"İstərdim ki, bu insanlar ağıllı olsun və atdıqları addımlara fikir versinlər" VIDEO
18 Noyabr 2012 20:24 MüsahibəBakıda Qafqazın Ali Dini Şurasının toplantısı keçirilib. Toplantıya bütün Qafqazdan dini liderlər qatılıb. Şuranın sədri bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib ki, dini liderlər keçirilən görüşlərdə Qafqazda baş verən hadisələri, dini cərəyanları, həmçinin Suriya, Fələstin, Əfqanıstan kimi islam ölkələrində gedən prosesləri müzakirə ediblər. Dini liderlər Türkiyədə PKK terror təşkilatının hücumlarını da pisləyiblər.ANS-ə müsahibəsində bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə son vaxtlar Rusiyada bəzi qüvvələrin anti-Azərbaycan fəaliyyətinin aktivləşməsi, milli azlıqların qızışdırılması hallarına da münasibət bildirib: "Mən çox istərdim ki, bu insanlar ağıllı olsunlar və onlar bu günlərdə atdıqları addımlara fikir versinlər. Bununla həm Azərbaycana, həm də öz xalqlarına qarşı gedə bilərlər. Mən bütün olanlardan çox təəssüflənirəm və ona görə də istərdim ki, bu məsələdən istifadə olunmasın və onların atdığı addımlardan bizi istəməyən qüvvələr dövlətimizə qarşı istifadə etməsinlər".