“Amerika müxalifəti qızışdırmaqla iqtidar-müxalifət qarşıdurması yaratmağa çalışır” - MÜSAHİBƏ

“Onlara hazır siyasi resept verilib”

Bir neçə gün əvvəl İsmayıllı rayonunda baş vermiş xırda insidentin ardınca anoloji hadisələrin respublikanın digər rayonları, xüsusilə Qəbələ və Göyçayda təkrarlanacağı barədə məlumatlar yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, belə bir xəbardarlqla Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi çıxış edib. Bəs görəsən Amerika səfirliyində bu əminlik haradandır və doğurdan da adı çəkilən rayonlarda bu kimi hadisələr baş verə bilərmi? Sabiq millət vəkili Cümşüd Nuriyev bildirib ki, əslində həmin qarşıdurmaları Birləşmiş Ştatlar özü təşkil edir və Amerika Azərbaycanda siyasi sabitliyin pozulması istiqamətində ciddi iş aparır. Cümşüd Nuriyevin sözlərinə görə, bununla Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi açıq-aşkar ölkəmizin daxili işlərinə qarışır.

-Cümşüd bəy, İsmayıllı rayonunda baş verən hadisələrin ardından Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Qəbələ və Göyçay rayonlarında da anoloji hadisələrin baş verəcəyi xəbərdarlığı ilə çıxış etdi. Sizcə, Amerika səfirliyində belə bir əminlik haradandır?

-Əslində bütün bunlar Amerikanın hazırladığı oyunlardır. Təsəvvür edin ki,  İsmayıllıda xuliqanlıq etmiş, ictimai asayişi pozan  iki-üç sürücünün döyülməsindən 8 dəqiqə sonra meydana 2 minə yaxın insan toplanıb. Ancaq həmin insanları kim, hansı yolla oraya çağırıb məlum deyil. Deməli, bu əvvəlcədən hazırlanmış bir təxribat olub ki,  insanlar həmin anda bir yerə yığılaraq o aksiyanı həyata keçiriblər. O ki qaldı Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin Göyçay və Qəbələdə də oxşar hadisələrin baş verəcəyi barədə xəbərdarlığına, burada da məqsəd var. Həm Qəbələ, həm də Göyçay rayonlarının kifayət qədər sakit rayon olmasına baxmayaraq orada qarşıdurma yaratmaqda müəyyən maraqlar var. Qəbələdən ruslar hələlik tam çıxıb getməyib. Digər tərəfdən Qəbələ etnik tərkibinə görə, Azərbaycanın ən rəngarəng rayonlarından biridir. Göyçay rayonunda isə yəhudilərin məskunlaşdığı bir məhəllə var və onu gündəmə gətirmək istəyirlər. Bu rayonda qarşıdurma yaratmaqla prosesləri dünya mətbuatına çıxarmağa cəhd göstərirlər. Sirr  deyil ki, dünyada ən güclü mətbuat mafiyası məhz yəhudilərin əlindədir və  Birləşmiş Ştatların da məqsədi ondan ibarətdir ki, Göyçayda qarşıdurma yaratmaqla dünya mətbuatının ilgisini bu məsələyə cəlb etsin. Hələ Birləşmiş Ştatların Azərbaycana yeni təyin olunan səfiri Riçard Morninqstar bura gələrkən biz xəbər vermişdik ki, Morninqstar dünyada dövlət çevrilişlərini həyata keçirməyi bacaran amerikalı səfirlərdən biridir. Birləşmiş Ştatların, daha doğrusu səfir Riçard Morninqstarın əsas məqsədi bu kimi məsələlərlə xalqı belə qarşıdurmalara təhrik etməkdir. Çox təəssüflər olsun ki, Azərbaycanın televiziya kanallarında bu istiqamətdə xalqın maarifləndirilməsi, cəmiyyətin məlumatlandırılması ilə bağlı heç bir iş görülmür. Televiziya kanalları ancaq ayrı-ayrı müğənnilər, artistlərin təbliğatı ilə məşğuldur. Sanki Azərbaycanın bu dəqiqə heç bir problemi yoxdur və yeganə problem hansısa bir müğənninin həyatı və ya onun geyimi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasıdır. Gərək televiziya kanalları başqa şeylərlər də məşğul olsun. O ki qaldı Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin məlum xəbərdarlığına, bu açıq-aşkar Azərbaycanın daxili işlərinə qarışmaqdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Azərbaycandakı səfirinə nota verməlidir. Əgər səfirlikdə belə bir məlumat varsa, nə üçün dövlət orqanlarının diqqətinə çatdırmır, əksinə onu mətbuata ötürür? Burada maraqlı məqam ondan ibarətdir ki, İsmayıllı rayonunda baş verən hadisələrdən 15 dəqiqə sonra "youtube"-da həmin materiallar yerləşdirildi. Eyni zamanda hadisə yerindən birbaşa canlı yayım verildi. Onu da nəzərə almaq lazımdır ki, bizdə həmin texnologiya yoxdur və hadisə yerindən jurnalistin materialları onlayn üsulla ötürə bilməsi ancaq Amerikadakı təhlükəsizlik cihazları ilə həyata keçirilə bilər. Digər bir maraqlı məqam ondan ibrətdir ki, bunu əasən qızların əli ilə həyata keçirirlər. Kimsənin, hətta polisin də ağlına gəlmir ki, mətbuat nümayəndəsi adı ilə hadisə yerində olan qızlar oradan birbaşa canlı materiallar ötürürlər. Bu Azərbaycan üçün çox ciddi xəbərdarlıq, eyni zamanda böyük bir təxrubatdır. Hər halda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olsa yaxşı olar. Hazırda Azərbaycanda siyasi durumu qarışdırmağa cəhd etməyə görə səfir Ruçard Morninqstar persona-non-qrant elan olunmalıdır.  1961-ci ilin Vyana Konvensiyası da onun toxunulmazlığını aradan qaldırır. Çünki həmin konvensiyada dövlətin daxili işlərinə qarşımağa görə toxunulmazlıq statusu aradan qalxır.

-Bu arada Azərbaycan müxalifətinin də fəallaşması, onu deməyə əsas verirmi ki, Birləşmiş Ştatlar Azərbaycanda qarşıdurma yaratmaq planını müxalifətlə birgə icra edir?

-Əsasən Birləşmiş Ştatlara yaxın olan müxalifət qüvvələri fəallıq nümayiş etdirirlər Xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası bu proseslərdə daha çox fəal görünür. Onlara hazır siyasi resept verilib və artıq həmin qüvvələrə elə gəlir ki, Birləşmiş Ştatların qoyduğu diaqnoz, yəni siyasi sabitliyin pozulması icra edilməlidir. Müxalifətin siyasi fəallığı həmin siyasi reseptin icrasına yönəldilib. Ancaq bu adamlar dərk etmirlər ki, Birləşmiş Ştatlar ikili oyun oynayır. Birləşmiş Ştatlar Azərbaycanda müxalifəti qızışdırmaqla iqtidar-müxalifət qarşıdurması yaratmaqla yanaşı, eyni dindən ola insanları bir-birinə qarşı qoymaqla daha çox itginin olmasına, qan tökülməsinə çalışır. Birləşmiş Ştatlar hazırda bütün müsəlman dövlətlərində bu siyasəti həyata keçirir.İndiki mərhələdə Amerika Azərbaycanda proseslərin siyasi müstəvidən silahlı toqquşma müstəvisinə keçməsini istəyir. Ancaq buna yol vermək olmaz. Çalışmaq lazımdır ki, bunun qarşısı alınsın.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31