Birinci Avropa Oyunları Azərbaycana yalnız uğur gətirəcək
21 Aprel 2015 13:51 MüsahibəBeynəlxalq antiAzərbaycan şəbəkəsi var gücü ilə Birinci Avropa Oyunlarına qarşı təxribat xarakterli fəaliyyətini davam etdirir. Müxtəlif təxribat xarakterli məlumatlar gündəmə gətirən bu şəbəkənin yeganə hədəfi Azərbaycanın daha bir uğura imza atmasının qarşısını almaqdır. Bəs görəsən, antiAzərbaycan şəbəkəsinin bu istəyi, niyyəti baş tutacaqmı? Məsələ ilə bağlı fikirlərini bildirən "Azərişıq" ASC-nin YAP GB - nin sədri Nicat Müslümov deyir ki, antiAzərbaycan qüvvələrinin ciddi cəhdlərinə baxmayaraq ölkəmiz Birinci Avropa Oyunlarını yüksək səviyyədə həyata keçirəcək.
-Nicat bəy, Birinci Avropa Oyunları Azərbaycana nə verəcək və ölkəmiz üçün hansı dividentlər gətirəcək?
-Məlum olduğu kimi ümummilli lider Heydər Əliyevin ölkəmizə hələ birinci dəfə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idman sahəsinin də inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Azərbaycan bundan əvvəl də bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Eləcə də, Azərbaycanda 2012-ci ildə Evrovision müsiqi yarışması keçirildi. İstər bu və ya digər tədbirlər, beynəlxalq idman oyunları keçirildi. Bu bizim üçün, olkəmiz üçün çox gözəl bir nəticə. uğurdur. Bu gün Azərbaycanı bir çox ölkələr müstəqil olaraq tanıyır və ölkəmizdə bu cür yarışlar keçirilir.
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi nəticəsində avropalılar Azərbaycanı, xalqımızı daha da yaxından tanıyacaq, ölkəmizlə tanış olacaqlar. İstər milli yeməklərimizdən məlumatlı olacaq, istərsə də günü-gündən gözəlləşən Bakımızı görəcəklər. Ən əsası da necə qonaqpərvər bir millət olmağımızın şahidi olacaqlar.
-Bu ərəfədə Birinci Avropa Oyunlarına qarşı aparılan antitəbliğat kampaniyasının məqsədi nədir və bu antiAzərbaycan qüvvələrin istəyi baş tutacaqmı?
-Əvvəla onu qeyd edim ki, Birinci Avropa Oyunları ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa çalışan dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Doğrudan da Birinci Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca ölkəmizə qarşı müəyyən xarici dairələr tərəfindən əsassız ittihamlar irəli sürülür, Azərbaycan qeyri-obyektiv olaraq nələrdəsə ittiham edilir. Bu istiqamətdə xüsusilə erməni lobbisinin fəaliyyətini qeyd etmək yerinə düşər. Erməni lobbisi hər zaman çalışıb ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirsin. Eyni zamanda erməni lobbisinə dəstək verən müəyyən xarici dairələr də bu prosesdə yaxından iştirak ediblər. Müəyyən beynəlxalq qeyri-hökumət təşkilatları da var ki, Azərbaycana qarşı hər zaman öz ədalətsiz, qərəzli mövqeləri ilə gündəmə gəliblər. Bu gün həmin qüvvələr ölkəmizə qarşı fəaliyyətdədirlər".
-Daxildəki bəzi qüvvələrin də antiAzərbaycan qüvvələrə dəstək nümayiş etdirməsini necə dəyərləndirirsiniz?
-Təəssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, Azəbaycanın uğurunu istəməyən həmin xarici qüvvələrə daxildə fəaliyyət göstərən bəzi siyasi təşkilatlar da dəstək nümayiş etdirir. Hər iki qüvvənin başlıca məqsədi isə I Avropa Oyunlarının Bakıda keçirilməsinə əngəl yaratmaqdır. Birinci Avropa Oyunları yaxınlaşdıqca həm xarici, həm də daxili qüvvələrin Azərbaycana qarşı təxribat xarakterli əməllərinin baş verməsi özünü daha qabarıq şəkildə göstərir. Əslində bu kimi təxribat xarakterli hərəkətlərin baş verməsi gözlənilən idi. Çünki Azərbaycan bundan əvvəl də bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Eləcə də, Azərbaycanda 2012-ci ildə Evrovision müsiqi yarışması keçirildi. İstər bu və ya digər tədbirlər, istərsə də Evrovision müsiqi yarışması ərəfəsində də Azərbaycana qarşı bu kimi təxribat xarakterli hərəkətlərə yol verildi. İndi də eyni proses təkrar olunur. Bütün bunlar onu deməyə əsas verir ki, hər zaman Azərbaycanı, onun uğurunu, inkişafını istəməyən qara qüvvələr mövcud olub və bu gün də həmin qüvvələr var.
-Sizcə Azərbaycan bu sınaqdan necə çıxacaq?
-Tam əminliklə deyə bilərəm ki, Azərbaycan bu sınaqdan da uğurla çıxacaq və Birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.
Çünki Azərbaycan bununla bağlı öz iradəsini, mövqeyini ortaya qoyub. I Avropa Oyunlarına hazırlıqla bağlı ölkədə bütün təşkilati proseslər yüksək səviyyədə həyata keçirilib. Bundan başqa Azərbaycanın belə bir mötəbər yarışlar keçirməsi, onu yüksək səviyyədə təşkil etməsi istiqamətində böyük bir təcrübəsi var. Ona görə də hesab edirəm ki, Birinci Avropa Oyunlarına qarşı yönəlmiş hər hansı təxribat cəhdlərinin heç bir səmərəsi olmayacaq. Azərbaycan idmanın bütün kateqoriyaları üzrə dünyada tanınır. Eyni zamanda ölkəmizdə böyük idman kompleksləri mövcuddur. Bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsi, eləcə də digər beynəlxalq idman federasiyalarının rəhbərliyi Azərbaycana səfər edərək I Avropa Oyunlarına hazırlıq prosesini yüksək qiymətləndiriblər. Onlar birbaşa şahidi olublar ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi üçün heç bir problem yoxdur. Ümumiyyətlə, Azərbaycan hər zaman böyük, uğurlara imza atmış bir ölkədir. Ona görə də Azərbaycan bu sınaqdan da tam alnı açıq, uğurla çıxacaq. Tam səmimi deyirəm, bizim bu uğurumuzu istəməyən qüvvələr də dəqiq bilirlər ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Bizim ölkəmiz hər zaman çətin sınaqlardan uğurla çıxıb. Mən tam inaniram ki Birinci Avropa Oyunları Azərbaycana yalnız uğur, qələbə gətirəcək. Bizim bu uğurlarımızın hamısı cənab Ilham Əliyevin hakimiyyətdə olduğu dövrlərdə baş verib. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edir.
Süleyman İsmayılbəyli