“Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları davam edir

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir. BMM –dən layihənin 3 canlı efiri yayımlanmış və tamaşaçılar eləcə də sosial şəbəkə izləyicilər tərəfindın maraqla izlənilmişdir.

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir. BMM -dən layihənin 3 canlı efiri yayımlanmış və tamaşaçılar eləcə də sosial şəbəkə izləyicilər tərəfindın maraqla izlənilmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti efirin qonağı olmuş, universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən söz açmışdır. Həmin gün universitetin tələbələri maraqlı konsert proqramı ilə cıxış etmişlər.

Xalq artisti Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində canlı efirin qonağı olublar. Xalq artisti onlayn dərslər və tələbələrinin uğurları ilə bağlı düşüncələrini bölüşüb.

Əməkdar artist , rejissor Nicat Kazımov, ifaçılar Pərvin Lətifov və Aydan Rüstəmzadə də canlı efirin qonaqları sırasında olublar. 

BMM-nin solisti, V Muğam Televizya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva  "Bizi birləşdirən mədəniyyət" efirində sənətə gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb. Həmin gün Aviasiya işçilərinin peşə bayramı da canlı efir vasitəsilə təqdim olunub. 5 iyun Şairlər günündə Xalq artisti ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov və  Əməkdar artist Azad Şükürovun qonaq olduğu canlı efir unudulmaz şair Mikayil Müşfiqə həsr edilib. Qonaqlar  Müşfiq həyatı və yaradıcılığından söz açıb, tələbələrin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi həftəiçi buraxılışlarda həm milli musiqi həm də klassik musiqilərə yer verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31