“Ah, bu uzun sevda yolu” tamaşası canlı nümayiş olunacaq

Azərbaycan Akademik Milli Dram Teatrının repertuarında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş "Ah, bu uzun sevda yolu" tamaşası iyunun 13-də teatrın "facebook" hesabı vasitəsilə canlı göstəriləcək.

Olaylar.az bildirir ki, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31