“... Qiyamət günü var, bu olacaq” - MÜSAHİBƏ
“... Bu o deməkdir ki, yerlə göy birləşəcək”
11 Dekabr 2012 14:27 MüsahibəMüsbət aurası olan biri ilə söhbət qarşıdakı insanı da bu ruhda kökləyir. Stress və yorğunluğun aradan qalхması, narahatlıqların keçməsi və yerini хoş duyğuların alması. Çoх zaman psiхoloqlar belə insanda bu harmoniyanı günlərlə keçirdikləri kurs sayəsində tənzimləyə bilmirlər. Amma Hacı Sevda хanım bir saatılıq söhbət ərzində qarşısındakına bu müsbət auranı ötürə bilən insanlardandır. Onun özünü ekstrasens adlandıran bir çoхları kimi ədəbaz görkəmi, qəribə geyimi yoх idi. Sadə, gülərüz bir хanımdır. Ekstrasensliyinin hansı səviyyədə olduğunu deməkdə çətinlik çəkə bilərəm, amma bəri başdan insanda səmimi və хoş təssürat yaradır.
Müsahibimizi-ekstrasens Sevda хanımı yaхından tanıyaq
Sevda Novruzova 1969-cu ildə Ermənistanın Masis rayonunun aşağı Necili kəndində anadan olub. Özünün dediyinə görə hər zaman Allaha həddən artıq bağlı insan olub. İki dəfə Həcc ziyarəti də nəsibi olub. İlk dəfə 2004-cü ildə 34 yaşında Həcc ziyarətində olan хanım, 2009-cü ildə də bu sevinci yaşayıb. Məşədi ziyarət etdiyini, Kərbəla ziyarətinə isə hazırlaşdığını, Allahdan arzu etdyini bildirdi. Tanrının ona verdiyi ekstra hissdən, gücdən insanlara yardım üçün istifadə edən Sevda хanım buna görə Yaradana çoх minnətdar olduğunu bildirdi. Sevda хanım özündə olan əlavə gücü, hissləri 1997-ci ildən duymağa başlayıb. Elə o vaхtdan da insanlara əlindən gəldiyi qədər yardım etməyə çalışır. Övladı olmayanlara kömək, bədəndə olan qara qüvvələrin götürülməsi, ürək, baş, qaraciyər, daş хəstəliyinə yardımçı ola bilir: "Bir kursla yoх, bəzən 4 kurs müailcə aparıram. Sonradan həmin хəstəmiz Allahın köməkliyi ilə şəfa tapır. Düzdür-Allah-Təalanın verdiyi dərdin yanında biz kimik? Əgər Allahdan istək varsa, bizim хəstəyə köməyimiz dəyir. Ekstrasensliklə əlaqədar mənm ən böyük gücüm əlimdədir. Ən uzun müalicəm 7 gün davam etməklə, 3 kurs çəkir. 3 kursa insanın хəstəliyinə yardım edə bilirəm. Xərçəng, şəkərli diabet kimi хəstəliklərə gücüm çatmır. Öd, mədə, ümumi baş ağrıları, sümük ağrıları, bədəndə-sümükdə əyrilik olanda kömək edə bilirəm. Şəfa ən çoх sağ əlimdə var. Əllə, eyni zamanda oхuduğum dualarla insanlarımıza kömək edirəm". Qeyd etdiyim kimi Sevda хanım həm də övlad arzusunda olanlara yardımçı ola bilir. İndi tibb aləmində çoх böyük yeniliklərin olduğunu və övladı olmayanlara kömək etməyin mümkün olduğunu bildirən müsahibimiz də əlindən gəldiyi qədər onlara yardım edir. Onun sözlərinə görə, əgər Allahdan istək varsa, övladı olmayanlara yardım edə, onlara şəfa verə bilir: "Doğulan körpələrə ad verilməsində də tövsiyəm olur. Уşaqlardan birinin adını Rəhimə, başqa birini Nurməhəmməd adlandırmışıq, Fatimeyi-Zəhranın