Rostislav İşenko: “Azərbaycanda vəziyyət sakit və sabitdir”
30 Oktyabr 2015 13:56 Müsahibə"Россия сегодня" Beynəlxalq İnformasiya Agentliyinin icmalçısı Rostislav İşenkonun Seçki-2015.az saytına müsahibəsi
- Noyabrın 1-də keçirilən parlament seçkilərinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Hesab edirəm ki, istənilən seçki vacibdir. İlk növbədə ona görə ki, hakimiyyətin legitimliyi - xalq mandatı təsdiqlənir. Əgər ölkədə vəziyyət kifayət qədər sakit və sabitdirsə, düşünmürəm ki, o zaman hazırki seçkilər haqqında qeyri-adi nəsə demək olar.
- Rusiyanın Azərbaycandakı parlament seçkilərinə artan marağını necə izah etmək olar?
-Aydın görünür ki, Rusiya KİV-ləri Azərbaycandakı seçkilərə daha böyük diqqət yetirir, nəinki İsveçdə keçirilən seçkilərə. Digər tərəfdən, Azərbaycan MDB-nin üzvüdür və postsovet məkanında inteqrasiya layihələrinin potensial iştirakçısıdır. Həmçinin nəzərə almaq lazımdır ki, 24 il əvvəl biz eyni ölkələrdə yaşamışıq.
- İkitərəfli münasibətlər kontekstində Moskvanın seçki sonrası prosesindən gözləntiləri nədir?
- Gözləntilər çox aydın və şəffafdır. Bu gözləntilər seçkilərlə yanaşı, ikitərəfli münasibətlər strategiyasının inkişafına da aiddir. Moskvada hesab edirlər ki, Azərbaycanla dost, qarşılıqlı maraq doğuran dinamik inkişaf davam edəcək.
- Xəzər regionunun siyasi mühitində hansısa dəyişikliklər gözləmək olarmı?
- Xəzər regionunda siyasi mühit kifayət qədər qəlizdir. "Xəzər beşliyi" çərçivəsində müşayiət olunan siyasi və iqtisadi əlaqələr uzunmüddətli danışıqların və kompromislərin nəticəsidir. Hazırki vəziyyətin və ya formatın dəyişəcəyi gözlənilmir.