"Bakı payızı" layihəsi istedadlar xəzinəsidir - Alim Qasımov - VİDEO + FOTO
12 Oktyabr 2023 15:38 Mədəniyyət"Bakı payız - 2023. 35 il sonra" layihəsi istedadlar xəzinəsidir və şübhəsiz ki, musiqi sənətimizə yeni adlar verəcəkdir, deyə dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımov layihənin promo gecəsində bildirib.
Olaylar.az xəbər verir ki, noyabrın 3-də saat 19.00-da Heydər əliyev Sarayında "Bakı payızı-2023" layihəsinin qala-konserti keçiriləcək. 35 il sonra".
"35 il əvvəl layihədə iştirak etdim və o, mənə ən xoş xatirələri buraxdı. Əminəm ki, beş istiqaməti - vokal, xoreoqrafiya, orijinal janr, musiqi qrupları və bəstəkarlığı əhatə edən müsabiqə ölkənin mədəni həyatında parlaq hadisə olacaq", - deyə Alim Qasımov qeyd edib.
Qala gecəsində Alim Qasımov və The Voice (France) telemüsabiqənin iştirakçısı Araz Hümbətli "Xəzər sahilinə" hitini duetdə təqdim edəcəklər.
Layihə "Best Cast Talent Agency" & "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Baş sponsor - Nizami Boutique House. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.
Bilet almaq üçün https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234
İnformasiya dəstəyi - Trend.Az. Day.Az. Milli.Az. Azernews.Az