Dövlət Rəsm Qalereyası növbəti dəfə virtual sərgi təşkil edəcək
İyunun 26-da Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl” layihəsi çərçivəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı virtual sərgi təşkil edəcək.
24 İyun 2020 10:56 Mədəniyyətİyunun 26-da Azərbaycan Dövlət Rəsm Qalereyası "Evdə qal-qalib gəl" layihəsi çərçivəsində "Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü" adlı virtual sərgi təşkil edəcək.
Olaylar.az bildirir ki, sərgidə qalereyanın kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarların müxtəlif üslub və texnikalarda işlədiyi Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürur mənbəyi olan əsərlər virtual şəkildə nümayiş ediləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq, virtual sərgini izləməyə dəvət edir.
"Azərbaycan Respublikası Silahlı Qüvvələri günü " adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (Facebook, Instagram) hesabları vasitəsilə izləmək mümkündür.