“Dörd əkizin nağılı” tamaşası nümayiş olunacaq
İyunun 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş olunacaq.
24 İyun 2020 12:13 Mədəniyyətİyunun 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin "Dörd əkizin nağılı" əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş olunacaq.
Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Saat 14:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
Qeyd edək ki, "Dörd əkizin nağılı" tamaşası uşaqlar üçün nəzərdə tutulub.