QDİƏT PA Azərbaycanda seçkiləri izləyəcək

"Seçkilər" Media Mərkəzi- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevin Secki-2015.az saytına müsahibəsi

- Asəf müəllim, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası bu seçkiləri izləmək üçün ölkəmizə müşahidə missiyası göndərəcəkmi?

- QDİƏT Parlament Assambleyası bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Təşkilat indiyə qədər bir sıra ölkələrdə belə bir missiyanı həyata keçirib. Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, bəli, təşkilatımız öz müşahidə missiyasını göndərəcək. Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bir müddət öncə rəsmi məktub göndərərək parlament seçkilərini müşahidə etməyə dəvət etmişdi. QDİƏT Parlament Assambleyası da bu rəsmi dəvət əsasında Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün öz missiyasını göndərəcək.

- Müşahidə missiyasına hansı ölkələrin nümayəndələri daxildir?

- Müşahdə missiyası mən də daxil olmaqla, 5 nəfərdən ibarətdir. Missiyaya Serbiyanın, Bolqarıstanın, Rumıniyanın və Yunanıstanın parlament üzvləri daxildir. Onu da qeyd edim ki, müşahidə missiyasına kifayət qədər nüfuzlu şəxslər daxildirlər. Məsələn, Serbiyanın nümayəndəsi bu ölkənin parlamentinin vitse-spikeridir. Bolqarıstanın nümayəndəsi isə ölkənin parlamentinin iqtisadiyyat komitəsinin sədridir. QDİƏT Parlament Məclisinın müşahidə missiyası oktyabrın 30-da Azərbaycana gələcək. Səfər noyabrın 3-dək davam edəcək. Müşahidə missiyası parlament seçkiləri ilə əlaqədar təəssüratlarını i mətbuat konfransında açıqlayacaq.

- Sizcə, bütövlükdə beynəlxalq müşahidə missiyalarının əhəmiyyəti nədən ibarətdir?

- Qeyd etdiyim ki, QDİƏT Parlament Məclisi bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Əgər hansısa dövlət keçirilən seçkiləri müşahidə etmək üçün dəvət edirsə, təşkilatımız belə təşəbbüsləri alqışlayır və məmnuniyyətlə həmin seçkiləri müşahidə edir. Seçkilər hər bir cəmiyyətdə demokratiyanın bariz göstəricisidir. Ona görə də, elə dövlətlər var ki, orada keçirilən seçkilərin daha çox beynəlxalq müşadəçilərin    iştirak etməsinə maraqlıdır. Hesab edirəm ki, Azərbaycan da, məhz belə dövlətlərdəndir. Yəni, Azərbaycan dünyaya açıq ölkədir və ona görə də, bu ölkədə keçirilən seçkiləri çoxsaylı beynəlxalq müşahidəçilər izləyir. Xatırladım ki, QDİƏT Parlament Assambleyasının müşahidə missiyaları bu ölkədə əvvəllər də keçirilmiş seçkiləri  izləyib. Ümumilikdə, təşkilatımız Azərbaycanın belə təşəbbüslərini alqışlayır.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31