Fond prezidenti Qırğızıstanda nazirlə görüşdü - FOTO

Olaylar.az xəbər verir ki, bu gün Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Naziri Altınbek Maksutovla görüş olub. Səmimi atmosferdə keçən görüş zamanı Türkdilli Dövlətlərin Siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov nazir Altınbek Maksutovu Şuşada keçirilməsi nəzərdə tutulan Ulu Öndər Heydər Əliyevin 100 və Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş "Planetlə dialoq" filminin premyerasına və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Bişkekdə fond tərəfindən nəşr edilən kiitabların təqdimat mərasiminə dəvət etmişdir. Nazir dəvəti böyük məmnuniyyətlə qəbul etdi.

Sonda Fondun Prezidenti nazir Altınbek Maksutova Bişkekdə nəşr edilmiş Ulu Öndərin 100 illiyinə həsr olunmuş  "Xalqa bağışlanmış ömürdən anlar", "Müzəffər Ali Baş komandan: sən azadsan, əziz Şuşa",  "44 günlük Müqəddəs müharibənin xronologiyası" 3 cildlil  kitablarını hədiyyə etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31