“Müfəttiş” tamaşası nümayiş ediləcək

Mayın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli “Müfəttiş” tamaşası teatrın “facebook” hesabı vasitəsilə onlayn nümayiş ediləcək.

Mayın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli "Müfəttiş" tamaşası teatrın "facebook" hesabı vasitəsilə onlayn nümayiş ediləcək.

Olaylar.az bildirir ki, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

Səhnə əsərində Xalq artistləri Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31