Dünyanın ən məşhur əsərlərindən biri məhv olur - FOTO

Norveçli rəssam Edvard Munkun "Haray" əsərində sarı rəngli boya vaxt keçdikcə məhv olur. Buna səbəb havanın yüksək rütubətidir.

"Daily Mail"in məlumatına görə, kətan üzərindəki boya mikrotozlarının rentgen analizindən sonra alimlər bu qənaətə gəliblər.

Tədqiqatçıların fikrincə, sarı boyanın bir hissəsi olan kadmium sulfid yüksək rütubət şəraitində oksidləşir və solur. Əvvəllər şəklin keyfiyyətinin pisləşməsinin səbəbi işığın kətana təsiri ilə əlaqələndirilirdi. Bu səbəbdən "Haray" qaranlıq otaqda saxlanılır və nadir hallarda - yalnız idarə olunan zəif işıq və 50 faiz hava rütubəti şəraitində sərgilənirdi. Yeni analizin nəticələrinə əsasən, işığın şəkil üzərində təsirinin minimal olduğu müəyyənləşib.

Alimlər "Haray"ın muzeydə daim sərgilənməsi üçün otaqdakı rütubətin 45 faizdən çox olmamasının zəruriliyi qənaətinə gəliblər.

Qeyd edək ki, 1893-cü ildə çəkilmiş "Haray" Munkun ən məşhur əsərlərindən biridir. O, müasir insanda ümumi təşvişin ifadəsi kimi izah olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31