Röyanı Türkiyədə təəccübləndirdilər: ""Hə" cavabını verməmişəm"

Big.az Röyanın müsahibəsini təqdim edir:

- Röya xanım, musiqi yaradıcılığınızı Türkiyədə davam etdirmək fikri haradan yarandı?

- Bunun planlı şəkildə həyata keçdiyini söyləyə bilmərəm. Bir dostum beynimə saldı. Əslində, ailəm uzun illərdir Türkiyədə yaşayır. Radioların birinin direktoru olan dostum karyerama Türkiyədə davam etməyimin vacib olduğunu dedi və bu məsələdə israr etdi. İki ilə yaxın düşündüm, sonra doğru bir qərar olduğuna inandım. Yaxşi ki, o dostum israr etmişdi.

- "Göndər", Gəmiçilər" və "Kesin Bilgi"... Bu üç mahnızından hansı daha çox sevildi?

- Hər birinin özünəməxsus yeri var. Radiolar isə bunu aydınlaşdırmaq üçün çox önəmli rol oynayır. Fəqət qeyd etməliyəm ki, Türkiyədəki ilk mahnım "Göndər"i ərsəyə gətirərkən hazırda mənimlə birgə çalışan yaradıcı heyət olsaydı, daha yaxşı iş ortaya qoymuş olardıq.

- "Göndər" mahnısında Soner Sarıkabadayıyla, "Gemiçiler" də Əflatunla, "Kesin Bilgi"də Gülşen ve Ozan Çolakoğluyla birgə işləməyiniz təsadüfdürmü? Bu simalarla necə əlaqə qura bilirsiniz və bu məşhurlara kim sizi yönəldir?

- Tamamilə hisslərimlə davranıram. Dost ola biləcəyim həyəcanlı insanları hiss edə bilirəm. Bu günə kimi gördükləri işlər də vacib bir məsələdir. Gülşən və Soner mənim üçün çox özəl insanlardır. İkisini də, tanımadan öncə nəticənin çox yaxşı olacağını hiss edirdim. Çox şükür yanılmadım. "Kesin Bilgi" klipinə Yutub-da 7 milyondan çox baxış olub. Bu da, yəqin ki, düzgün seçim etməyimin isbatıdır.

- Türkiyədə qarşınıza qoyduğunuz əsas məqsədiniz?

- Sevilmək istəyirəm. Türkiyədə də Azərbaycanda olduğu kimi çox sevilmək istəyirəm. Böyük və çətin bir hədəfdir, amma əminəm ki, doğru addımlarla irəliyə doğru gedirəm.

- Mahnılarınız üçün bir albom yaratmağı düşünürsünüzmü?

- Albom üçün, hələ ki, tez olduğu qənaətindəyik. Hazırda doğru olan tək-tək mahnılarla irəliyə doğru addımlamaqdır. Bu vəziyyətdən məmnunuq.

- Türkiyədə mahnı sektorunda sizi ən çox təəccübləndirən nə oldu?

- Çox təəccübləndim deyə biləcəyim bir şey yoxdur, əslində. Dünyanın hər yerində mahnı sektoru bir-birinə çox bənzəyir. Amma Türkiyədə bu sektorda bir-birinə qarşı hörmət olduğunu qeyd edə bilərəm. Hər şey fərqlidir bu bazarda... Hər kəsin fərqlilikləri var.

- Azərbaycan və Türkiyə arasında nə kimi fərqli cəhətlər var?

- Mahnı baxımından çox fərqliliklər var. Türkiyədə işlər daha təmiz şəkildə həyata keçirilir. Azərbaycanda kino sektoru geri qalsa da, yavaş-yavaş kino aləmində özünü göstərməyə çalışır. Azərbaycanda kino sahəsi yeni-yeni inkişaf etməyə başlasa da, mən yenə də ümidliyəm. Hər şey irəlidədir.

- Türkiyədə sizin tərzinizə ən uyğun sənətçi kimdir?

- Konkret kiminsə adını çəkə bilmirəm. Amma dünyadakı trendləri hamımız təqib edirik. Bu, bizi bənzərliklər ardınca aparsa da, hər kəsin fərqli tərəfləri var.

- Növbədə sizinlə birgə işləyəcək kimlər var?

- Bunları yavaş-yavaş, tək-tək açıqlayacağam. Mahnılarımda görəcəksiniz. Bu aralar çox həyəcanlıyam. Gördüyü işləri böyük heyranlıqla izlədiyim, əfsanəvi bir ismin mahnılarından birini oxumağa hazırlaşıram. Həm böyük məsuliyyət, həm də böyük bir həyəcan.

- Aktrisalıq təcrübəniz də var. Türkiyədə hansısa filmdə aktrisalıq təklifi aldınızmı?

- Bəli, təklif gəldi və çox təəccübləndim. Bu təklif hər nə qədər məni xoşbəxt etsə də, təəssüf ki, "hə" cavabını verməmişəm. İş rejimim çox ağırdır və mahnılarım birinci növbədə gəlir. Eyni vaxtda həm mahnı oxumaq, həm də ki, serial çəkilmək kimi bir planım yoxdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31