Mehriban Abasquliyeva: "Avropa Parlamenti heç nəyə nail ola biliməyəcək"
15 Sentyabr 2015 17:47 MüsahibəSİA Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın müsahibəsini təqdim edir
- Mehriban xanım, bildiyimiz kimi, Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qərəzli qətnamə qəbul edib və burada hər zamankı kimi ölkəmizə qarşı təhdid, təzyq dilini müşahidə etmişik. Ümumiyyətlə, bu kimi məqamlar onların qaranlıq məqsədlərinin reallaşmasına səbəb ola bilərmi?
- Təəssüf ki, bu gün özünü "demokratiya carçısı", "insan haqlarının müdafiəçisi" kimi təqdim edən Avropa Parlamenti yenə də köhnə ampluasında qalmaqda davam edir. O da sirr deyil ki, Avropa Parlamenti hər dəfə ölkəmizdə önəmli siyasi hadisələr zamanı bu cür qərəzlərə yol verir ki, indi də parlament seçkiləri öncəsi eyni addımı təkrarlayırlar. Yəni biz bu halı "Eurovision" zamanı və tarixdə ilk Avropa Oyunları ərəfəsində də görmüşük. Görünən isə budur ki, ortadakı əsas məqsəd ermənipərəst dairələrin Azərbaycanda öz maraqlarını təmin etməkdir. Ancaq bəri başdan deyim ki, onlar buna nail ola bilməyəcəklər.
-O da sirr deyil ki, bənzər qətnamələrdə biz ancaq eyni Avropa parlamentarilərin imzalarını görürük. Sizcə, bu təsadüfdürmü?
-Məncə burada təsüdüf yoxdur. Hər zamankı kimi bu dəfə də ölkəmizə qarşı çıxış edənlər Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar olublar. Yəni onlar hər dəfə bu qətnamələrin "müzakirə"sində iştirak edirlər. Özü də maraqlı məqamlardan biri də budur ki, Azərbaycana qarşı çoxsaylı ittihamlar irəli sürən avroparlamentarilər həmin "müzakirələri" beş-on dəqiqəyə keçirirlər. Saual olunur, əgər bizim ölkədə bu qədər "problem" varsa, həmin "problemlərin" müzakirəsi necə olur ki, bir neçə dəqiqəlik "müzakirlərdən" sonra qətnamə kimi qəbul edilir? Yəni Azərbaycan haqqında qəbul edilən qərəzli qətnamələr əvvəllkilərin təkrarı kimi hər dəfə ortaya atılır. Bu deputatları xidmətlərini isə erməni lobbisi simiclik etmədən qiymətləndirir. Yaxşı olardı ki, Avropa Parlamentinin deputatları siyasi korrupsiyaya bulaşmış bu adamlar haqqında məsələ qaldırıb, onlları müzakirə obyektinə çevirsinlər. Bax onda biz də deyərdik ki, orada ədalət mövcuddur. Amma indi bu barədə danışmaq qətiyyən mümkün deyil.
-Sənəddə Leyla Yunus və sairələri barədə iddialar yer alıb. Sizcə Avropanın özündə cinayət törədənlərin də azadlığa buraxlması mümkün ola bilərmi?
-Baxın, Leyla Yunusun "vəziyyətinin pisləşməsi" və "siyasi partiyaların məhkum edilmiş rəhbərləri" həmin qətnamədə yer alıb. Halbuki, sənəddə adı çəkilən avropalı həkimlər də dəfələrlə vurğulayıblar ki, Leyla Yunusun vəziyyəti normaldır. Ancaq maraqlıdır, burada daha bir məsələ Azərbaycanda partiya sədrlərinin həbsi ilə bağlı iddialardır ki, onlardan heç biri həbsdə olmadığı halda, avroparlamentarilər hər dəfə bu yuxunu görüblər. Bəli, onların iddiaları yatıb-yuxularında gördükləri məsələlərdir. Leyla Yunus timsalında Avropanın özündə biri olsaydı, onu dərhal həbs edib, azadlıqdan məhrum edərdilər. Ümumiyyətlə, qətnamənin bəndləri ermənipərəst mövqenin açıq nümayişinin və ikiüzlülüyün pik həddidir.
-Mehriban xanım, nəyə görə Azərbaycanın haqq və ədalətli çağırışlarına bu qurumda məhəl qoyulmur? Ancaq Ermənistanın ən kiçik çağırışı belə dərhal nəzərə alınır?
- Söz yox ki, belə iyrənc manipulyasiyalar nəticəsində 20 ildən çox müddətdə təcavüzdən əziyyət çəkən Azərbaycanın özü təcavüzkar kimi göstərilir, atdığı addımlar nəticəsində bir milyon insanın qaçqın və köçkünə çevrilməsinə səbəb olan Ermənistan isə günahsız qurban kimi qələmə verilir. Hətta erməni lobbisinin ən yaxın dəstəkçisi Laura Acea və qətnamənin digər təşəbbüskarlarının vasitəsilə Avropa ictimaiyyətinin şüurunda Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin əsassızlığı haqqında fikri gücləndirməyə çalışır. Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması tezisini ortaya atan bu insanlar Ermənistanın Dağlıq Qarabağ və Azərbaycana məxsus digər rayonların işğalının nəticələrini də təsdiq etməyə çalışırlar. Bizim isə hər bir dövlətin hüququ olan işğal edilmiş torpaqlarını güc yolu ilə azad etmək üçün ədalətli hüququmuzu tanımaq istəmirlər. Bu gün özlərini "azadlıq carçısı" hesab edən yalançı millətsevrlərin də Leyla Yunusları müdafiə edənlərin də bu işdə erməni lobbisi ilə eyni möövqedən çıxış etmələri həqiqətən də çox acınacaqlı bir faktordur.
-Bu təzyiq metodlarının Azərbaycana heç bir təsir göstərməyəcəyini bildikləri halda onların "ümidləri" nə dərəcədə doğrula bilər?
-Bu gün Azrbaycanda Prezident İlham Əliyev Cənabları tərəfindən yürüdülən mütərəqqi və qətiyyətli siyasət, müstəqillik faktoru bu qərəzli qüvvələri qıcıqlandrır. Bu səbəbədən də xalqın iqtidarla birlik nümayişi də belə qərəzlərin yol verməsinə imkan vermir. Beləliklə, göstərilən hər hansı bir təzyiqə baxmayaraq bizim ölkəmiz Azərbaycan xalqının hərtərəfli inkişafı və müdafiəsinə istiqamətlənən müstəqil xarici və daxili siyasət yürüdür və bundan sonra da yürüdəcək.