“İçim başdan-ayağa yaradır, dərddir”  - Məşhur aşıqdan ürəkağrıdan sözlər 

"Hazırda mənə ayağımda olan xəstəlik böyük əziyyət verir. Varikoz damarlarının genişlənməsindən çox böyük əziyyət çəkirəm. Dərmanı da tapılmır". 

Bunu Moderator.az-a açıqlamasında məşhur Azərbaycan aşığı, mərhum Aşıq Xanların oğlu, "Hepatit B" xəstəliyindən də əziyyət çəkən Aşıq Azər Xanlaroğlu bildirib. 

Azər Xanlaroğlu deyib ki, varikoz damarlarının genişlənməsinin müalicəsi Azərbaycanda mümkün deyil: 

"Ayağımın biri şişir, ayaq üstə olmaq, yerimək mümkün deyil. Bunun müalicəsi Almaniya, Türkiyə, İsrailə kimi ölkələrdə həyata keçirilə bilər. Bu isə küllü miqdarda vəsait tələb edir. Ankarada bu işin üstünə düşənlər var. 2-3 günə ayağın dopplerinin şəkilini göndərməliyəm. Ondan sonra məni çağırmalıdırlar. Ancaq dediyim kimi külli miqdarda vəsait lazım olduğundan tam müalicəni hələ ki mümkünsüz sayıram. Tutaq ki, bunu müalicə edən klinikanı axtardım, tapdım, müalicə xərclərini ödəyə bilməyəcəyəmsə, niyə ümidlənim ki? Hələlik birtəhər yaşayırıq da". 

Aşıq Azər onu da bildirib ki, gün ərzində uzaqbaşı 2 saat ayaq üstə dura bilir: 

"Madiyyatla bağlı hansısa tədbirə gedəndə 3-4 saat ayaq üstə oluram, ancaq sonradan da onun ağrısını çəkirəm. Vəziyyətdən necə çıxa bilərəm, bu barədə bir fikrim yoxdur. Nə edim, necə eləyim, bilmirəm. Allaha şükür, qaraciyərin göstəricilərini arıqlamaqla, dieata ilə, dava-dərmanla normallaşdıra bilmişəm. Buna da çox böyük vəsait getdi. Qaraciyərin müalicəsi orqanların müalicəsinin ən bahalısıdır. Bunun öhdəsindən gələ bilmişəm. Və sizə səmimi deyim ki, artıq yorulmuşam. Pul yoxdur, necə edəcəyimi bilmirəm, ümid yalnız Allahadır. Xəstəlik sənətə, sənət üçün nəsə etməyə, düşünməyə, ümumiyyətlə hər şey mane olur. Canın ağrıyırsa, mümkün deyil ki, başqa şey haqqında düşünəsən. Bu da elə bir ağrıdır ki, hər dəqiqə yanında, üstündədir. Kəsməyi yox, dayanmağı yox... Nəsə tabletka atasan keçə, iki gündən sonra yenə ağrıya elə bir söhbət yoxdur. Elə bil səninlə bərabər doğulub. Demək olar ki, yaşamırsan. Belə görsəndiyimə baxmayın, içim başdan-ayağa yaradır, fikirdir, dərddir. Hərdən çıxışlarım olur, hamıya göstərmək istəyirəm ki, sağlamam, normalam. Amma belə deyil. Bir bəladır, düşdüm də". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31