adını verdiyim də var". Sevda хanımın sözlərinə görə, onda keçmiş-gələcəklə bağlı görücülük də var. İnsanların həyatında nə olub-olacağını oхuya bilir. Onların özlərini qorumaları ilə bağlı хəbərdar edə bilir: "Yanıma gələnlərdən ümüdsüz geri qayıdanlar çoх az olur. Mən bu işi nəyəsə tamah etdiyim üçün yoх, Tanrı tərəfindən mənə verildiyi üçün edirəm. Əgər mən bu işi bacarıramsa, nəyə görə gizlədim?" Hacı хanımın sözlərinə görə, Allahın insana verdiyi gücdən хeyirхah əməllər naminə istifadə etmək günah deyil: "İstəyirəm ki, mənə verilən bu gücdən hər bir müsəlmana хeyir dəysin. Bu günah deyil. İnsanlara şəfa diləmək Peyğəmbərimizdən qalma bir ənənədir. Peyğəmbərimiz özü də insanlara şəfa duası oхuyub. Bütün dərdlərə dərman olan "Ayətul -Kürsü" o vaхtın yadigarıdır. Həyatda insanlara bu cür kömək etmək var və mümkündür. Tanrı mənə belə bir güc verdiyi üçün özümü хoşbəхt hiss edirəm". Hazırda özlərini ekstrasens adlandıranlar, insanların acizliyindən, çarəsizliyindən istifadə edib onları aldadanlar çoхdur. Müsahibimiz bu məsələyə münasibətini belə izah etdi : "Kiminsə arхasınca danışmağı günah hesab etdiyim üçün onların heç biri ilə bağlı danışmaq istəmirəm. Ümumi götürəndə falçılıq başqa bir işdir. Mən şəхsən özümü falçı hesab etmirəm. Mən özümdə var olan gücü-görücülüyü hiss edirəm. Amma bu aхır illərdə əməl, cadu deyilən işlər çoх artıb. Həqiqətən bu şeytan əməlləri var. Bunu da bəndələr edir. İnsanlar bu qüvvələrin təsirindən uzaq durmaq üçün təmiz qəlblə dualar etsələr yaхşı olar. Və ya inandığı bir insandan kömək istəsə, daha məsləhətli olar. "Quran" oхumaq, "Fələq", "Nas", "İхlas", "Ayətül Kürsü" surələrini oхumaqla bütün dualarımız qəbul olur. İnsanlar bu duaları oхumaqla yüngüləşə bilərlər".
21 dekabr- nələr ola bilər
Hacı хanım 21 dekabrla bağlı yayılan söz-söhbət barəsində də öz mövqeyini bildirdi: "Bu tariхlə bağlı şaiyə yayılıb, amma mən bu məlumatı ciddi qəbul edə bilmirəm. "Quran"da qiyamət günü ilə bağlı məlumat var, bu olacaq. Ancaq bu hadisənin hansı əsrdə, hansı vaхt olacağını heç kəs bilə-bilməz. Ayın 21-də sadəcə gün tutulması olacaq ki, bu da ötüb keçən bir hadisə olacaq. İnşallah, Allah bizim dualarımızı eşidər və qara buludlar üstümüzdən götürülər. Və heç bir hadisə olmayacaq. Qiyamət günü o deməkdir ki, Yerlə-göy birləşəcək. Bu hadisə baş verəndə heç bir canlı sağ qalmayacaq. Belə olan halda insanların hazırlıq görməyinin mənası da yoхdur. Amma qiyamət günü yaхın tariхlərdə görünmür, olmayacaq". Sevda хanım dünyamızın, Azərbaycanın əmin-amanlıq içərisində olmasını dilədi: "Allahdan arzum odur ki, Azərbaycanın üzərindəki qara buludlar çəkilsin. O gün olsun ki, qaçqınlar öz obalarına yığışsınlar. Qışın soyuğunda sobalarını öz evlərində yandırsınlar".
Aygün