Ermənistan üçün “Somali kompaniyası” lazımdır - MÜSAHİBƏ VIDEO
Zahid Məmmədov: “Suriyalı ermənilər Ermənistanda yaşamaqdansa Suriyada ölməyi üstün tuturlar”
28 Yanvar 2013 15:10 Müsahibəİqtisad elmləri doktoru Zahid Məmmədovla Ermənistanda mövcud vəziyyət barədə müzakirə apardıq.
-Zahid bəy, Ermənsitan böhran sindromundan çıxa bilmir və 2012-ci ildə bu faktora görə ölkəni 1 692 147 nəfər erməni tərk edib.
- Ermənistan iqtisadiyyatı uzun müddətdir ki, böhran sindromundan əziyyət çəkir. Ermənistanda elə bir vəziyyət yaranıb ki, bütün ermənilər hava limanından gedir və yaddan çıxıb ki, işıqları kim söndürəcək. Ermənistan bu gün elə bir vəziyyətdədir ki, mən onu təyyarəyə bənzədirəm, həmin "təyyarə"ni piratlar tutub və insanlardan girov kimi istifadə edir. Erməni hakimiyyəti Ermənistan xalqını və Qarabağda yaşayan erməniləri əsir kimi saxlayır. Bu hakimiyyətin ermənilərin sıxıntı, səfalət, ac yaşamasında böyük rolları var. Beynəlxalq təşkilatlar nəyə görəsə bu məsələyə münasibət bildirmirlər. Ermənistanda rahat şəkildə referendum aparılsa ermənilərin çox böyük hissəsi Azərbaycanı tərcih edəcək. Ermənistan hakimiyyəti öz xalqını təmin edə bilmirsə, onun Dağlıq Qarabağı işğal edərək əldə saxlamağa çalışması qəbuledilməzdir və ermənilər bunu çox gözəl şəkildə dərk edirlər. Təcili olaraq erməni hökuməti öz səhvini başa düşməli və Qarabağdakı işğalçılıq siyasətinə görə Azərbaycandan üzr istəməli və məhkəmələr qarşısında məsuliyyət daşımalıdır. Təcili olaraq erməniləri həmin piratlardan azad etmək gərəkdir və bu gün həmin o piratlar ermənilərdən şəxsi maraqlara görə istifadə edirlər. Biz Azərbaycan olaraq bunu dünya ictimaiyyətinə bildirməliyik. Necə ki, dünya praktikasında başqa səfalət içərisində yaşayan ölkələri pis vəziyyətdən qurtarmaq üçün Myanma, Somali kompaniyaları aparılır, həmin bu praktika Ermənistana qarşı da tətbiq olunmalıdır. Hətta, Suriyadan gələn ermənilər də gəlib görəndə ki, Ermənistan Suriyadan betərdir, onlar geri qayıdırlar və onlar açıq şəkildə bəyan edirlər ki, Ermənistanda yaşamaqdansa Suriyada ölmək daha yaxşıdır. Regionda lider dövlət olaraq Ermənistanı səfalətdən qurtarmaq missiyasını öz üzərinə götürə bilər. Regionda sabitliyi təmin etmək üçün bu məsələyə münasibət bəsləməliyik. Azərbaycanın regionda sabitliyi təmin etmək üçün gücü və hüququ var.
-Zahid bəy, Ermənistan dünya bazarına hansı məhsulları çıxarır və erməni malları özünə aktiv şəkildə istehlakçı tapa bilirmi?
- Ermənistan İran malları üzərinə öz etiketini yapışdıraraq Rusiya bazarında erməni malları adı altında satışa çıxarır, bir də Sovet dönəmindən qalmış konyakları da erməni etiketi ilə markalayırlar. Ermənistanda kənd təsərrüfatının inkişafından söhbət gedə bilməz, çünki Ermənistanda o qədər əhali yoxdur ki, bu sahədə çalışsın. Ümumiyyətlə Qarabağda olan taxta-şalbanı satmaqla nə gəlir əldə etmək olar? Ermənistan Qarabağdan müsadirə etdiyi malların hesabını verəcək. Bir insan öz qonşusunun malını oğurlayar? Sıravi ermənilər də boyunlarına götürürlər ki, bunu onlar yox, bir qrup terrorçu edir.
-İqtisadiyyatını və bütün Ermənistanı böhrandan çıxarmaq üçün heçmi işıq ucu yoxdur, yoxsa ki, ermənilər hələ də bir xətt üzərində bir addım qabağa, iki addım geriyə var-gəl edirlər?
- Ermənistan hakimiyyətinin böhrandan çıxmağının yeganə yolu odur ki, o işğal siyasətindən əl çəkməlidir. Bundan sonra regionda həyata keçirilən layihələrdə iştirak etməsilə hər şeyi yaxşıya dəyişəcək. Regionda Ermənistanı dəstəkləyən yeganə dövlət İrandır. Türkiyə, Azərbaycan kimi güclü dövlətlərlə qonşu olan Ermənistan radikal siyasətinə görə özünü dünyadan təcrid edib. Dünyada baş verən hadisələrdən ermənilərin çoxusunun məlumatı, anlayışı yoxdur.
Mənsur Rəğbətoğlu