“Çölçü” filminin yeni uğurları

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Avstraliya, Nepal və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə doqquz mükafata layiq görülüb.

Rejissor Şamil Əliyevin "Çölçü" filmi Avstraliya, Nepal və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə doqquz mükafata layiq görülüb.

Olaylar.az bildirir ki, "Çölçü" filmi "Old Monk İnternational Film Festival"da (fevral-may 2020, Nepal-Katmandu) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi və ssenari), "Sand Dance International Film Festival"da (yanvar-may 2020, Hindistan-Racastan) 4 dörd kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi, operator və musiqi) mükafat qazanıb.

Həmçinin "Wonderland International Film Festival" (yanvar-iyun 2020, Avstraliya-Sidney) və "Monthly Online İnternational Film Festival" (iyun 2020, Hindistan) "Çölçü"nü ən yaxşı bədii film kimi mükafatlandırıb.

"Çölçü" 2012-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyevdir. Film indiyədək 50-dən artıq müxtəlif mükafata layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31