“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası onlayn göstəriləcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 28-də “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
21 May 2020 10:34 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 28-də "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir.
Qeyd edək ki, görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir.