Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının "Gümüş medal"ı ilə təltif olunub

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının "Gümüş medal"ı ilə təltif olunub. Medal bu gün I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Bakı Dövlət Universitetində keçirilən bağlanış mərasimində, Akademiyanın vitse prezidenti Dr. Füzuli Məcidli tərəfindən təqdim edilib.

Ə.Qoşalı bu medala qardaş xalqlar arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.
Qeyd edək ki, ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri,

Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilən Azərbaycanlı yazar bundan öncəki illərdə digər ortaq türk qurumu TÜRKSOYun, eləcə də Qazaxıstanın, Qırğız Respublikasının medallarına, habelə Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31