“Arşın mal alan” filminin kadrarxası görüntüləri yayıldı - VİDEO

"Arşın mal alan" (1945) bədii filminin çəkilişlərinin kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb.

Görüntülər "AzTV Tarix" yutub kanalında yayımlanıb. Lent yazısında aktyorlarla yanaşı filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları yer alıb.  

Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur. "Arşın mal alan" tammetrajlı bədii filmi 1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub. 

Filmdə gənc tacir Əsgər rolunu Xalq artisti Rəşid Behbudov, Gülçöhrə rolunu isə Xalq artisti Leyla Bədirbəyli ifa ediblər.

Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.

QSC-nin nəzdində hazırda 3 televiziya kanalı - AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı - Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də,  İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.

QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV "Avropa keyfiyyəti" medalına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31