“Azərbaycanın birləşməsi üçün tarixi şans yaranıb” - MÜSAHİBƏ
Nəsir Ağayev: “Ərəb dalğası İrandan sonra Ermənistanı vuracaq”
4 Oktyabr 2012 14:56 MüsahibəDünyada yaranmış gərgin vəziyyət, bölgədə baş verən proseslər hələ də gündəmdə öz qaynarlığını qoruyub saxlayır. Mövcud situasiyanın analitik şərhini verərkən məlum olur ki, hal-hazırda ən kiçik detallarda qloballaşaraq qorxulu hal alır. Güney Azərbaycan məsələsinin ABŞ-ın təşəbbüsü ilə BMT-də müzakirəyə çıxarılması, Suriyada baş verən hadisələr, III Dünya Müharibəsinin başlaması xofu, Kürdüstan dövlətinin yaradılması cəhdləri, Türkiyənin bölüşdürülməsinin gündəmə gəlməsi, "Ərəb Baharı"nın genişlənmə qorxusu və Rusiyanın SSRİ-ni yenidən yaratmaq istəyi dünyada hansı vəziyyəti yaradacaq? Dünyanın xəritəsinin yenidən çəkilməsi hansı qüvvələrə xidmət edir? Bu qədər siyasi hərəkətlilik Yer Kürəsinin simasını dəyişdirəcəkmi? Bütün bu suallara Xalq Hərəkatı Partiyasının sədri Nəsir Ağayevlə cavab tapmağa çalışdıq.
-Nəsir bəy, Güney Azərbaycan məsələsinin BMT-nın gündəminə çıxarılması sizin fikrinizcə Azərbaycana nə vəd edir?
-Bu, müzakirələrdə iştirak edəcək ölkələrdən çox şey asılıdır. Bildiyimiz kimi İkinci Dünya Müharibəsindən sonra Azərbaycanın birləşməsi gündəmə gəlmişdi. Ümumiyyətlə, Güney Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi həmin ölkələrin strateji maraqlarını əks etdirir. Azərbaycanın birləşdirilməsi ABŞ, Böyük Britaniyan, İsrail, Fransanın maraqlarına xidmət edir. Azərbycanın birləşməsi üçün tarixi şans yaranıb. Amma bu, Azərbaycanın öz daxilindən olmalıdır. Hələ, XX əsrin əvvəllərində Cənubi Azərbaycanda başlamış Milli Azadlıq Hərəkatı böyük hadisə idi. Ancaq, müəyyən qüvvələrin maneələri nəticəsində bu baş tutmadı. Bir də İkinci Dünya Müharibəsindən sonra belə bir şans yarandı. Müharibədən sonra Azərbaycanın birləşməsi daha real idi. Böyük Britaniya, Fransa və ABŞ buna mane oldular. Həmin ölkələr Cənubi Azərbaycanda başlamış Milli Azalıq Hərəkatını İranın daxili işi kimi qələmə verdilər. Sovet Ordusunun Cənubi Azərbaycandan çıxarılmasına nail oldular. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin demokratik islahatları nəinki İran irticasını, həm də İranın zəngin sərvətlərinə sahib olmaq istəyən İngiltərə və Amerika imperializmini də qorxuya salmışdı. Onlar birləşərək Azərbaycan milli hökumətini qan dəryasında boğdular. 946-cı ildə Pişəvərinin Sovet Azərbaycanına mühacirət etməsi Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatını buxova saldı. Azərbaycanın birləşməsini istəməyən ölkələr Pişəvərinin getməsindən sonra Cənubi Azərbaycanda 200 mindən çox insanın qətlinə fərman verdilər. O mənzərəni görənlər deyirdilər ki, insan meyitləri torpaqda buz bağlamışdı. Bu gün də Güney Azərbaycan məsələsini BMT səviyyəsində qabartmaq istəyən Amerikanın əsas məqsədi İranı parçalamaqdır. Amerikanın bu xidməti fars rejimin devrilməsinə xidmət edir. Digər tərəfdən də Qərbin İran daxilində yaşayan millətlərdən azərbaycanlıları seçməsi təsadüfi deyil. Orada 25 milyon azərbaycanlı yaşayır. Kürdlər və ermənilər isə azlıq təşkil edir. Azəri türklərinin onlardan fərqli olaraq yaşadığı yerlər böyük əraziləri əhatə edir. Güneyin quzeyə birləşdirilməsi əhəmiyyətli rol oynayacaq. Təsəvvür edin 9 milyonun üstünə 25 milyon nəfər əlavə ediləcək. Azərbaycan hakimiyyəti bu halda çevik olmalıdır. Çünki, fars hakimiyyəti Ərdəbili Təbrizə qarşı qoyub. Bu da problem ola bilər. Rusiya da Sovetlər vaxtında belə etmişdi. Gəncəni Bakıya qarşı qoymuşdu. Son olaraq əlavə edirəm ki, BMT və ABŞ-ın Güney məsələsini qloballaşdırmasının əsas məqsədi İranı parçalamaqdır. Azərbaycanın milli maraqları isə onlar üçün elə də əhəmiyyətli deyil.
