“Mənim günahım” tamaşası nümayiş olunacaq

Mayın 15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “facebook” səhifəsində “Mənim günahım” tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunacaq.

Mayın 15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi "facebook" səhifəsində "Mənim günahım" tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunacaq.

Olaylar.az bildirir ki, tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib.

Tamaşada ölməz sənətkar Qara Qarayevin "Yeddi gözəl" baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.

Tamaşada Nurcahan rolunu, Əməkdar artist Nərgiz Kərimova ifa edəcək. Digər rolları Əməkdar artist İlham Hüseynov (Sahib) və balet artisti Mələk Səfərova (Ayqız) canlandıracaqlar. Səhnə əsərinin dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31