Məkkə faciəsində vəhhabi izi?

Hacı Tahir Abbaslı: “Bu faciə bir daha sübut etdi ki, Səudiyyə Ərəbistanı müsəlmanların arzu etdikləri əmin-amanlıq ölkəsi deyil”

"Buna görə də Məkkəyə səfər edən hər bir hacı bəri başdan ölümünü gözünün qabağına almış olur"

Bu günlərdə müqəddəs torpaqlarda ziyarət zamanı yaşanan faciə və yüzlərlə zəvvarın həyatını itirməsi bir sıra sualların meydana çıxmasına səbəb olub. Bəziləri məlum faciənin təxribat olduğunu iddia etdiyi halda, bir başqaları bunu Həcc ziyarətinin təhlükəsiz qaydada təşkil edilmədiyi ilə əlaqələndirir. Bəs görəsən baş vermiş məlum faciənin əsl səbəbləri nədir? Bu və ya digər suallarla başlı İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətləşdik.

-Tahir müəllim, son bir həftə ərzində Məkkədə bir-birinin ardınca insan tələfatı ilə nəticələnən bir neçə hadisə baş verdi. Sizcə, bunlar təsadüfdür, yoxsa bilərəkdən baş verir?

-Bismilləhir-rahmənir-rahim! Fürsətdən istifadə edib bütün müsəlman dünyasına başsağlığı verirəm və Allahdan şəhidlərini qəbul etməsini istəyirəm. Sualınıza gəlincə isə, xeyir, bu təsadüf deyil. Ona görə ki, dinimiz təsadüfləri qəbul etmir və heç nə təsadüfən olmur. Belə ki, seçilən yolun özünə məxsus maneələri və sınaqları (imtahanları) olur. Bu hadisə səbəblərdən doğan nəticədi. İslamda seçilən yanlış yolun (vəhabiliyin) acı nəticəsidi. Fikirimi izah etməyə çalışıram. Həcc - Allahın əmrini yerinə yetirməkdir və sadəcə ziyarət deyil. Allah istəyir ki, hər bir müsəlman öz tarixini,  müqəddəslərini (İbrahim peyğəmbər (ə), yoldaşı Hacər xanımın və oğlu İsmayıl peyğəmbər (ə)ın) ixlas nümunələrini bəşəriyyətə tanıtdırsın, ona sahib dursun, yaşatsın. Həcc əməlləri də buna görə vacib buyurulub ki, imkanlı və düşünən müsəlmanlar bu əməlləri yerinə yetirməklə hadisələrin bilavasitə iştirakçısı olsun və öz əməllərində yaşatsın.

-Son hadisədə Səudiyyə Kralının oğlunun günahkar olduğu bildirilir. Ancaq hadisə ilə əlaqədar 28 nəfərin edam olunacağı qeyd edilir. Sizcə hadisəyə səbəbkar olan şəxsin əvəzinə digərlərinin edam edilməsi nə dərəcədə ədalətə uyğundur?
 

-Əlbəttə dinimiz insanların haqsız yerə cəzalandırılmasını pisləyir. Bu qədər faktların olması göstərir ki, Səudiyyə Ərəbistanı rejimi bilavasitə günahkardı və cəza çəkmək də istəmir. Hətta buna hazır da deyil. Halbuki, hacılardan aldıqları pullarla onların təhlükəsizliklərini təmin etmək məcburiyyətindədirlər. Təəssüflər olsun ki, onlar bu acı həqiqətlərə, faciələrə başqa don geydirərək, ölənləri dindən çıxmış kimi elan etdilər.  Bu faciə bir daha sübut etdi ki, Səudiyyə Ərəbistanı müsəlmanların arzu etdikləri əmin-amanlıq ölkəsi deyil. Buna görə də Məkkəyə səfər edən hər bir hacı bəri başdan ölümünü gözünün qabağına almış olur. Onu da qeyd etmək istəyirəm ki, bu hadisə sanki bir növ İŞİD-lə rəqabət xarakteri daşıyır. Görünür İŞİD-in talançılıqda və müsəlmanların qırılmasında "qabağa" getməsi vəhabiləri "kölgə"də qoyduğundan belə ciddi olaylar baş verir. Əlbəttə bu mənim subyektiv fikrimdi.