- İran hakimiyyətinin Suriyada baş verən hadisələri və mövcud Bəşər Əsəd rejimini dəstəkləməsinin səbəbi nədir?
-Mahmud Əhmədinejad gözəl başa düşür ki, Rusiyanın da Suriyadakı rejimi dəstəkləməsi Qərbin İrana hücumunun qarşısını alacaq. Əgər Suriyada hakimiyyət məğlub olsa növbəti hədəf İran olacaq. Bununla İran məhv ola bilər. Hakimiyyət çalışır ki, baş verəcək İsrail-İran müharibəsini İrandan kənarda - Suriyada qarşılasın və həll etsin. Suriyadakı Bəşər Əsəd rejiminə Rusiya və Çin kimi ölkələrin dəstək verməsi İrana əlavə güc verir.
-Yer kürəsində baş verən bu proseslər III Dünya Müharibəsinə gətirib çıxara bilərmi?
-Rusiya, Çin və ABŞ İran-İsrail müharibəsinə qoşulsalar III Dünya müharibəsi başlayacaq. Bu ölkələr arasında da "soyuq müharibə" gedir. Silahlar hələ işə düşməyib. Hələlik "söz müharibəsi" davam edir. Rusiya da dünyada maraqlı fiqurlardan biridir. Tez-tez cildini dəyişən Rusiya dünya siyasətində müstəsna rol oynayır. Rusiya hal-hazırda çalışır ki, dünyada yaşayan bütün türkləri işğalçı, barbar kimi qələmə versin. Bu yaxınlarda Rusiyanın NTV telekanalında rus tarixçilər Atillanı müzakirəyə çıxarmışdılar. Türk imperatorunun "rus knyazı" olmasını sübut etməyə çalışırdılar. Bütün bunlar da dünyada baş verən proseslərə təsirsiz ötüşməyəcək. Tatarıstanın paytaxtı Kazan şəhəri 1552-ci nildə rus knyazı İvan Qroznı tərəfindən işğal edilib. Ruslar Kazanı zəbt etdikdən sonra çayın kənarında müsəlmanları bir məscidə doldurub yandırmışdılar. 1556-cı ildə Həştərxan (Hacı Tərxan) tutuldu və burada da eyni hal təkrar olundu. Bundan başqa qaqauzlar, oğuzlar, tatarlar ruslar tərəfindən zor gücünə xristianlaşdırıldılar. Rusiyada olan qədim türk adları da slavyanlaşdırıldı. Rusiyada yaşayan bütün türk mədəniyyətinin üstündən qırmızı xətt çəkildi. Rusiyanın da əsas məqsədi burada pantürkist siyasəti yeritməsidir. Qədim türklərə qarşı təxribatçılıq siyasətini bu gün ermənilər məhz ruslardan götürüblər. Ermənistannın tərkibində olan qədim Azərbaycan torpaqlarında yer adlarının dəyişdirilməsi buna misaldır.
-Kürdüstan dövlətinin yaranması həqiqət ola bilərmi? Kürdüstan dövlətinin yaradılmasında hansı maraqlar və arxasında hansı qüvvələr dayanır?
-Kürdüstan dövlətinin yaradılmasının arxasında antitürk siyasəti yeridən ölkələr dayanır. Bunun arxasında dayanan bir nömrəli məqsəd türkləri məhv etməkdir. 1940-cı ildən sonra ABŞ, İngiltərə, Fransa türkləri təsir altında saxlamaq üçün, SSRİ isə türk mədəniyyətini və türkləri tamamilə darmadağın eləmək üçün kürd kartından istifadə etməyə başlayıblar. Sovetlərin dönəmində ruslar tərəfindən SSRİ ərazisində kürd hərbi bazaları mövcud idi. Moskvada kürdlər xüsusi yetişdirilirdi. Onların əllərinə türklərlə bağlı gizli, həqiqəti əks etdirməyən materiallar evrilirdi. Xüsusi yetişdirilmiş kürdlər Naxçıvan vasitəsilə təxribatlar törətmək üçün Türkiyə ərazisinə keçirilirdi. SSRİ-nin təkidilə 1943-cü ildə Təbrizdə kürdlərin mərkəzləri yaradıldı. Mərkəzin Türkiyə yaxınlığında yerləşdirilməsinin səbəbi məlumdur. Türklər heç vaxt onlara qarşı olan millətlərin başlığına pan sözünü əlavə etməyiblər. Amma Rusiya bunu etdi. Pantürkizm siyasətindən istifadə edən Rusiyanın əsas məqsədi Yaxın Şərqdə möhkəmlənmək və oranı məhv etməkdir. Ruslar kürdləri də tamamilə pantürkizm siyasətinin içərisinə soxdular. Pantürkizm siyasəti içərisində Avropa İttofaqı, BMT, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa kimi təşkilat və ölkələr var. Kürdlərin hal-hazırda Skandinaviya ölkələrində, xüsusilə Norveçdə xüsusi kerd dəstələri fəaliyyət göstərir.
