“Türk dünyasının səsi olmaq istəyirəm”
Səfər Karakoyunlu: ““Sağlam düşüncə və tolerantlığın qalib gələcəyinə inanıram”
5 Mart 2015 13:47 MüsahibəAzərbaycanda olduğu kimi qardaş Türkiyədə də bu il parlament seçkiləri keçiriləcək. İyun ayının 7-də baş tutacaq seçkidə iştirak etmək üçün artıq əksəriyyət öz iddiasını ortaya qoyub. Türkiyədə keçiriləcək parlament seçkilərində namizədliyə namizəd olacaq simalardan biri də İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunludur. Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının Iqdır vilayətindən namizədliyə namizəd olan Səfər Karakoyunlu 1969-cu ildə Iqdırda anadan olub. Səfər Karakoyunlu Azərbaycan və Türkiyə arasında könül körpüsü quraraq iki qardaş ölkə arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrini gücləndirərək bu qardaşlığın ən üst səviyyələrə daşınmasına səbəb olub. Türk dünyasının ortaq problemi olan əsassız soyqırım iddiaları və Qarabağ problemi, Xocalı soyqırımı ilə əlaqədar bir çox seminar, panel və konfranslar təşkil edib. Dünya Azərbaycanlılar Konqresi, Avropa Azərbaycanlıları Konqresi və Türk Şurasının üzvü olan Səfər Karakoyunlu 2012-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilən Avropa Azərbaycanlılar Konqresində Türkiyə nümayəndəsi olaraq seçilib.
-Səfər bəy, parlament seçkilərində namizədliyə namizəd olmaq istəyi haradan gəldi?
-Mən Iqdırlıyım. İllərdir ki, Iqdıra, ölkəmə və Türk Dünyasına xidmət edirəm. Namizədliyə namizəd olmağımın səbəbi bu xidmətlərimizi ən üst səviyyədə parlamentdə davam etdirməkdir. Ölkəmiz, üçün, Iqdırın gələcəyi üçün, birlik və həmrəylik içində varam. Iqdırı layiq olduğu yerə aparmaq üçün namizədliyə namizəd oldum. İllərdir ki, Iqdırın dərdləri ilə acı çəkirik. Qürbətdə olsaq belə Iqdırın problemlərini gündəlik təqib edirik. Səhərlər işə getdiyimizdə ilk işimiz mətbuat vasitəsilə Iqdırda nə baş verdiyini öyrənmək olu. Uzaqda olmağımıza baxmayın biz hər gün cismən olmasa da, ruhən və qəlbən Iqdırdayıq. Qürurla deyə bilərəm ki, mən rəhmətlik İbrahim Bozyelin tələbəsiyəm. İbrahim Bozyel üç il mənə müəllimlik etdi. Rəhmətə gedənə qədər də hər zaman görüşdük. Mən bu vilayətdə İbrahim Bozyel ruhunu yaşadacağım. İbrahim Bozyel bizə deyərdi ki, "gənclər biz qardaşıq və bu qardaşlığı əbədi davam etdirin" Mən bu missiyanın aşiqiyəm.
Həmçinin bir sıra problemləri uca məclisdə gündəmə gətirərək ölkəmin, doğulub böyüdüyüm Iqdırın və Türk dünyasının səsi olmaq istəyirəm.
-Bəs İqdıra və iqdırlılara nə vad edirsiniz?
-Iqdır ölkəmizin ən seçkin yaşayış yerlərindən biridir. Iqdırda əvvəl tolerantlıq, qardaşlıq və həmrəyliyi təmin edəcəyəm. Iqdır inkişafa malik bir yerdir. Bu bölgənin problemlərindən işsizlik, alt quruluş, su, təbii qaz və sərhəd ticarəti probleminin həlli üçün xalqla əl-ələ verib problemin həlli üçün var gücümlə çalışacağam. Bütün Iqdır xalqına söz verirəm ki, mənə bu fürsəti verdikləri halda Iqdırda çox şeylər dəyişəcək. Mən bu xəyalı və bu düşüncələri gözəl Iqdırımda həyata keçirəcəyəm. Gözəl Iqdır xalqıma söyləyəcək daha çox sözüm olacaq.
-Namizədliyə namizəd olaraq seçkilərdən gözləntiləriniz nələrdir. Bu seçkilərin qalibi hansı partiya olacaq?
-Seçkilərdə gözləntimiz dinclik və sabitlik içində xalqımın seçicilərinə seçimini edilməsi və xalqın iradəsinin obyektiv olaraq sandığa əks olunmasıdır. Seçkilərdə hansı partiyanın qalib gələcəyini bilmək mümkün deyil. Mən sağlam düşüncə və tolerantlığın qalib gələcəyinə inanıram. Iqdırda birlik və həmrəylik hakim olacaq.
Süleyman