər sevmirəm.
-Qarşıdan Milli Bayramımız Novruz gəlir. Novruz təamları bişirməyəcəksinizmi?
Bildiyiniz kimi, oğlum Amerikada Nyu-York Dövlət Universitetinin tələbəsidir. Orada yaşadığı üçün yəqin ki, bişirməyəcəm. Təbii ki, ailəmin adına xonça düzəldib şamlar yandıracam. Milli bayramımızdı, qoy evdən bayram əhval ruhiyyəsi duyulsun.
-Siz Novruzla bağlı məşhur "Bahar" nəğməsini də ifa etmisiniz. Musiqisi Xanlar Cəfərova və sözləri mənə məxsusdur, onu bayram şənliyində ifa edəcəksinizmi?
Təbii ki, "Bahar" mahnısı mənim repertuarımda geniş yer tutur. Onu həmişə sevə-sevə ifa edirəm.
-Ən çox kimləri dinləmək istərdiz?
Böyük sənətkarımız Zeynəb Xanlarovanın pərəstişkarıyam. Səhnəyə onun nəğmələri ilə gəlmişəm. Hüseynağa Hadıyev, tələbə yoldaşm Alim Qasımov, Akif İslamzadə, Aygün Bayramova, gənclərdən Mirələm Mirələmov, Babək Niftəliyev, Kamil Nəbiyevanın ifalarını daha çox bəyənirəm və dinləyirəm.
-Qadınlarda ən çox dəyərləndiyiniz hansı xüsusiyyətləri görmək istərdiniz?
Azərbayan qadını deyəndə xəyalımda ideal qadın obrazı dayanır. Ailəsinə qarşı qayğıkeş, mehriban, sədaqətli xanım görürəm. Yalan danışmağı, qeybəti və baxımsızlığı sevmirəm.
-Son vaxtlar efirlərdə az-az görünürsüz?
Onu da qeyd etmək istərdimki, şou biznesdə yoxam. Çünki, mənim keçdiyim professional məktəb buna yol vermir. Amma dövlət konsert və tədbirlərində mütəmadi çıxış edirəm.
-Bu il Sizin həyatınızda əlamətdar illərdən biri sayılır. 60 illik yubiley yaşınız və sənətə gəlişinizin 40 ili tamam olur. Siz özünüzə və xalqımıza nə arzulardınız?
Azərbaycan xalqına firavan günlər, ruzi - bərəkət və arzulyıram sağlam həyat tərzi. 2012-ci ildə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə respublikanın əməkdar artisti adına layiq görüldüm. Istərdim ki, bu yubiley günlərimdə "Xalq artisti" fəxri adını almağım bu mənim həyatımda layiq görülən sənət adamları arasında mənim də adım həmin siyahıda olsun.
Möhtərəm prezidentimizin imzası ilə "Xalq artisti" adına bu mənim həyatımda çoxlayiqli töhfə olar.
Arzunuza çatasınız, Səbinə xanım!
Şövkət Hüseynova
H.B.Zərdabi mükafatı laureatı