“Manqurt” tamaşası yenidən nümayiş ediləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Manqurt” tamaşasını iyunun 19-da “facebook” səhifəsi vasitəsilə canlı nümayiş etdirəcək.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Manqurt" tamaşasını iyunun 19-da "facebook" səhifəsi vasitəsilə canlı nümayiş etdirəcək.

Olaylar.az bildirir ki, səhnə əsəri Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31