“İlk Avropa Oyunları qərblilərə Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl fürsətdir”
24 Aprel 2015 14:24 MüsahibəMilyonlarla insan Azərbaycana gəlib Bakı-2015 Avropa Oyunlarına tamaşa etmək istəyir. Onlardan bir də ingiltərəli Çarli Souzvelldir. O, Azərbaycana həyat yoldaşı Hazel Souzvellə gəlmək niyyətindədir. 27 yaşlı Çarli Souzvell Londonda şəhərində marketinq sahəsində çalışır. "OLAYLAR" Diaspor Jurnalistləri Birliyinin "Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsi çərçivəsində Çarli Souzvellə müsahibəni təqdim edir.
- Cənab Çarli, Azərbaycanda heç olmusunuzmu?
- Mən Azərbaycanda heç vaxt olmamışam. Amma sevə-sevə ora səfər edib sizin gözəl ölkəni görmək istərdim. Sizin ölkənin məftunedici dağları var. Nəhəng və özünəməxsus xüsusiyyəti olan şəhərləriniz var. Mən Bakıda "Alov qüllələri"ni görmək istərdim. Eşitdiyimə görə Bakıda incəsənət əsərlərinin nümayiş olunduğu çoxlu küçələr var. Mən məmnuniyyətlə bu küçələri də görmək istərdim.
- Ümumiyyətlə, siz Azərbaycan haqqında nə düşünürsüz?
-Keçən il mən Gürcüstanda oldum. Bundan sonra Qafqaz regionunun çox sevdim. Buna görə də, Azərbaycana gəlməyi çox istəyirəm. Azərbaycanla bağlı şəkillərə çox baxmışam. Həmçinin mən Azərbaycanın füsunkar yeməkləri haqqında eşitmişəm. Çalışacam ki, hökmən orda bir neçə qutab yeyim.
- Böyük Britaniyada əhalinin "Bakı-2015 Birinci Avropa Oyunları" haqqında hər hansı məlumatı varmı?
-Fikrimcə, Böyük Britaniyada bəzi insanlar "Bakı-2015" haqqında eşidiblər. Amma bizim media və jurnalistlər bu oyunlar haqqında iyun ayında başlayaraq daha çox məlumatlar verəcəklər.
- "Bakı-2015" Birinci Avropa Oyunlarını canlı izləmək istərdinizmi?
- "Bakı-2015"in rəsmi saytına girib, yarışmaya baxmağa gəlmək üçün sorğumu göndərmişəm. Hələ ki, seçilməyimlə bağlı mənə cavab gəlməyib. Həımçinin mənim dostlarımdan da bir neçəsi "Bakı 2015"ə baxmağa gəlmək istəyir.
-Ümumiyyətlə, bu oyunlardan sizin gözləntiləriniz nədir?
-Ümid edirəm ki, bizim ölkənin idmançıları velosiped və üzgüçülük yarışlarında bir neçə medal qazanacaqlar. Onu da deyim ki, velosiped və üzgüçülük yarışları mənin sevimli idmanımdır.
-Bəs, "Baku-2015" Avropa idmanına necə təsir edəcək?
-Mənim fikrimcə, ilk Avropa Oyunları beynəlxalq səviyyədə daha çox rəqabətli olmağa xeyir vermiş olacaq. Bu isə Olimpiya Oyunlarına gedən yolda böyük imkanlar yaradır. Gənc yarışmaçılar da bu sahədə təcrübəyə yiyələnmək üçün böyük şans əldə edəcəklər. Həmçinin, ilk Avropa Oyunları qərblilərə Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl fürsətdir
- Azərbaycanda kimlərlə görüşmək sizə maraqlıdır?
-Yerli xalqa görüşüb mətbəxiniz və içkiləriniz haqqında söhbət etmək istərdim.
Füzuli