Əməkdar rəssam dünyanın ən böyük surrealizm sərgisində
Azərbaycan Respublikasının əməkdar rəssamı Mehriban Əfəndi artıq 10 ildir Avropada təsis olunmuş Surrealism Now qrupunun daimi üzvüdür və Avropada, eləcə də bütün dünyada əsərləri ilə ölkəmizi təmsil edir.
25 Fevral 2020 13:47 MədəniyyətAzərbaycan Respublikasının əməkdar rəssamı Mehriban Əfəndi artıq 10 ildir Avropada təsis olunmuş Surrealism Now qrupunun daimi üzvüdür və Avropada, eləcə də bütün dünyada əsərləri ilə ölkəmizi təmsil edir.
Olaylar.az bildirir ki, aprelin 24-dən iyunun 26-dək CAE mərkəzinin qalereyasında dünyanın ən böyük surrealizm sərgisində heykəltəraşlıq foto dizayn qrafika və rənkarlıq nümünələri nümayiş etdiriləcək. Mehriban Əfəndi 125 rəssamın qatıldığı sərgidə "Impressiya ve Mirriad" adlı əsəri ilə ölkəmizi təmsil edəcək.
Qeyd edək ki Surrealism Now qrupunun rəhbəri məşhur Portuqaliya rəssamı Santiaqo Ribeyrodur və 21 ci əsrin surrealism cərəyanın hərəkat etdirən bu qurum Avropanın Bissayya Barretto Fondu tərəfdən malliyələşmişdir və 2010 cu ildə ilk böyük sərgisini Coimbra çəhərində keçirtmişdi. Həmin sərgiyə xüsusi dəvət alan rəssam Mehriban Əfəndi dünyanın 56 ən gözəl surrealist rəssamı kimi seçilərək öz Muğam adlı əsərini nümayiş etdirmişdi.