Teleaparıcı Samirə: “Qadını əvvəlcə sevmək, sonra...”

Ailem.az-ın "O..." layihəsinin bu dəfəki qonağı "Azad Azərbaycan" telekanalında yayımlanan "Son xəbər" verilişinin aparıcısı Samirə Mustafayevadır.

-     Ailə qurarkən hansı daha vacibdir: sevgi, yoxsa hörmət?
- Hər ikisi.

-     Qızınıza verəcəyiniz məsləhət...
- Ləyaqətli, savadlı və düzgün olsun.

-     Qadına nəyi yaraşdırmırsınız?
- Yalanı və nəfsinə qalib gələ bilməməyi.

-     Bəs kişiyə nələri yaraşdırmırsınız?
- Kişi möhkəm olmalıdır, dayaq olmağı bacarmalıdır. Ona görə darda qoymağı kişilərə yaraşdırmıram.

-     İntrovertsiz, yoxsa ekstrovert?
- Ekstrovert.

-     Məşhur olmaq, yoxsa olmamaq?
- Fərqli məqamlarda fərqli hisslər keçirmişəm. Məşhur və xeyirli olmaq yaxşıdır, ancaq hərdən işi-gücü, övladları, ev işləri olan sıradan bir qadın kimi düşünmək də xoşdur.

-     Müəllimə, yoxsa teleaparıcı?
- Teleaparıcı.

-     Ellen Deceneres, yoxsa Opra Uinfri?
- Qaradərili olduğuna görə Uinfri.

-     İrqçisiniz?
- Qətiyyən. Sadəcə mübariz insanları sevirəm.

-     Qadını sevmək lazımdır, yoxsa anlamaq?
- Əvvəlcə sevmək, sonra anlamaq.

-     Özünüzə ən çox hansı sualı verirsiniz?
- Görəsən, planlarımı reallaşdırmağa ömrüm yetəcək? Gecikmirəm ki? Niyə dəyişə bilmirəm?

-     Cavab tapa bilirsiniz?
- Sonuncuya tapıram. Mən elə bu cür olmağımdan zövq alıram (gülür).

-     Seksual, gözəl, yoxsa intellektual olmaq?
- İntellektual olmaq.

-     Qısa, yoxsa uzun saç?
- İndi uzun saç.

-     Xoşbəxt olmaq üçün nə lazımdır?
- Xoşbəxt edəni tapmaq, mübarizə aparmaq və təəssüf ki, pul qazanmağı da əlavə edirəm bu siyahıya. Pul başqasından asılı olmamaq üçün vacibdir.

-     Xoşbəxtsiniz?
- "Bəxtindən gileyli bəxtəvər qadın" misrası düşür yadıma. Dərindən düşünəndə xoşbəxtəm.

-     Getdiyiniz ən uzaq ölkə?
- Şarm Əl Şeyxə (Misir) hazırlaşıram.

-     Bakıda nəyi sevmirsiniz?
- Sahib olduğumuz gözəlliklərdən zövq ala bilməyib uzaqlara getməyimizi və xaricdə rahatlıqla geydiklərimizi Bakıda xaric üçün saxlamağımızı.

-     Sonuncu oxuduğunuz kitab...
- Təkrarən oxuyuram bu kitabı. Parisula Lampsosun "Səddam Hüseynlə həyatım" əsəri.

-     Ən sevdiyiniz ətir...
- Ətir seçimim bir dənə deyil. Bu gün "Tom Ford Tobacco Vanille" vurursamsa, sabah "Keiko Mecheri Loukhoum" istifadə edirəm.

-     "Kaş başqa işlə məşğul olardım" deyirsiniz heç?
- Heç vaxt deməmişəm. Təsəvvürümə belə gətirmirəm.

-     Ən böyük arzunuz...
1.   Üzüm kimi daxilim də həmişə gülsün;
2.   Qızıma istədiyim şəraiti yaradım ki, gələcəyini  gözəl qursun;
3.   Həyatda yaxşı mənada xeyirli, faydalı iz qoya biləcək ömür yaşayım və öləndən sonra adım təkcə ailəmlə anılmasın.
4.   Anam qocalmasın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31