Xoşqədəm Hidayətqızı görün hansı kanalda işə başlayacaq - YENİ

Aparıcı Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı "Xəzər" televiziyası ilə yollarını ayırıb

Aparıcı Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı "Xəzər" televiziyası ilə yollarını ayırıb.

Bu haqda Qaynarinfo-ya Xəzər Media Mərkəzindən bildirilib. Məlumata əsasən, proqram növbəti mövsümdən "Xəzər TV"də yayımlanmayacaq:

Aptekdən “yayılan” qorxulu "qara qızdırma" epidemiyası... - Həkimdən açıqlama

"Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra "Xəzər" TV-də "Səni axtarıram" verilişinin yayımı planlaşdırılmır. "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyeva kanaldan öz istəyi ilə ayrılıb. "Xəzər" TV-nin rəhbərliyi ona bundan sonra da uğurlar arzu etdiyini bildirir".

Qeyd edək ki, bir neçə gün öncə aparıcının yeni mövsümdən ARB-də efirə çıxacağı haqqında mətbuatda xəbər yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31