Akademik Musiqili Teatrın səhnəsində ilk balet-tamaşa – “Dədəm Qorquddan bir nişanə”...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında daha bir layihə – “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb.
11 Mart 2020 17:12 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrında daha bir layihə - "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan "Dədəm Qorquddan bir nişanə" balet-tamaşasının məşqlərinə başlanılıb.
Olaylar.az bildirir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan balet tamaşanın quruluşçu baletmeysteri beynəlxalq müsabiqə və festivallar laureatı, əməkdar artist Emin Əliyevdir.
Yaradıcı heyətlə görüşündə tamaşanın iştirakçılarına bu məsuliyyətli işdə uğurlar arzulayan tanınmış rejissor və teatr rəhbəri Əliqismət Lalayev qeyd etdi ki, Əməkdar artist Emin Əliyevin quruluşçu baletmeyster olduğu bu tamaşada həm də Uruz obrazında çıxış edəcək.
Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi rəhbəri Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Atabəy İsmayılov, səs rejissoru Məhəmməd Məhəmmədov, rejissor assistentı Sevinc Məmmədova olan balet tamaşada teatrın solistləri - Əmrah Dadaşov, Mehriban Zaliyeva, İbrahim Əlizadə, balet artistləri - Murad Ağayev, Mələkxanım Səfərova, Məhəmməd Abdullayev, Nurlan Yusifzədə, xor artistləri - Murad Əliyev, Əli Kərimov və başqaları iştirak edəcəklər.