“Avropa Oyunlarının Bakıda keçirilməsini tənqid atəşinə tutanlar başa düşsünlər ki,.. “
Fikrət Yusifov: “Bu oyunların keçirilməsi üçün dövlətin tikib yaratdığı obyektlər hələ Azərbaycanda çox yarışların keçirilməsinə imkan verəcək”
17 Aprel 2015 14:46 MüsahibəSon günlər ölkə mediasında manatın növbəti dəfə kəskin devalvasiyaya uğrayacağı barədə ekspertlərin proqnozlarına rast gəlinir. Bu qənaətdə olanlar Mərkəzi Bankın sədri Elman Rüstəmovun üzən məzənnəyə keçidlə bağlı dediklərinə əsaslanırlar. İddia edilir ki, yaxın vaxtlarda manat yenidən ucuzlaşa bilər. Bu və ya digər məsələlərlə bağlı suallara Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov aydınlıq gəririb.
-Fikrət müəllim, manatın yenidən ucuzlaşması gözlənilirmi?
-Xeyir gözlənilmir. Bunun üçün bu gün heç bir əsas yoxdur.
-ABŞ-ın İranla münasibətləri əzəli müstəvidən çıxarmaq istiqamətində atdığı addımları müşahidə etməmiş deyilsiz. Neft sənayesinin əsas oyunçularından olan İran dünya bazarlarına tam gücü ilə çıxmaq imkanı qazanarsa, sizcə bu neftin qiymətində kəskin ucuzlaşmanın baş verməsinə gətib çıxara bilərmi?
-Bu gün İran neft ehtiyatlarının həcminə görə dünyada dördüncü yeri tutur. Onun neft ehtiyatları Səudiyyə Ərəbistanın neft ehtiyatlarının təxminən 60%-nə bərabərdir. Bu, çox böyük həcmdir. Təbii ki, bu qədər neft ehtiyatları olan bir ölkə neft bazarına çıxmaqda heç bir maneəyə rast gəlməsə, dünya bazarlarında neftin qiymətlərinə təsir edə bilər. Ancaq bir məsələni gəlin unutmayaq ki, dünya bazarlarında neftin qiymətlərinin tənzimlənməsi məsələsinə dünya iqtisadiyyatının ¼ -nə sahib olan və elə bu səbəbdən də böyük güc sahibi kimi neftin qiymətlərinə hamıdan çox təsir imkanlarına malik dövlət Amerika Birləşmiş Ştatlarıdır. Ona görə hesab etmirəm ki, qadağalar götürüləndən sonra İran nə istəyir onu da edəcək. Böyük güclər imkan verməz ki, İran dünya bazarlarında neftin qiymətinin tənzimlənməsi işində dominantlıq etsin.
-Birinci Avropa Oyunları ilə bağlı geniş təhlilinizlə tanışıq. Yəqin məlumatınız var ki, Bakı 2017-ci ildə daha bir böyük yarışa - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Sizcə bu oyunlardan Azərbaycan hansı dividetləri gözləyə bilər?
-Azərbaycanın bu oyunlardan hərtərəfli uduşu ona görə mümkün olacaqdır ki, artıq belə yarışların keçirilməsi üçün bizdə bütün idman qurğuları və aidiyyatı obyektlər mövcuddur. 2015-ci ilin Avropa Oyunlarının Bakıda keçirilməsini tənqid atəşinə tutanlar heç olmasa indi başa düşsünlər ki, bu oyunların keçirilməsi üçün dövlətin tikib yaratdığı obyektlər hələ Azərbaycanda çox yarışların keçirilməsinə imkan verəcəkdir.
-İqtisadi təhlillərinizlə yanaşı, ictimai-siyasi və bəzən də geopolitik mövzuları əhatə edən yazılarınıza da rast gəlinir. Nəticə etibarilə siyasi proseslərdə də iştirak etməyi düşünürsünüzmü?
-Biz siyasi təşkilat deyilik və siyasətlə də məşğul olmaq istəyimiz yoxdur. Ancaq biz istəsək də istəməsək də, nə iqtisadiyyatı siyasətdən ayrmaq mümkündür, nə də siyasət iqtisadiyyatdan ayrı ola bilər. İqtisadiyyatla siyasəti bir birinə ayrılmaz tellər bağlayır. Məsələn, Cənub Qaz Dəhlizi layihəsindən, onun tərkib hissələri olan TANAP və TAP layihələrindən danışarkən, istəsən də, istəməsən də müəyyən siyasi məqamlara toxunmaq zorunda qalırsan.
-Növbəti 6 ay üçün rəhbərlik etdiyiniz birliyin hansı planları var?
-Əvvəldə dediyim kimi, fəaliyyətimizi daha geniş müstəviyə çıxarmaq istiqamətində konkret çalışmalarımız var və siz bunun nəticəsini görəsəksiniz.
-Qarşıdan parlament seçkiləri gəlir. Sizin namizəd olacağınızı proqnozlaşdıranlar var. Varmı belə bir planınız?
-Bu haqda hələ düşünməmişəm.
Füzuli