-Türkiyənin bölüşdürülməsinə cəhdlər var, bu prosesin sonu nə ilə nəticələnəcək?
-Türkiyənin bölüşdürülməsi Kürdüstan dövlətinin yaradılması ilə başlayacaq. Məsələni də ortaya atan Türkiyəni parçalamaq istəyən Amerika, Fransa, İsrail, Yunanıstan, Rusiya kimi ölkələrdir. ABŞ-ın yeni tərtib etdiyi xəritədə İraq, Suriya və Türkiyənin bəzi əraziləri Kürdüstan dövlətinin ərazisi kimi göstərilib. İraq və Suriyada yaşayan radikal kürdlər məhz Türkiyəyə qarşı maliyyələşdirilir. İri dövlətlər türklərin güclənməsindən narahatdırlar. Türklərin yaşadıqları ərazilər Kamçatka yarımadasından Afrikaya qədər böyük bir ərazini əhatə edir. Almaniya, İtaliya, Fransa, İngiltərə kimi xristian ölkələri müəyyən siyasi təşkilatlar altında birləşirsə, türk millətləri vahid mədəniyyət, din, dil birlikləri altında qərar tuturlar. Bir də ki, dünyanın əksər zəngin neft, almaz, qızıl, kömür yataqları türklərin yaşadıqları ərazilərdədir. Yakutiyada olan böyük bir almaz yatağı məhz türk yaşayış məskənlərindədir. Məhz xristian ölkələri də bunlardan çəkinirlər. Bu gün türklərin təşkilatlanmağa ehtiyacları yoxdur. Onsuzda dilləri və mədnəni birlikləri ilə onlar Avropaya, Amerikaya, İsrailə, Rusiyaya qarşı böyük gücdürlər. Türklərin necə güclü olması Türkiyə dünya üçün nümunədir.
-"Ərəb Baharı"nın növbəti dalğası hansı ölkələri vura bilər? Burada əsasən Ermənistan, Suriya və İranın adı hallanır...
-"Ərəb Baharı"ı kmi böyük bir inqilab Ermənsitanı vura bilər. İnqilab bu halda baş verə bilər. Hazırda Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan dəyişdirilsin və onun yerinə iqtidara tamam başqa bir adam gəlsin. Və o "Böyük Ermənistan"ın yaradılması üçün Dağlıq Qarabağdan da böyük ərazilərə iddia etsin. Qərb dünyanı bölüşdürmək üçün "Ərəb Baharı"ndan sitifadə etmək sitəyir. İnqilab Ermənsitan, Suriya və İranı vuracaq, Gürcüstandan başqa. Gürcüstanda inqilabın reallaşmayacağının əsas səbəbi bu ölkənin tam demokratik prinsiplərlə idarə olunmasıdır. Ümumiyyətlə Gürcüstana olacaq hər hansı müdaxilə Üçüncü Dünya Müharibəsinin başlanılması düməkdir. Çünki, Gürcüstan bu gün Qərb tərəfindən dəstəklənir. Qərb Gürcüstana təcavüz etmək istəyən bütün qüvvələrin qarşsında olacaq.
-SSRİ-nin yaradılması nə dərəcədə realdır? Rusiya Avrasiya İttifaqını yaratmaqla nəyə işarə edir?
-Rusiya buna cəhdlər edir. Məhz Avrasiya İttifaqının yaradılmasının arxasında da Rusiyanın SSRİ xülyası dayanır. Bir nöz bu ittifaqla Rusiya hakmiyyəti türkləri özəlləşdirmək istəyir. Məhz Avrasiya İttifaqına ilk üzv etmək istədiyi də əsasən Qırğızıstan, Qazaxıstan, Özbəkistan kimi türk dövlətləridir. Avrasiya İttifaq SSRİ-nin yeni modelidir. Rusiya SSRİ-ni yaratmağı çox istəyir. Onun reallaşacağını isə tarix göstərəcək.
Mənsur Rəğbətoğlu