-Məkkədə bir neçə kütləvi ölüm hadisəsinin baş verməsi ola bilərmi ki, Allah tərəfindən müsəlmanlara bir mesajdır ki, yolunuzu azmayın, Məkkəyə alver məqsədilə deyil, ziyarət üçün gedin?

-Ziyarət və ticarət məsələsində fikrinizlə razı deyiləm. Belə ki, ziyarət olan yerdə ticarət də olmalıdır və haram da deyil. Həcc əməllərini müsəlmanlara ziyarət kim təqdim etməyə çalışırlar. Hesab edirəm ki, bu da məqsədyönlüdür və insanlara əsil həqiqətləri tanımağa imkan verməmək məqsədini güdür. Amma mesajlar insanların doğru-düzgün nəticə çıxarması üçün bütün hallarda olur. Bəli, müsəlmanların ən yuxarı əməl sayılan Həcc əməlləri hərəkət sistemidir. Yuxarıda qeyd etdiyim kimi onu ziyarərlə eyniləşdirmək olmaz . Həcc əməllərinin (7) hər birinin öz fəlsəfəsi, hikməti, mənəvi dəyəri və qazancı var. Hər şey hətta ziyarət və ticarət belə həddində olmalıdır ki, ali məqsədlər unudulmasın. Əlbəttə ixlas edən zəvvarlarda var. Bütünlüklə müsəlmanlara belə irad tutmaq düzgün deyil. Sadəcə Zəvvarlar üçün düzgün təbliğat və təşviqat məsələləri yetərincə olunmalıdır ki, belə qarışılıqda alternativ addımlar atsınlar.

-Hər il milyonlarla insanın ziyarətə getməsinə baxmayaraq orada hələ də təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil edilməməsi sizcə mənfi hal deyilmi?

-Bəli haqlısınız, indiki müasir elmi-texniki ikişaf dövründə belə bəsit vəziyyətdə zəvvarların  ölümünə səbəb olan hadisələri (faciəni) yaşadıq. Təəssüflər olsun ki, Səudiyyə Ərəbistanı  hökuməti Həcc əməllərini yerinə yetirməsinin təşkilatçılığını təkbaşına həyata keçirdiyindən, digər müsəlman ölkələrini ancaq kənarda izləmək məcburiyyətində qoyduğundan, zəvvarlar üçün yaradılan şərait yetərli olmur. Yəni təşkilatı işləri və yaratdıqlar şərait də tək özlərinin milli, dövlət, hakimiyyət və sərvətlənmək marağındadır. Belə hadisələrdə zəvvarların təhlükəsizliyini təmin etməyə hazır olmaq üçün alternativ yollar çəkilməsi mümkün idi. Təhlükəsizliyin təmin olunması bütün müsəlman dünyasının marağında olmalıdır. Ona görə Səudiyyə Ərəbistanı höküməti bütün müsəman ölkələrinin zəvvarlarının maraqlarını təmin etmək üçün bu sahədə mütəxəssis alimlər, mühəndislər və təşkilatçıların bir araya gəlməsinə maraqlı olmalıdır. Bunu günün vacib məsələsi kimi dəyərləndirirəm.

-Bu arada Moskvada böyük bir məscidin açılışının baş tutmasını necə dəyərləndirirsiniz?

-Çox yaxşı və sevindirici haldı. Məscidin tikilib təhvil verilməsi və təqdim edilmə mərasimi müsəlmanlar üçün nəfəs almağa pəncərə oldu. Qərb ölkələrindən fərqli olaraq, Rusiya hakimiyyəti müsəlmanlara belə gözəl şərait yaratmaqla rəğbətə layiqdir. Əlbəttə burada siyasi çalarlar da var. Amma reallıq və mənəvi dayaq çox siyasi hədəflərdən yuxarıdı.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31